10. Padşahlardan başqasına əlverişli olmayan böyüklənmə libasını quldan çıxardıb, zillət libasını ona geyindirməkdir.
11. Bununla Allah qulun qəlbində olan qulluq hislərini qorxu, haşiyə, ağlamaq, titrəmək və peşman olmaq yolarıyla üzə çıxarmaqdadır.
12. Günah və müsibətlərə məruz qalmaqla qul Allahın neməti olan lütfünü, onu qorumasının qiymətini bilir. Çünki daima xoş güzaran içində yaşayan kimsə nə müsibətlərə məruz qalan kimsələrin çəkdikləri əzabları bilə bilir, nə də xoş güzaranın qədrini bilə bilir.
13. Qul tövbə edib Rəbbinə döndüyü zaman Allah onu sevər və mükafatlandırar. Allah onun bu tövbəsi səbəbilə ona olan sevgisini, rizasını və mükafatını artırır. Əgər onun bu tövbəsi olmasaydı bunların heç biri də olmazdı. Hər nə qədər başqa itaətlərlə başqa nəticələr ortaya çıxarsa, ancaq bu xüsusi nəticə sadəcə tövbə ilə ortaya çıxar.
14. Qul etdiyi pislikləri və zülmləri müşahidə etdiyi zaman Allahın ona verdiyi az nemətləri də belə çox görür. Çünki özü kimi pis bir adama bu nemətlərin belə çox olduğunu düşünür. Eyni zamanda etdiyi çox olan əməlləri də az görür. Çünki etmiş olduğu pislik və günahları silmək üçün qat-qat əməlləri çoxaltmaq lazım olduğunu bilir. O, nə qədər çox olursa olsun öz əməllərini az görür. Əgər bundan başqa günahların fayda və hikməti olmasaydı bu yetərli olardı.
15. Artıq qul şeytanın hansı qapıdan ona hücum etdiyini və ona qarşı hansı tədbirlərin görülməsini çox yaxşı bilməyə başlayır. Həm xəstəliyin, həm də onun əlacını dadan həkim kimi.
16. Bəzən qulun qəlbində hiss etmədiyi gizli xəstəliklər də olur ki, Lətif və Xabir olan Allah ona minnət edib, onun çox açıq bir günahı etməsini təqdir edər. Bu günahı edən qul bu xəstəliyin acısını hiss edər və Rəbbinə sığınaraq faydalı olan əlacı içər. Beləcə hiss etmədiyi o, xəstəliklər də gedər.
17. Bəzən Allah günah etməsi səbəbilə qulun Allahdan uzaqlaşması və onunla Rəbbi arasında bir pərdə olmasını ona daddırır ki, qəlbilə Allaha yönəldiyi və Ona itaət etməkdə davam etdiyi zaman ki, nemət kamil olsun, etdiyi günahdan sonra tövbə edib bütün qəlbilə Allaha yönələn bu qulun hiss etdiyi ləzzət – çox susuz olan birinin dadlı və soyuq sudan və ya şiddətli bir şəkildə qorxuya düşmüş birisinin əminliyə düşərkən keçirdiyi hissləri, yaxud da çox uzun bir müddət sevgilisindən uzaq düşmüş birinin sevdiyinə qovuşduğu zaman duyduğu ləzzət kimidir. Şübhəsiz ki, Rəbbinin lütfü, yaxşılığı və ehsanı bütün bunlardan da üstündür və ləzizidir. Rəblərini tanımaqdan və Onu sevməkdən üz çevirənlərə vay olsun!
18. İnsan oğlunun təbiətində şəhvət, qəzəb və arzu duyğusu olmasıdır. Əgər insanda bu hisslər olmasaydı insan deyil mələk olardı. Həmçinin də insanın unutqan olmasıdır. Buna görə də günah etmək insan üçün təqdir edilmişdir. Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Bütün Adəm övladı xəta edəndir. Xəta edənlərin ən xeyirlisi Allaha tövbə edənlərdir»111. Onların imtahan olunmaları üçün günahların olması labüddür. Yenə də doğrusunu bilən Allahdır.
19. Allah qulun etmiş olduğu yaxşı əməlləri görməsini ona unutdurur. Onu günahlarıyla məşğul edir. Beləcə onun etmiş olduğu günahlar davamlı olaraq gözlərinin önündə olur. Şübhəsiz ki, Allah bir qulu üçün xeyir istədiyi zaman qulun gözəl əməllərini müşahidə etməsini onun qəlbindən və onları söyləməsini dilindən çəkib alar. Onu günahlarını müşahidə etməklə məşğul edər. Beləcə onun etmiş olduğu günahları o, Cənnətə girənə qədər onun gözlərinin önündə edər. Buna görə də Sələflər deyillər ki: «Bəzən qul bir günah edər və ondan ötrü də Cənnətə girər, bəzən də gözəl əməl edər və ondan ötrü də atəşə girər. Bu necə olur? Deyə soruşulduqda dedilər: «Qul bir günah edər və o günahı gözünün önündən heç getməz. Onu xatırladığı zaman peşman olar, Allaha yalvarıb yaxarar, o günahı silmək üçün çapalayar, Rəbbinin qarşısında boyun əyər və bununla da təkəbbürlüyü və özünü bəyənməsi yox olub gedər. Beləcə də Cənnətə girər. Bəzən qul bir yaxşı iş görər, o yaxşılıq da onun gözündən heç bir vaxt getməz. Etdiyi o yaxşılığı görərək Allaha minnət edər, o yaxşılığa arxayın olub təkəbbürlənər. Beləcə də Cəhənnəmə gedər».
20. Qul etmiş olduğu günah və xətalarını müşahidə edər, heç kimsədən üstün olmadığını və heç kimsə üzərində haqqının olmadığını düşünməsinə səbəb olur. Qul öz eyiblərini, günah və xətalarını müşahidə etdikdə Allaha və Axirət gününə iman edən hər hansı bir müsəlmandan daha xeyirli olduğunu düşünməz.
21. Belə bir hal qulu insanların eyiblərini araşdırmaqdan və onların xətalarını düşünməkdən çəkindirir. Öz nəfsi və xətaları ilə məşğul edər. Öz eyiblərini görərək insanların eyiblərini düşünməyənlərə müjdələr olsun. Vay olsun öz eyiblərini unudaraq insanların eyibləriylə məşğul olanlara! Birincisi səadətin əlaməti, ikinci isə bədbəxtliyin əlamətidir. Amr b. As - radıyallahu anhu – deyir ki: «Mən o adama təəccüb edirəm ki, qədər ona yetişdiyi halda o, qədərdən qaçar. Qardaşının gözündə çop görür, öz gözündəki kötüyü isə unudur. Qardaşının ürəyində olan nifrəti çıxarmağa çalışır, öz ürəyindəki nifrəti isə unudur…»112.
22. Qulun günahlar ilə baş-başa buraxılması qulun insanlara yaxşılıq etməsi və mömin qardaşlarından xəta edən, günah edənlər üçün Allahdan bağışlanma diləməsinə səbəbdir. Artıq onun dilindən düşməyən bir söz: «Rəbbim! Məni, ana və atamı, müsəlman bacı və qardaşlarımı bağışla». Çünki o, başına gələn müsibətin günah edən qardaşlarının da başına gəldiyini və özü möhtac olduğu kimi onların da ehtiyac duyduğunu bilməkdədir. Müsəlman qardaşlarının onun üçün bağışlanma diləməsini istədiyi kimi özü də müsəlman qardaşları üçün bağışlanma diləyir.
23. Bununla qul geniş bir helm sahibi olmasına, ona pislik edənləri əfv etməsinə və həmən onları cəzalandırmamasına sövq edir. Nəfsinin Rəbbi ilə necə davrandığını görən bir qul, nəfsinin çox pis və xəta edən günahkar biri olmasına baxmayaraq Rəbbinin ona davamlı olaraq yaxşılıq və ehsan etməsini, özünün Ona olan ehtiyacını və bir göz qırpımı belə Ondan nəzarətsiz olmadığını görən bir qul, insanların ona qarşı doğru olmalarını və ona qarşı ehsanda olmalarını necə uma bilər? Halbuki Rəbbinə qarşı o, belə davranmamışdır. Rəbbinin istədiyi hər bir şeydə Ona itaət etməmiş olan bir qul, köləsinin, uşaqlarının, xanımının istədiyi hər bir şeydə ona itaət etmələrini necə gözləyə bilər? Bütün bunları İbn Qeyyim – rahmətullahi aleyhi – «Tarikul Hicrəteyn» kitabında gətirir.