2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 4,25 Mb.
səhifə84/397
tarix03.01.2022
ölçüsü4,25 Mb.
#43089
1   ...   80   81   82   83   84   85   86   87   ...   397
İstilahi Mənası İmanı tamamlayacaq bir şeyi inkar etmək deməkdir. Öyrənilməsi zəruri olan qəti şəkildə ifadə edilən vacib və yaxud haram bir hökmü inkar etmək. Şəhadət Kəliməsinin sübuta yetirdiyi mənanı inkar etmək kimi bir kafirlikdir. Namazı vacib olduğunu, faizin haramlığını inkar etmək və s.

Küfr sözü bəzən İslamdan çıxaran, bəzən də İslamdan çıxarmayan kimi iki mənaya əsaslanır. İmanın dərəcələri olduğu kimi küfrün də öz dərəcələri, bölmələri vardır. Küfrün iki növü vardır.



1. Böyük Küfr əbədi Cəhənnəmə aparan, imandan uzaqlaşdıran, imanı tamamlayacaq əsasları və ya onlardan hər hansısa birini inkar etməkdir. Beş qismə ayrılan böyük küfr özünü etiqadda, sözdə və yaxud da əməldə göstərir. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki, böyük kürfün 5 qismi var: «Yalanlamaqla küfrə düşmək, təsdiq etməklə yanaşı təkəbbürlük etmək, üz döndərmək küfrü, şəkk küfrü, nifaq küfrü». Həkəmi – rahmətullahi aleyhi – deyir ki, böyük küfr 4 qisimdən qırağa çıxmır: «Cəhalət və təksib küfrü, cəhd etmək küfrü, inadkarlıq və təkəbbürlük küfrü, nifaq küfrü».

Bütün bu alimlərin dediklərini bir yerə cəm etsək, təkrarları silməklə görərik ki, böyük küfr 9 qismə bölünür. Onlar məna etibarı ilə bir-birinə yaxın olduğundan biz onları bir neçə qismə aid edə bilərik. Bir qismdə bir neçə adı bir yerə cəm etmək olar. Məs: İnkar etmək, yalan, cahillik bunlar arsında məna etibarı ilə yaxınlıq var. İnsan inkar edir, çünki o hökm barəsində cahildir. Onlar 3 də bir mənaya cəm olunur. Həmçinin təkəbbürlük, indakarlığı da bir mənada cəm edə bilərik. Bununla da 9 qismi 6 qismə cəm etmək olar. 1) İnkar etmək və yalanlamaq (cahillik də bura daxildir). 2) Cəhd göstərmək. 3) İnadkarlıq və təkəbbürlük. 4) Nifaq. 5) Üz döndərmək. 6) Şəkk küfrüdür.




Yüklə 4,25 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   397




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin