«Həqiqətən yetimlərin malını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar alovlu Cəhənnəmə vasil olacaqlar». (ən-Nisa 10). «Yetimin malına xeyirxah məqsəd istisna olmaqla həddi-buluğa çatana qədər yaxın düşməyin». (əl-Ənam 152). «Dünya və axirət işləri barəsində (Ya Muhəmməd!) səndən yetimlər haqqında sual edənlərə söylə: Onların malını qorumaq və güzaranlarını yaxşılaşdırmaq xeyirlidir. Əgər onlarla birlikdə yaşarsınızsa onlar sizin qardaşlarınızdır».(əl-Bəqərə 220).Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Özünüzü yeddi həlak edici günahdan qoruyun». Səhabələr: «Ya Rəsulullah! Onlar hansılardır?» deyə soruşdular. Peyğəmbər: «…Yetim malını yemək1430«1431.