Borcu Bağışlayanın Mükafatı - Cabir
- radıyallahu anhu – rəvayət edir ki,
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah rəhm etsin o, kimsəyə ki, satarkən, alarkən və (borcu) tələb edərkən mülayimlik göstərir» Buxari 2076.
Əbu Qatadə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Kim istəyirsə ki, Allah Qiyamət gününün sıxıntılarından onu qurtarsın (borclu)
olana möhlət versin, ya da (boru ya qismən, ya da bütünlüklə) ona bağışlasın» Müslim 1563.
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «(Keçmiş ümmətlərdə) insanlara borc verən bir nəfər vardı. Bu adam xidmətçilərinə: «(Borcu qaytarmaq) üçün çətin bir vəziyyətə düşən kimsənin yanına getdikdə (borcu) ona bağışla,
umulur ki, Allah da bizi bağışlayar. Adam Allahın hüzuruna gəldiyi zaman həqiqətən də günahları bağışlandı» Buxari 2078, Müslim 1562. Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim (borclu) bir kimsəyə borcunun bir qismini və ya hamısını bağışlayarsa Allah heç bir kögənin olmadığı gündə onu Öz kölgəsində kölgələndirər» Tirmizi 1306.
Əbu Musa əl-Bədri - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən əvvəlki ümmətlərdən bir nəfər hesaba çəkildi. Lakin (əməli içində) bir əməlindən başqa xeyir olan başqa bir əməli yox idi. Zəngin olduğuna görə insanlarla (ticarət işləri görər və xidmətçilərinə əmr edərdi ki, çətin vəziyyətdə olanlara borcu bağışlasınlar. Bu səbəbə görə də Allah: «Biz də onu (bağışlamağa) daha haqlıyıq, onu buraxın» deyə buyurdu Müslim 1561. Borcu qaytardıqda daha gözəliylə qaytarmaq olar. Əbu Hureyrə
- radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in yanına gələrək qəzəbli şəkildə ondan borcunu tələb etdi. Səhabələr onun üstünə qəzəblənmək istədikdə Peyğəmbər: «Buraxın onu, haqq sahibi üçün söz haqqı da vardır. Ona dəvəsi yaşda bir dəvə verin» deyə buyurdu. Səhabələr: «Ya Rəsulullah! (Dəvəsi yaşda bir dəvə) tapa bilmirik. Onu dəvəsindən yaşca daha dəyərlisi vardır» dedilər. Peyğəmbər: «Onu verin. Çünki sizin ən xeyirliniz borcunu ən gözəl şəkildə ödəyəndir» deyə buyurdu Buxari 2306, Müslim 1601. Cabir
- radıyallahu anhu – rəvayət edir ki, vaxtilə Peyğəmbər
– sallallahu aleyhi və səlləm – ondan (öz qiymətinə) bir dəvə aldı və üstünə (əlavə də) etdi» Buxari 2097, Müslim 715.