2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR


Günahlar yer üzündə baş verən zəlzələlərin, yerin ayrılması, bərəkətin yerdən qalxmasına səbəbdir. «Əgər o məmləkətlərin əhalisi iman gətirib



Yüklə 4,25 Mb.
səhifə62/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   58   59   60   61   62   63   64   65   ...   397
25. Günahlar yer üzündə baş verən zəlzələlərin, yerin ayrılması, bərəkətin yerdən qalxmasına səbəbdir. «Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqları günahlara görə məhv etdik». (əl-Əraf 96). Mucahid – rahmətullahi aleyhi – deyir ki: «Əgər hər hansı bir zalım yer üzərində zülümkarlıq edərsə Allah onun günahı ucundan yağışı saxlayar, meyvələr barını verməz, günahlar çoxaldıqca Allah da öz dərgahında əzabı çoxaldar. Günahların çoxalmasından günəşin tutulması, zəlzələlər və yer üzündən bərəkətin qalxması olur. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – hicrət vaxtı üzünü bizə çevirib buyurdu: «Ey mühacir cəmaatı! Beş şey vardır ki, ondan Allaha sığının. Hər hansı bir qövmdə zinakarlıq açıq-aydın yayılarsa Allah onları taunla və başqa xəstəliklə cəzalandırar ki, bundan qabaq bu xəstəlik haqqında eşitməyiblər. Hər hansı qövmdə çəkidə və ölçüdə aldadarlarsa Allah da onları aclıqla və qəddar sultanla sınağa çəkər. Hər hansı bir qövmdə zəkat verilməzsə Allah da onları quraqlıqla sınağa cəkər və əgər heyvanlar olmasaydı onlara heç yağış da yağmazdı. Hər hansı bir qövm Allah və Rəsulunun əhdini pozarsa Allah da onların üzərinə onlardan olmayan düşmənlərini salar və əllərində olan şeyləri də onlardan alarlar. Onların imamları (hər hansı bir qövm) Allahın kitabı ilə hökm etməzlərsə Allah da onları zəlil edər»178. Abdullah b. Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə Səmud qövmünün ərazisi olan Hicr ərazisinə gəldik. Oranın quyularından su aldıq və xəmir yoğurduq. Peyğəmbər – allallahu aleyhi və səlləm – aldığımız suları boşaltmağımızı və yoğurduğumuz xəmirləri isə dəvələrə yedirtməyimizi əmr etdi. Peyğəmbər: «Ağlayanlar müstəsna olmaqla (ağlamayanlar) nəbadə əzaba uğramış olan bu qövmün yurduna girsin. Əgər ağlamasanız onlara toxunan əzabın bir bənzərinin sizlərə də toxunmasından qorunmaq üçün onların yurdlarına girməyin. Sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – vaxtı ilə Saleh – əleyhissəlam – ın dişi dəvəsinin su içdiyi quyudan su almalarını onlara əmr etdi»179. Həmçinin də günahların yer üzündə meyvələrin azalmasına da təsiri vardır. Rəvayətlərdə gəlir ki: «Bəni Umeyyə xəzinələrindən bağlamaya bükülmüş bir buğda dənəsi tapılmışdır ki, orada bu sözlər qeyd olunmuşdur: «Bu buğda ədalət dövründə bitərdi»180. Bu müsibəti, bəlaları Allah, insanlar müsibət törətdiyi zaman göndərir. «Bu (dünyada) öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir». (əl-Həcc 10). İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Mənə dövrümdə yaşayan ağsaqqalar deyərdilər ki: «Onlar öz vaxtlarında olan meyvələri indikindən böyük görərdilər».

26. Günahlar insanın surətinə, yaradılışına (xilqətinə) təsir edir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Adəmi (öz surətində) boyu altmış dirsək uzunluğunda yaratdı…Cənnətə girəcək hər kəs (oraya) Adəmin surətində girəcəkdir. İnsanlar Adəm – əleyhissəlam – dan bu yana əskilməyə davam etmişlər»181. Yer üzü ədalətsizlik və zülmlə dolu olduğu vaxt Allah öz qulunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in nəslindən olan Mehdi – əleyhissəlam – ı çıxaracadır. O da yer üzünü ədalətlə düzgünlüklə dolduracaqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə göndərilən dini yenidən quraraq bərpa edəcəkdir. Əsl adı Muhəmməd b. Abdullah olub, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Əhli Beytindəndir. Fatimə - radıyallahu anhə – nin nəslindən, Həsən b. Əli - radıyallahu anhu – nun qolundandır. Zülm və haqsızlıqla dolub daşan yer üzünü ədalətlə dolduracaqdır. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyanın sonuna bir gün qalsa da belə Allah o günü uzadacaqdır. O vaxta qədər ki, Əhli Beytdən bir insan çıxacaq. Adı-adıma, atasının adı isə atamın adına oxşayacaqdır. Yer üzü zülm ilə dolduğu zaman, o yer üzünü ədalətlə dolduracaqdır»182. Ummu Sələmə - radıyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mehdi mənim nəslimdən, Fatimənin kökündəndir»183. Yer öz bərəkətini çıxaracaqdır. Nəvvas b. Səman - radıyallahu anhu – rəvayət edir ki, bir gün səhər Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə Məsih Dəccəl haqqında danışmağa başladı… Sonra Allah elə bir yağış göndərər ki, istər quru və sağlam palçıqdan olsun, istər gildən olsun heç bir ev o yağışın enməsinə mane ola bilməyəcəkdir. Yağış bütün yer üzünü yuyacaqdır. Nəhayət yer üzü güzgü kimi parlayacaqdır. Sonra Allah yer üzünə: «Meyvələrini bitir, bərəkətini ver!» deyə əmr edəcəkdir. O gün bir camaat bir narı yeyib doyarlar və qabığı altında kölgələnərlər. Bərəkət sürətlə artar. Hətta bir dəvənin südü böyük bir topluluğa kifayət edər. Bir inəyin südü bir qəbiləyə, bir qoyunun südü isə bir neçə ailəyə kifayət edər (Başqa rəvayətdə: «Həyatım əlində olan Allaha and olsun ki, Məryəm oğlu İsa – əleyhissəlam – adil bir hakim olaraq sizin içinizə enməsi yaxındır. O, xaçları sındıracaq, donuzları öldürəcək və cizyəni qaldıracaqdır, zəkatı buraxacaq, qoyundan və dəvədən zəkat alınmayacaqdır, ədavəti, kin-kudurəti aradan qaldıracaqdır, hər zəhərllinin zəhərini çəkib alacaqdır. Uşaq əlini ilanın ağzına soxacaq amma ilan ona zərər verməyəcəkdir. Uşaq aslanı qovalayacaq amma aslan ona zərər verməyəcəkdir. Qoyunlar arasında qurd, qoyunları qoruyan it kimi olacaqdır. Yer üzü barışla dolacaqdır. Hərkəsin sözü bir olacaqdır. Allahdan başqasına ibadət edilməyəcək, döyüşlər sona yetəcəkdir. Qureyşin hakimiyyəti əlindən alınacaqdır. Adəm – əleyhissəlam – ın zamanında olduğu kimi əkinlər bitəcəkdir184185. Yer artıq günahlardan təmizlənəndən sonra küfrün itirdiyi bərəkət ortaya çıxacaqdır. Yerdə baş verən təsirlər cəzaların təsiridir ki, Allah göndərir. Bu da günahlara görədir. Şeytan insana hakim olduqda artıq insanın ömründən, sözündən, əməlindən, ruzisindən bərəkəti alınır. Şeytana itaət yer üzündə fəsad olduğu kimi ona itaət edilən yerdən də bərəkət sökülüb alınar. Şeytanın məskəni olan Cəhənnəm də belədir. Orada nə rəhmət vardır, nə də bərəkət.

27. Günahlar qəlbdəki qısqanclıq, qeyrət atəşini söndürür. Hansı ki, bu onun həyatı üçün təbii bir istilikdir. Qeyrət bədənin həm istisi, həm də odudur. Bu qeyrət sayəsində insan özündə olan pis, xəbis sifətləri özündən uzaqlaşdırır. Necə ki, od qızılın və dəmirin pasını apardığı kimi insanın qeyrəti də pis sifətləri ondan uzaqlaşdırır. İnsanların ən şərəflisi, ən ucası özünə və insanlara qısqanc olandır. Buna görə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – insanların ən qısqancı idi. Allahın qısqanclığı isə ondan da böyükdür. Rəvayət edilir ki, bir gün Sad b. Ubadə - radıyallahu anhu – qışqıraraq: «Əgər mən yad bir kişini öz arvadımla görsəydim onu qılıncla doğrayardım (vurardım)». (Bunu eşidən) Peyğəmbər – sallallahu aleyhi və səlləm – səhabələrə: «Sadın qısqanclığı sizi təəccübləndirirmi? Həqiqətən mən ondan da qısqancam, Allah isə məndən də qısqancdır» deyə buyurdu. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhə yox ki, Allah qısqanır. Allahın qısqanması mömin bir qulun Allahın haram (qadağan) etdiyi şeyləri etməsi ilədir»186. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm – buyurdu: «Allahdan daha qısqanc bir kəs yoxdur. Allah bu qısqanclığına görə açıq və gizli olan bütün çirkin əməlləri haram etmişdir. Təriflənməyi Allahdan daha çox sevən bir kimsə yoxdur. Buna görə Uca Allah Öz nəfsini tərifləmişdir. Allahdan daha çox dəlili (üzrü) sevən yoxdur. Bax, bunun üçün də bir çox müjdələyən və qorxudan Peyğəmbərlər göndərmişdir (Başqa rəvayətdə: Bax buna görə də Allah Peyğəmbərlərini göndərmiş və kitablarını endirmişdir)187. Bu hədisdə qısqanclıq kəliməsi ilə «Ğayyur» üzürü sevməyi bir yerdə zikr etmişdir. Allah, şiddətli qısqanc olmasına baxmayaraq bəndəsinin üzr diləməsini istəyir və üzr diləyənin də üzrünü qəbul etməyi sevir. O, Onu qısqandıran bir pislik edildiyi zaman üzr diləsin deyə onu edəni həmən cəzalandırmaz. O, üzr və bəhanə qalmasın deyə Peyğəmbərlər göndərmiş və kitablar endirmişdir.

İnsanların ən çox qısqanc olanı qısqanclığının şiddətliyinə görə üzr qəbul etmədən dərhal cəza verməyə və cəzalandırmağa çalışır. Ola bilər ki, günahı edənin o işdə üzrü vardır. Lakin onun qeyrətinin, qısqanclığının şiddəti onun üzürünü qəbul etməsinə mane olur. Elə də insanlar vardır ki, qısqanclığının aşağı olmasına görə hər cür üzrü qəbul edir. Üzr olmayan bir şeyi də üzürlü sayır. Hətta onlardan çoxu görürsən ki, qədəri də üzr gətirirlər. Bunların heç biri bəyənilmir. İnsan həm qısqanc olmalı, həm də üzürü qəbul etməlidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın sevdiyi və sevmədiyi qısqanclıq vardır. Sevmədiyi qısqanclıq insanın şübhə olmayan bir şeyə qısqanclıq etməsidir»188. Sevdiyi isə qısqanclığın üzürlə yanaşı olmasıdır. Qısqanclıq anında qısqanclıq edir, üzür yerində isə üzürü qəbul edir. Kim belə edərsə artıq təriflənmişdir. Allah bütün kamil sifətləri özündə topladığı üçün tərifə hər kəsdən daha layiqdir. Heç kimsə Onun kimi tərif olunmaz. O, özünü tərif etdiyi kimidir.



İnsanın başına gələn fikir vəsvəsəyə çevrilir, vəsvəsələr iradəyə, iradə güclənərək qətiyyətə və sonra da əmələ çevrilir. Bu əməl isə sahibi üçün daimi bir sifətə çevrilir. Belə olduğu zaman artıq o, insanın bu sifətdən çıxması çətinləşir. İnsan nə qədər çox günah edərsə günah onun qəlbindən özünə, ailəsinə, uşaqlarına qarşı olan qısqanclığı çıxardar. Hətta o qədər zəifləyər ki, çirkin bir şeyi çirkin görməz nə özündə, nə də başqalarında. Artıq o insan bu dərəcəyə çatarsa həlak qapısına girmişdir. Bunları pis görməməklə kifayətlənməyərək artıq fahiş işləri başqalarına bəzəyir, onları günaha həvəsləndirir, dəvət edir. Onu əldə etmək üçün ona yardım edir. Buna görə də dəyyus Allahın yaratdıqları içərisində ən xəbis insan sayılır. Öz ailəsində günahı etiraf edən kimsədir. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uç qrup insana Allah Cənnəti haram edib: İçki düşkünü olana, ata-anasına pislik edənə və ailəsində pozğunluğa göz yuman dəyyusa»189. Bax gör insanın qısqanclığının aşağı olması nəyə gətirir. Bu da onu bildirir ki, dinin əsası qeyrət və qısqanclıqdır. Qeyrəti olmayanın dini də yoxdur. Qısqanc insan qəlbini, əzalarını qoruyur və özündən pislikləri uzaqlaşdırır. İnsanın qısqanclığının olmaması qəlbi öldürür və bununla da əzaları da ölür. Günaha qarşı artıq onda heç bir müqavimət qalmır. İnsanın qəlbində olan o qısqanclığın məsəli bədəndə xəstəlikləri dəf edən gücə bənzəyir. İnsanda o müqavimət olmazsa xəstəlik bədəndə özünə yer qərar verər və bununla da həlak hasil olar. Qeyrət duyğusu eyni zamanda özünü və balasını müdafiə edən buynuzlu qoça oxşayır. Buynuz qırıldıqda düşməni ona göz dikər.

28. Günahlar insanın qəlbinin ana maddəsi olan həyasının itməsinə səbəbdir. Həya qəlbin əsas maddəsidir. Hər bir xeyirin əsasıdır. Həyanın itməsi də hər bir xeyirin itməsi deməkdir. İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ənsarlardan qardaşına həya haqqında nəsihət verən birisinə yetişdi. Rəsulullah: «Onu burax, həqiqətən həya imandandır»190. İmran b. Hüseyn - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həya, xeyirdən başqa bir şey gətirməz. (Başqa rəvayətdə: Həya büsbütün xeyirdir)»191. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İman yetmiş yaxud da altmışdan çox şöbələrdən ibarəddir. Ən fəzilətlisi, Allahdan başqa ilah olmadığını - Lə iləhə illəllah - söyləmək, ən aşağı şöbəsi isə yolda olan maneəni dəf etməkdir. Həya da imanın bir şöbəsidir»192. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Hər bir dinin bir əxlaqı vardır. Şübhəsiz ki, İslamın əxlaqı da həyadır»193. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Həyasızlıq hər nədə olarsa mütləq onu qüsurlu edər və həya hər nədə olarsa mütləq onu gözəlləşdirər»194. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Həqiqətən də insanların Peyğəmbərlikdən öyrəndikləri ilk söz: «Əgər həya etmirsənsə istədiyini et»195. İstədiyini et: Nə deməkdir? Birinci hədədir. Çünki utanmayan insan istədiyi qədər çirkin işləri edir. Onu o işləri görməyə vadar edən həyanın olmamasıdır. Həya yoxdursa o kimsə bu günahlara düşəcəkdir196. İkinci isə: Bir işi edərkən onu etdiyindən ötrü Allahdan həya etmirsə elə isə onu edə bilər. Utanmadığına görə edir197.


Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin