41. Günahlar insandan gözəl adları soyub çıxararaq ona məzəmmət olunan adları geyindirir. Mömin, Muhsin, Muttəqi, Munib – Allaha qayıdan, Mudi – itaət edən, Vəli – dost, Saleh, Abid, Xaib – qorxan, Tayyib – yaxşı, Təvvəb – tez-tez Allaha qayıdan, tövbə edən və s. belə bir adları ondan soyub çıxararaq ona Facir, Asi, Müxalif, Mufsid – fəsad törədən, Xəbis - çirkin, Zəni – zinakar, Səriq – oğru, Qatil – öldürən, Kəzib – yalançı, Ğadir – xəyanət edən və s. çirkin adları ona geyindirilir. «İmandan sonra fasiq adını qazanmaq necə də pisdir». (əl-Hucurat 11). O, adlar ki, Allah – subhənəhu və təalə – nin qəzəbini, əzabını, rüsvayçılığı, alçaqlığı və Cəhənnəmi vacib edir. Digər adlar isə Allahın rəhmətini, Cənnətini və onunla adlananın şərəfli olmasını vacib edir.
Günahın insana bu isimləri haqq etməkdən başqa bir cəzası olmasaydı belə bu ağıllı birisinə ondan uzaqlaşmağa kifayət edərdi. İtaət etməyin savabı da sadəcə bu isimləri qazanmaq olsaydı ağıllı birisinə itaət əmrinə uymasına kifayət edərdi. Lakin Allahın verdiyinə əngəl törədən, vermədiyini də verə biləcək, uzaqlaşdırdığını yaxınlaşdıracaq və yaxınlaş-dırdığını isə uzaqlaşdıracaq heç bir kimsə yoxdur. «Allah kimi alçaldarsa onu yüksəldəcək keç kimsə olmaz. Şübhəsiz Allah dilədiyini edəndir». (əl-Həcc 18).
42. Günahlar ağlın naqisləşməsinə səbəbdir. Buna görə də sən iki ağıllı insanın biri itaətkar, digəri isə asi insanın eyni olduğunu görə bilməzsən. Görərsən ki, itaətkar insanın ağlı daha mükəmməl, daha kamil, fikri daha doğru, rəyi daha səhih və doğruluq daima onunla birlikdədır. Buna görə də Qurani Kərimdə xitab ən çox ağıl sahiblərinə yönəlir. «Ey ağıl sahibləri, Məndən qorxun». (əl-Bəqərə 197). «Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə nicat tapasınız». (Maidə 100). «Bunu ancaq ağıllı adamlar dərk edərlər». (əl-Bəqərə 269). Necə asilik edən insan ağıllı ola bilər ki, o ovcunda olana asilik edir. Onun diyarındadır ona asilik edir. O, kimsə bilir ki, Allah onu görür və müşahidə edir. Buna baxmayaraq yenə də asilik edir. Allahın qəzəbinə səbəb olacaq şeyləri edir. Hər zaman Allahın qəzəbini və lənətini gətirən işləri edən, özünü Ondan uzaqlaşdıran, qapısından qovduran, gözündən düşən, Onun sevgisindən və rizasından məhrum qoyan, düşməni ilə baş-başa qoyan şeyləri edən bir kimsə ağıllı ola bilərmi? Elə isə onun sevinci ancaq Allaha yaxın olmaq, Onun yaxınlığını qazanmaq və Onun üzünə baxmaq nemətinə sahib olmaqdır. Bunlar iaət edənlərin kəramətlərindəndir. Saydığımız şeylərdə üsyan edənlərin cəzalarındandır. Həmçinin də itaət sahiblərinə verilən nemətlərdən məhrum qalır və üstəlik də günah sahiblərinin cəzasına da layiq olur. Bir an və ya bir günlük, bir aylıq, bir illik dadılan və sonda da yuxu kimi qeyb olan bir ləzzəti belə olmayıb əbədi olan nemətə və böyük uğura, hətta dünya və axirət səadətinə dəyişənin hansı ağlından bəhs edilə bilər? Əgər o, kimsə hüccət qaldırılan insan olmasaydı o, kimsə dəlilər sırasında sayılardı. Hətta dəlilərin halı beləsindən daha yaxşı və daha salamat olacaqdır.
Əgər ağıllar sağlam olsaydı bilərdi ki, sevinci, ləzzəti, fərəhi qazanmaq yolu yalnız Allahın razılığını qazanmaqdadır. Bütün ağrılar və əzablar Allahın qəzəbindəndir. Çünki qəlblərin sevinci, nəfslərin fərəhi, könül xoşluğu, qəlblərin həyatı və ruhların ləzzəti sadəcə Onun rizasındadır. Əgər insan bu razılığa çatarsa bütün dünya nemətləri Onun rizasıyla əldə edilən bu nemətlərin bir zərrəsilə müqayisə olunsaydı yenə də ona çatmazdı. Hətta qəlb bundan da az bir şey əldə etmiş olsaydı yenə də dünya və içindəkilərlə bu payını dəyişməzdi. Buna baxmayaraq itaətkar kimsə dünyada olan nemətlərlə də faydalanır. Hətta o, kef içində olanlardan da ləzzətli həyat sürür. Başına bir müsibət gəlsə də belə Allahdan umduğuna görə sevinc içində olur. Çünkü o, başqa daha böyük iki neməti gözləyərək bu iki böyük neməti yaşamaqdadır. «(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir cəmaat olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir». (ən-Nisa 104).
Dostları ilə paylaş: |