Şüalanma isə enerjinin elektromaqnit dalğaları vasitəsilə ötürülməsinə deyilir.
Istilikvermə zamanı cismin aldığı, yaxud verdiyi daxili enerjinin miqdarına istilik miqdarı adlanır və Q hərfi ilə işarə edilir:
m-cismin kütləsi, ∆T-temperaturun dəyişməsi, c-xüsusi istilik tutumudur.
Xüsusi istilik tutumu 1kq maddənin temperaturunu 1K dəyişmək üçün tələb olunan istilik miqdarına deyilir: Xüsusi istilik tutumu maddənin növündən və aqreqat halından asılıdır.
Termodinamikanın I qanunu və onun izoproseslərə tətbiqi.
Termodinamikanın I qanununda deyilir: Sistemə verilən istilik miqdarı (dQ), onun daxili enerjisinin dəyişməsinə (dU) və xarici qüvvələrə qarşı iş görməyə (dA) sərf olunur:
burada və kimidir.
Termodinamikanın I qanununu izoproseslərə tətbiq edək.
İzoxorik proses (V=const). Bu proses qazın həcmi sabit qaldığından və nəticədə dA=0 olur, yəni izoxorik prosesdə iş görülmür. Onda termodinamikanın I qanunu şəklini alır, yəni sistemə verilən istilik miqdarı daxili enerjinin dəyişməsinə sərf olunur.
İzotermik proses (T=const). Bu proses sabit temperaturda getdiyindən və nəticədə olur. Onda termodinamikanın I qanunu şəklini alır, yəni sistemə verilən istilik miqdarı xarici qüvvələrə qarşı sərf olunur.
İzobarik proses (p=const). Bu prosesdə qazın təzyiqi sabit qalır və nə , nə də sıfır olmur. Nəticədə termodinamikanın I qanunu öz ilkin şəklini saxlayır: , yəni qaza verilən istilik miqdarının bir hissəsi daxili enerjinin dəyişməsinə, bir hissəsi də xarici qüvvələrə görülən işə sərf olunur.
Adibatik proses ( ). Sistemlə onu əhatə edən mühit arasında istilik mübadiləsi olmadan gedən prosesə adiabatik proses deyilir. dQ=0 olduqda termodinamikanın I qanunu şəklini alır, yəni bu prosesdə sistem xarici qüvvələrə qarşı iş görürsə onun daxili enerjisi azalır.