2. Qədim Yunanıstanda bankirlər necə adlanirdi?



Yüklə 234,74 Kb.
tarix25.06.2018
ölçüsü234,74 Kb.
#54764

1. “Bank” sözünün mənası nədir?

A) Masa

B) Stul

C) Daxil

D) Pul kisəsi

E) Pul


2. Qədim Yunanıstanda bankirlər necə adlanirdi?

A) Trapezid

B) Kvadrat

C) Romb

D) Trapeziya

E) Bankomat



3. Qədim Romada bankirlər necə adlanırdi?

A) Mensar

B) Kilsə xadimi

C) Kreditor

D) Mənsur

E) Depozitor



4. Ilk banklar harada yaranmışdır?

A) Babilistan

B) Qədim Yunanıstan

C) Qədim Roma

D) Misir

E) Finikiya



5. İlk bank işlərini kimlər yerinə yetirilmişlər?

A) İqiba və Turaşa tacirləri

B) Qədim Yunanıstan tacirləri

C) Lombard bankirləri

D) Venetsiya hakimləri

E) Romanın kilsə hakimləri



6. İlk bank nə vaxt yaranmışdır?

A) 1407-ci ildə

B) 1392-ci ildə

C) 1405-ci ildə

D) 1417-ci ildə

E) 1385-ci ildə



7. İlk əsl maliyyə-kredit institutu hansı şəhərdə yaranmışdır?

A) Genuya

B) Florensiya

C) Roma

D) Venetsiya

E) Milan



8. İlk bank necə adlanır?

A) Banko di San Corco

B) Banko San Fransisko

C) Banko di San Georgio

D) Banko di San Pueblo

E) Banko San Antonio



9. Müasir bankların ilk sələfləri harada yaranmışdır?

A) Florensiya və Venetsiya

B) Roma

C) Milan

D) Amsterdan

E) Hamburq



10. Hollandiyada ilk banklar nə vaxt yaranmışdır?

A) 1605-ci ildə

B) 1597-ci ildə

C) 1611-ci idə

D) 1617-ci ildə

E) 1703-cü ildə



11. Almaniyada ilk banklar nə vaxt yaranmışdır?

A) 1618-ci ildə

B) 1611-ci ildə

C) 1714-cü ildə

D) 1679-cu ildə

E) 1706-cı ildə



12. Bankın mahiyyəti nədir?

A) Fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi və öz adında və öz hesabında kreditlərin verimi,habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmü halda həyata keçirən hüquqi şəxsdir.

B) Qiymətli kağızların bazasının mütəşəkkil hissəsi.

C) Qiymətli kağızların alıcıları və satıcıları görüşünün başverdiyi ixtisaslaşmış təşkilat.

D) Valyuta-maliyyə fəaliyyəti sahəsində satıcılar ilə alıcılar arasında iqtisadi münasibətlərin baş verdiyi yer.

E) Müxtəlif ölkələrin valyutalarının satıcıları və alıcıları arasında alqı-satqı prosesinin baş verdiyi məkan.



13. Bank sistemi nədir?

A) Ayrı-ayrı bank və bank institutlarının məcmusu

B) Kommersiya banklarının məcmusu

C) Bankların və lombardların məcmusu

D) Emissiya banklarının məcmusu

E) Mərkəzi bankların məcmusu



14. Dünyada ən geniş yayılmış neçə pilləli bank sistemi mövcuddur?

A) İki pilləli

B) Bir pilləli

C) Üç pilləli

D) Dörd pilləli

E) Beş pilləli



15. İlk Mərkəzi Bank nə vaxt yaranmışdır?

A) 1668-ci ildə

B) 1557-ci ildə

C) 1611-ci ildə

D) 1503-cü ildə

E) 1691-ci ildə



16. İlk Mərkəzi Bank harada yaranmışdır?

A) İsveçdə

B) İsveçrədə

C) Almaniyada

D) İtaliyada

E) Fransada



17. İlk Mərkəzi Bank necə adlanır?

A) İsveç Riqsbankı

B) ABŞ Federal Ehtiyat Sistemi

C) İsveçrə Milli Bank

D) Almaniya Mərkəzi Bankı

E) Yaponiya Bankı



18. İngiltərədə Mərkəzi Bank nə vaxt yaranmışdır?

A) 1694-cü ildə

B) 1655-ci ildə

C) 1633-cü ildə

D) 1711-ci ildə

E) 1717-ci ildə



19. Fransada Mərkəzi Bank nə vaxt yaranmışdır?

A) 1800-cü ildə

B) 1754-cü ildə

C) 1764-cü ildə

D) 1795-ci ildə

E) 1699-cu ildə



20. Hazırda dünyanın ən yaxşı kommersiya bankı hansı bankdır?

A) Sumitomo Bank-Yaponiya

B) Doyçe Bank-almaniya

C) Manhetten Bank-ABŞ

D) İsveçrə Milli Bankı-İsveçrə

E) Sinqapur Bankı-Sinqapur



21. Beynəlxalq ehtiyatların yığılmış həcminə görə hazırda ən böyük bank hansıdır?

A) Yaponiya bankı

B) Çin (Tayvan) mərkəzi bankı

C) Çin xalq bankı

D) Koreya bankı

E) ABŞ-ın Federal Ehtiyat Sistemi



22. ABŞ-ın Federal Ehtiyat Qanunu nə vaxt qəbul edilmişdir?

A) 1913-cü ildə

B) 1907-ci ildə

C) 1911-ci ildə

D) 1860-cı ildə

E) 1915-ci ildə



23. Keçmiş SSRİ-də neçə pilləli bank sistemi mövcud idi?

A) Bir pilləli

B) İki pilləli

C) Üç pilləli

D) Beş pilləli

E) Dörd pilləli



24. Azərbaycanda Banklar haqqında qanun nə vaxt qəbul edilib?

A) 2004-cü ildə

B) 1996-cı ildə

C) 1999-cu ildə

D) 2000-ci ildə

E) 1992-ci ildə



25. Azərbaycan “Mərkəzi Bank haqqında” qanun nə vaxt qəbul edilmişdir?

A) 2004-cü ildə

B) 1996-cı ildə

C) 2000-ci ildə

D) 1992-ci ildə

E) 2005-ci ildə



26. ikipilləli bank sisteminə hansı banklar daxildir?

A) Mərkəzi Bank və İxtisaslaşmış banklar

B) Mərkəzi Bank və Lombardlar

C) Dövlət Bankı və Kredit bankları

D) Mərkəzi bank və Kommersiya bankları

E) Milli Bank və Universal banklar



27. Azərbaycanın bank sistemi hansı banklardan ibarətdir?

A) Mərkəzi Bank və Kredit təşkilatları

B) Mərkəzi Bank və Beynəlxalq bank

C) Dövlət Bankı və Kommersiya bank

D) Mərkəzi bank və xarici banklar

E) Mərkəzi Bank və Kapital Bank



28. Azərbaycanın Mərkəzi bankı hansı bankdır?

A) Mərkəzi bank

B) Dövlət bankı

C) Beynəlxalq Bank

D) Milli bank

E) Kapital bank



29. Azərbaycanda Mərkəzi Bank hansı idarəetmə orqanına hesabat verir?

A) Azərbaycan Respublikasının Prezidentinə

B) Milli Məclisə

C) Nazirlər Kabinetinə

D) Prezident Aparatına

E) Maliyyə Nazirliyinə



30. Pul emissiyası nədir?

A) Bütün formalarda pul nişanlarının və qiymətli kağızların tədavülə buraxılması

B) Valyutaların mübadiləsi

C) Qiymətli kağızların satışa buraxılması

D) Metal və xırda pulların kəsilməsi

E) Əskinasların təzələnməsi



31. ixtisaslaşmış banklara hansı banklar aiddir?

A) İnvestisiya bankları,ipoteka bankları,innovasiya bankları,əmanət bankları

B) Lombardlar,trast şirkətləri,birjalar

C) Çek fondları,investisiya fondları,investisiya şirkətləri

D) Sığorta şirkətləri,birjalar

E) Mübadilə məntəqələri,poçt



32. Qeyri-bank maliyyə kredit institutlarına nələr aiddir?

A) İnvestisiya şirkətləri,investisiya fondları,sek fondları,sığorta şirkətləri,lombardlar,trast şirkətləri

B) Mərkəzi banklar

C) Maliyyə idarələri

D) Kommersiya bankları

E) Poçt və rabitə müəssisələri



33. ABŞ-da Federal Ehtiyat Sistemi hansı orqan tərəfindən idarə olunur?

A) Qovernorlar Şurası

B) İdarə Heyəti

C) Müşahidə Şurası

D) Audit Komitəsi

E) Direktorlar Şurası



34. Azərbaycanda Mərkəzi Bank hansı orqan tərəfindən idarə olunur?

A) İdarə Heyəti

B) Audit Komitəsi

C) Müşahidə Şurası

D) Direktorlar Şurası

E) Ümumi yığıncaq



35. Mərkəzi Bankın İdarə Heyətinin sədri kim tərəfindən vəzifəyə təyin edilir və vəzifədən çıxarılır?

A) Azərbaycan Respublikasının Prezidenti

B) Baş Nazir

C) Milli Məclisin sədri

D) Maliyyə Naziri

E) Prezident adminstrasiyasının rəhbəri



36. Azərbaycan Milli Bankının İdarə heyətinin tərkibi neçə nəfərdən ibarətdir?

A) Yeddi nəfər

B) Beş nəfər

C) Üç nəfər

D) Doqquz nəfər

E) On nəfər



37. Azərbaycan Mərkəzi Bankına kim rəhbərlik edir?

A) İdarə Heyətinin sədri

B) Direktor

C) Rəis

D) Müdir

E) Prezident



38. ABŞ-da əmanətlərin sığorta edilməsi ilə hansı orqan məşğul olur?

A) Federal Əmanət Sığorta Korporasiyası

B) ABŞ sığorta şirkəti

C) Federal banklar birliyi

D) Əmanətlər Müdafiəsi Fondu

E) Bankların sığorta fondu



39. Dünya kredit təcrübəsində hansı metodikadan istifadə olunur?

A) 5 “C”metodikasından

B) 7 “K” metodikasından

C) 5 “D” metodikasından

D) 8 “L” metodikasından

E) 9 “R” metodikasından



40. Fed Wire sistemi nədir?

A) ABŞ-da FES-in pul vəsaitlərinin elektron köçürmə sistemləri

B) Kliring sistemi

C) Banklararası faiz dərəcəsi sistemi

D) Banklarda etibarlılıq sistemi

E) nağd hesablaşmalar sistemi



41. Trast əməliyyatları nəyə əsaslanır?

A) Etibara

B) Davamlılığa

C) Sərt nəzarətə

D) Nüfuza

E) Dostluğa



42. Avizo nədir?

A) Qarşılıqlı hesablaşmalarda dəyişikliklər haqqında, yaxud pul köçürməsi haqqında bir kontragentin digərinə göndərildiyi bank bildirişi

B) Gələcək tədiyyələr hesabına verilən vəsait

C) Bekseldə sərəncam yazısı

D) Veksel zəmanəti sistemi

E) Vekseli təqdim etməklə tədiyyəni aparan veksel sahibi



43. Avropanın valyuta vahidi nədir?

A) Avro

B) Ekju

C) Frank

D) Krona

E) Avropa dolları



44. Avuar nədir?

A) Xarici valyutada bank vəsaitləri

B) Faiz gətirən qiymətli kağız

C) Qiymətli kağız

D) Əskinas

E) Qiymətli kağızlar məzənnəsinin müəyyən edildiyi valyuta



45. Akkreditiv nədir?

A) Kredit müəssisəsində (adətən əmanət banklarında) orda göstərilən məbləği şəxsə almaq hüququ verən həmin şəxsi təsdiq edən pul sənədi

B) Beynəlxalq hesablaşmalarda istifadə olunan qiymətli kağız

C) Emissiyanı həyata keçirən idarə

D) Emitene bankın benefisiar qarşısında əsas müqavilə üzrə emr verən tərəfindən öz öhdəliklərinin yerinə yetirilməməsi zamanı göstərilən məbləğ həddində tədiyyənin aparılması haqqında öhdəliyi

E) Sığortanı xəbərdar etmək üçün sığorta edən idarənin verdiyi sənəd



46. Bank Holdinq Şirkətinin mahiyyəti nədən ibarətdir?

A) Bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankları olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdir

B) Sığorta şirkətləri ilə bankların birliyi

C) Sənaye şirkətləri ilə bankların birliyi

D) Xarici banklarla yerli bankların birliyi

E) Maliyyə şirkətləri ilə bankların birliyi



47. Bankın filialının mahiyyəti nədən ibarətdir?

A) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirən bankın ayrıca bölməsi

B) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən bankın mənafelərini təmsil edən ayrıca bölməsi

C) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən və hesablaşma kassa-əməliyyatlarının aparan bankın ayrıca bölməsi

D) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, respublika ərazisində depozitlər cəlb edən bankın ayrıca bölməsi

E) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan bankın ayrıca bölməsi



48. Törəmə bank nədir?

A) Nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bank

B) Öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına yalnız pul formasında kreditlər verməklə məşğul olan bank

C) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı bankın ayrıca bölməsi

D) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmayan bankın ayrıca bir bölməsi

E) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən banka icazə verilmiş bank fəaliyyətinin hamısını həyata keçirən bankın ayrıca bölməsi



49. Bankın şöbəsi nədir?

A) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri bankın özünün məsuliyyət daşıdığı,onun respublika ərazisində depozitlər cəlb edən və ya köçürmə-kassa əməliyyatlarını aparan ayrıca bölməsi

B) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən banka icazə verilmiş bank fəaliyətinin bir hissəsini həyata keçirən bankın ayrıca bölməsi

C) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmayan bankın ayrıca bölməsi

D) Elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.

E) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən banka icazə verilmiş bank fəaliyyətinin hamısını həyata keçirən bankın ayrıca bölməsi



50. Bankın nümayəndəliyi nədir?

A) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bir bölməsi

B) Nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bank

C) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, bank fəaliyyətinin bir hissəsini həyata keçirə bilən bankın ayrıca bir bölməsi

D) Hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, respublika ərazisində depozitlər cəlb edən hesablaşma-kassa əməliyyatları aparan bankın ayrıca bir bölməsi

E) Fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsini həyata keçirən hüquqi şəxs



51. Bank olmayan kredit təşkilatı hansıdır?

A) Öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxs

B) Birja

C) Sığorta təşkilatı

D) Kredit ittifaqı

E) Lombard



52. Aksept nədir?

A) Borc alanın öz veksellərini banka vermək yolu ilə aldığı bank krediti

B) Veksel təminatı, kredit verən maliyyə idarəsi

C) İxrac-idxal əməliyyatları üzrə hesablamaları yerinə yetirərkən bank krediti növü

D) Pul sənədinin ödənilməsinə razılıq verən şəxs

E) Pul ödənilməsinə razılıq, yaxyd pul, hesablaşma və əmtəə sənədlərinin və ya əmtəələrin ödənilməsi təminatı



53. Bank avalı nədir?

A) Bank əmanətidir ki, onu həyata keçirən şəxs veksel üzrə borcu olan hər hansı bir şəxsin akseptantın, veksel verənin, indossantın tədiyyə təəhhüdlərinin yerinə yetirilməsinə görə veksel sahibi qarşısında məsuliyyətli öz üzərinə götürür

B) Bankın xaricə qoyduğu trattadır

C) İdxal edənin və ya onun bankının xahişi üzrə ən yaxşı veksel aksepti

D) Rəqabət mübarizəsində əvvəllər müstəqil olan iki və ya bir neçə bankın qovuşmasıdır

E) Bir şəxsin digər şəxsin xeyirinə müəyyən məbləği köçürmək üçün banka verdiyi tapşırıqdır



54. “Depozit” sözünün mənşəyi hardan götürülüb?

A) Qorunmağa verilmiş əşya

B) Əmanət

C) Saxlanc yeri

D) Ambar

E) Qutu



55. “Deponent” sözünün mənşəyi hardan götürülüb?

A) Qoyuram

B) Yerləşdirirəm

C) Verirəm

D) Etibar edirəm

E) İnanıram



56. “Kredit” sözünün mənşəyi hardan götürülüb?

A) Etibar etmək

B) Qoymaq

C) Vəkalət

D) Yerləşdirmək

E) İnanmaq



57. Blank krediti nədir?

A) Kredit verənin yalnız şəxsi etibarına əsaslanan maddi təminatsız kredit

B) Beynəlxalq iqtisadi münasibətlər dairəsində borc kapitalının hərəkəti

C) Bankların pul borcları kimi fəaliyyətdə sahibkarlara vədigər borc alanlara verdiyi kredit

D) Borc alanın öz veksellərini bankavermək yolu ilə bağlı krediti

E) Şəxsi istehlak malları satılarkən bilavasitə istehlakçılara tədiyyənin möhləti uzadılmaqla verilən kredit



58. Revorler kredit nədir?

A) Danışılmış şərtlərə görə bankın kredit verilməsi öhdəliyi

B) İxrac-idxal əməliyyatları üzrəhesablaşmaları yerinə yetirərkən istifadə olunan bank krediti

C) Daşınmaz əmlakın girov qoyulması şərti ilə uzun müddətə verilən kredit

D) Girov kimi dilerə verilən bir günlük kredit

E) Kredit münasibətlərinin məcmusudur ki, burada fiziki və hüquqi şəxslərə münasibətdə kreditor kimi yerli orqanlar çıxış edir



59. “Aksept” sözünün mənası nədir?

A) Qəbul edilmiş

B) Təhvil verilmiş

C) Qoyulmağa verilmiş

D) Qaytarılmış

E) Silinmiş



60. Qısa müddətli kredit nə qədər müddətə verilir?

A) Bir aya qədər

B) Üç aya qədər

C) Altı aya qədər

D) Doqquz aya qədər

E) Bir ilə qədər



61. Orta müddətli kredit nə qədər müddətə verilir?

A) .İki-üç ilə qədər

B) İki ilə qədər

C) Üç ilə qədər

D) Dörd ilə qədər

E) Beş ilə qədər



62. Uzun müddətli kredit nə qədər müddətə verilir?

A) Beş ildən yuxarı

B) Yeddi ilə qədər

C) Səkkiz ilə qədər

D) Altı ilə qədər

E) Doqquz ilə qədər



63. Bankların aktiv əməliyyatlarının mahiyyəti nədən ibarətdir?

A) Bankların öz vəsaitlərinin köçürülməsini həyata keçirən əməliyyatlar

B) Bankların öz vəsaitlərinin öz sərəncamına cəlb edilməsini həyata keçirən əməliyyatlar

C) Bankların öz vəsaitlərinin yerləşməsini həyata keçirən əməliyyatlar

D) Bankların pul əməliyyatları

E) Bankların nağdsız əməliyyatları



64. Bankların passiv əməliyyatlarının mahiyyəti nədən ibarətdir?

A) Bankların pul vəsaitlərini öz sərəncamına cəlb edən, səfərbər edən əməliyyatlar

B) Bankların ticarət-komisyon əməliyyatları

C) Bankların öz vəsaitlərinin yerləşməsini həyata keçirən əməliyyatlar

D) Bankların öz vəsaitlərinin köçürülməsini həyata keçirən əməliyyatlar

E) Bankların hesablaşma əməliyyatları



65. Kontokorrent hesabı nədir?

A) Bankın müştəriyə açdığı cari və borc hesabı

B) Müxtəlif formada nağdsız hesablaşmaları aparmaqdan ötrü müəssisə və birliklərin ölkənin xarici iqtisadi bankında xarici valyutada hesabı

C) Müəyyən müddət ərzində müəssisənin vəsaitlərinin bir hissəsini saxlamaqdan ötrü açılan hesabı

D) Təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi statusa malik və komersiya hesabı prinsipləri əsasında fəaliyyət göstərən bütün firmalar tərəfindən açılan hesab

E) Firmanın təsərrüfat hesablı bölmələri üçün açılan hesab



66. Bankın mənfəəti necə müəyyən edilir?

A) Bankların gəlirləri ilə xərcləri arasındakı fərq

B) Bankların əmanətlərinin satış qiyməti ilə alış qiyməti arasındakı fərq

C) Bankların faiz məbləği ilə (onların verdikləri borca görə) ödədikləri faiz məbləği (əmanətlərə görə) arasında fərq

D) Faiz dərəcəsi, qiymətli kağızların məzənnələri, alıcı qiyməti və satıcı qiyməti arasında fərq

E) Bankın ümumi gəlirləri ilə cari xərcləri arasında fərq



67. İpoteka bankı nədir?

A) Daşınmaz əmlaka görə uzunmüddətli pul borcunu verən, eləcə də girov mülki ilə təmin olunan girov kağızı buraxan torpaq bankı və ya kredit müəssisəsi

B) Qısamüddətli təmin olunmamış borcların banklararası bazarı

C) Nağdsız hesablaşmaları aparan bank

D) Ayrı-ayrı müəssisə və təşkilatlar, eləcə də vətəndaşlar payları hesabına yaranan bank

E) Uzunmüddətli əsaslı vəsait qoyuluşlarının maliyyələşməsi ilə məşğul olan bank



68. Korrespondent bank nədir?

A) Əsasən cəlb edilən depozitlər hesabına kredit-hesablaşma və vəkalətnamə əməliyyatlarını həyata keçirən bank

B) Əsasən müəyyən növ kredit əməliyyatlarını həyata keçirən bank

C) Bir qayda olaraq kooperativ müəssisələrlə maliyyə-kredit əməliyyatlarını aparan bank

D) Məlumat (xəbər) müqaviləsi əsasında tədiyyələr və xüsusi açılmış hesab vasitəsi ilə biri-biri üçün tapşırıqları yerinə yetirən bank

E) Veksel təminatı, kredit verən maliyyə idarəsi



69. İlk kredit harada yaranmışdır?

A) Çində

B) Qədim Romada

C) Qədim Yunanıstanda

D) Hindistanda

E) Misirdə



70. İlk kredit nə vaxt yaranmışdır?

A) VIII əsrdə

B) e.ə. IV əsrdə

C) V əsrdə

D) B) E) ə. VI əsrdə

E) IX əsrdə



71. Klirinq bank nədir?

A) Nağdsız hesablaşmaları aparan bank

B) Beynəlxalq ticarətin maliyyələşməsində ixtisaslaşan bank

C) Əsasən kənd təsərrüfatı məhsullarının maliyyələşməsi ilə məşğul olan bank

D) Ayrı-ayrı müəssisə və təşkilatların payları hesabına yaranan bank

E) Qısamüddətli təmin olunmamış borcların banklararası bazarı



72. İxtisaslaşmış banklar hansılardır?

A) Əsasən müəyyən növ kredit əməliyyatlarını həyata keçirən bank

B) Əsaslı vəsait qoyuluşlarının maliyyələşməsi ilə məşğul olan bank

C) Uzunmüddətli əsaslı vəsait qoyuluşlarının maliyyələşməsini həyata keçirən bank

D) Veksel təminatı, kredit verən maliyyə idarəsi

E) Tədavülə pul nişanları, banknotlar, qiymətli kağızlar, tədiyyə hesablaşma sənədləriburaxan bank



73. Lombard nədir?

A) Daşınar əmlakın girov kimi borc verilməsi ilə məşğul olan kredit müəssisəsi

B) Bankın öz bankına açdığı hesab

C) Daşınmaz əmlakın maliyyələşməsi ilə məşğul olan kredit idarəsi

D) Qısamüddətli kredit forması

E) Bankın müəyyən məbləği keçirən və bu məbləği digər və ya xaricdə almağı arzu edən şəxsə verilən adlı sənəd



74. Bank likvidliyi nədir?

A) Bank əmanətidir ki, onu həyata keçirən şəxs veksel üzrə borcu olan hər hansı bir şəxsin-akseptantın, veksel verənin, indossantın tədiyyə öhdəliklərinin yerinə yetirilməsinə görə veksel sahibi qarşısında məsuliyyəti öz üzərinə götürür

B) Bankın xaricdə qoyduğu korrespondent tratta

C) İmportyorun və ya onun bankının xahişi üzrə ən yaxşı veksel akseptidir ki, bunun sayəsində bank göstərilmiş müddətdə vekselin ödənilməsinin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür

D) Alıcının əmtəəni almaq üçün vekselə görə tədiyyəni aldıqdan sonra verilən bank icazəsi

E) Rəqabət mübarizəsində əvvəllər olan iki və ya daha çox bankın qovuşması



75. Bank remizi nədir?

A) Aıcının əmtəəni almaq üçün vekselə görə tədiyyəni aldıqdan sonra verilən bank icazəsi

B) Bankın qoyduğu və ya banka qoyulan tratta

C) Bankın xaricdə qoyduğu korrespondent tratta

D) Bir şəxsin digər şəxsin xeyrinə müəyyən məbləği köçürmək üçün bankın verdiyi tapşırıq

E) Bir qayda olaraq iri miqyaslı maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün bir sıra digər bankların səhmdarı olan ixtisaslaşmış bank



76. Bankların amalqamasiyası nədir?

A) Rəqabət mübarizəsində əvvəllər olan iki və ya daha çox bankın qovuşması

B) Bankın xaricdə qoyduğu korrespondent tratta

C) İstehsal və tədiyyəçilərin alınması üzrə qarşılıqlı tapşırıqları və bu tapşırıqlar üzrə hesablaşma qaydalarının yerinə yetirilməsini nəzərdə tutan müqavilədə digər bankın kontragenti olan bank

D) Bankların peşə mənafelərini qorumaq məqsədilə yaradılan xüsusi banklar birliyi

E) İmportyorun və ya onun bankının xahişi üzrə ən yaxşı veksel akseptidir ki, bunun sayəsində bank göstərilmiş müddətdə vekselin ödənilməsinin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür



77. Hansı bank aksept bankdır?

A) Veksel təminatı, kredit verən maliyyə idarəsi

B) Əhali ilə haqq-hesablaşmaları təşkil edən bank

C) Borc alanın öz veksellərini banka vermək yolu ilə aldığı bank kreditidir

D) Əsasən cəlb edilən depozitlər hesabına kredit-hersablaşma və vəkalətnamə əməliyyatlarını həyata keçirən bank

E) Hesablaşmalar vasitəsilə aparılan bank



78. Aksept kredit nədir?

A) Borc alanın öz veksellərini banka vermək yolu ilə aldığı bank krediti

B) Tədiyyəçilərin razılığından asılı olmayaraq onların hesablaşma sənədlərinin bankda hesablarının ödənilməsi

C) Pul ödənilməsinə razılıq, yaxud pul, hesablaşma və əmtəə sənədlərinin və ya əmtəələrin ödənilməsi təminatı

D) İxrac-idxal əməliyyatları üzrə hesablaşmaları yerinə yetirərkən bank krediti növü

E) Bu zaman iş icraçısı, yaxud məhsul göndərən alıcıya tədiyyə tələbi tərtib edir və öz hesabına pul köçürülməsi üçün onu banka verir



79. Aksept-ramburs krediti nədir?

A) İxrac-idxal əməliyyatları üzrə hesablaşmaları yerinə yetirərkən bank krediti növü

B) Girov kimi dilerə verilən bir günlük kredit

C) Borc alanın öz veksellərini banka vermək yolu ilə aldığı bank kreditidir

D) Danışılmış şərtlərə görə bankın kredit verilməsi öhdəliyi

E) Kreditorla bağlanılan sazişdir ki, lazım gəldikdə müəyyən pul vəsaitləri məbləği razılaşdırılmış vaxt ərzində kreditə verilə bilər



80. Depozit nədir?

A) Maliyyə-kredit müəssisələrində (banklarda) qorunmaq üçün yerləşdirilən pul vəsaitləri və ya qiymətli kağızlar

B) Kommersiya banklarında müddətli faiz əmanəti haqqında sənəd

C) Məzənnə fərqini almaq məqsədi ilə kağız pulun məzənnəsinin aşağı düşməsi ilə oynayan möhtəkirlər tərəfindən fond birjasında müəyyən müddətə bağlanılan birja sövdəsi

D) Dövlət müəssisəsinin depozitinə qiymətli əşyanı, yaxud dəyəri köçürən fiziki və ya hüquqi şəxs

E) Depozitlərin təqdim olunduğu fiziki və ya hüquqi şəxs



81. Diskont nədir?

A) Hökumətin qiymətli kağızları uçota alarkən Mərkəzi Bankın aldığı faizi dərəcəsi

B) Bank təcrübəsində vekselin uçotu zamanı bankların aldığı uçot faizi

C) Bir qayda olaraq kapitalları ikinci dərəcəli bazarlarda nominaldan aşağı qiymətə satılan istiqraz

D) Veksellərin hesablanması, yəni bankların veksellərinin vaxtı qurtarana qədər onların veksel sahiblərindən alınması

E) Borc kapitallarının tələb və təklifinə, tədiyyə balansının vəziyyətinə və valyuta məzənnəsinə təsir etmək məqsədilə Mərkəzi Bank tərəfindən sərbəst dönərli valyuta ilə uçot dərəcələrinin yüksəlməsi və ya azalması ilə əlaqədar həyata keçirilən siyasət



82. İpoteka kredit nədir?

A) Daşınmaz əmlakın girov halında uzunmüddətli borc verilməsi

B) Borc almaq üzrə daşınmaz əmlakın girovu

C) Daşınmaz əmlaka görə bankın verdiyi pul borcu

D) Daşınmaz əmlaka görə uzunmüddətli pul borcunu verən, eləcə də girov mülki ilə təmin olunan girov kağızı buraxan torpaq bankı və ya kredit müəssisəsi

E) Borcun təminatı, yəni girov hesabında qalığının sığorta edilməsi kimi qiymətli kağızların girovu



83. İxrac krediti nədir?

A) Əmtəə və xidmətlərin satışını maliyyələşdirmək məqsədilə xarici alıcılara və ya onların banklara verildiyi kredit

B) İxrac üçün nəzərdə tutulmuş məhsul və xidmət növləri və adlarının artması

C) Əmtəələrin satılması və ya istifadə edilməsi məqsədilə onların bir ölkədən digərinə göndərilməsi

D) Əmtəələrin ixracı zamanı dövlət tərəfindən tutulan gömrük vergisi

E) Sövdədir ki, bu zaman lizinq şirkəti milli firmadan avadanlıq alır, sonradan isə onu xarici icarədara verir



84. Kommersiya bankı hansı bankdır?

A) Əsasən müəyyən növ kredit əməliyyatlarını həyata keçirən bank

B) Əhali ilə haqq-hesabları təşkil edən bank

C) Bir qayda olaraq ticarət, sənaye, eləcə də müştərilərlə müxtəlif bank xidmətlərinin qısamüddətli kreditləşməsində ixtisaslaşan bank

D) Bir qayda olaraq kooperativ müəssisələrlə maliyyə-kredit əməliyyatlarını aparan bank

E) Əsasən cəlb edilən depozitlər hesabına kredit-hersablaşma və vəkalətnamə əməliyyatlarını həyata keçirən bank



85. Kommersiya kredit nədir?

A) Satılan əmtəələrə görə tədiyyənin vaxtının uzadılması kimi satıcıların əmtəə formasında alıcılara verdiyi kredit

B) Valyuta və əmtəə ehtiyatlarının verilməsi ilə əlaqədar beynəlxalq iqtisadi münasibətlər dairəsində borc kapitalının hərəkəti

C) Kredit münasibətlərinin məcmusudur ki, burada fiziki və hüquqi şəxslərə münasibətlərdə borc alan və kreditor kimi dövlət orqanları çıxış edir

D) Borc alanın əmtəələri girov kimi verdiyi veksel

E) Ticarətlə, o cümlədən xüsusi ticarətlə, kommersiya ilə məşğul olan şəxs



86. Tranşa nədir?

A) Dünya Bankının suveren dövlətlərə (borc alanlara) verdiyi kreditə oxşar hissələrə bölünmüş müddəti və ya digər kreditlər üzrə ayrı-ayrı maliyyə öhdəlikləri

B) Ticarət-komisyon əməliyyatları

C) Köçürmə əməliyyatları

D) Qısaamüddətli kredit forması

E) Veksel, çek və s. üzrə pulun nağd olaraq bankdan alınması



87. Onkol kredit nədir?

A) Qısamüddətli kommersiya kreditidir ki, bu kreditorun ilk tələbi ilə borc alan tərəfindən ödənilməlidir

B) Bankda faizli kağızların girovu kimi açılan hesab

C) Borc alanın və ya bankın tələbi ilə ödənilən kredit

D) Dövriyyə kapitalının müvəqqəti çalışmamasını doldurmaq üçün müəssisələrə verilən borc pul

E) Qısamüddətli müvəqqəti ehtiyaclar üçün verilən ssudalar



88. Overdraft nədir?

A) Bankın öz müştərisinə onun cari hesabına görə qalıqdan yuxarı verilən kredit

B) Borc öhdəliyinin bir hissəsi kimi buraxılan borc qiymətli kağızların təsnifatı

C) Vəkalət mülkiyyətindən gəlir alan, yaxud onun xeyrinə bu mülkiyyəti təsdiq edən şəxs

D) Öz müştərilərinin adından və onların hesabına müxtəlif sənədlərə görə bank tərəfindən pul alınmasından ibarət olan bank əməliyyatı növü

E) Veksel, çek və s. üzrə pulun nağd olaraq bankdan alınması



89. Kredit bileti nədir?

A) Tədiyyə vasitəsi kimi kreditin və pulun funksiyalarının inkişafı əsasında yaranan tədiyyə vasitələri və tədavül vasitələri

B) Kreditin inkişafı və pulun tədiyyə vasitəsi kimi funksiyası əsasında yaranan tədiyyə vasitələri və tədavül vasitələri

C) Bankların və ya kredit idarələrinin borc alanlara müvafiq valyutada verdiyi pul resurslarının cəmi

D) Müəssisə, idarə və təşkilatın müvafiq fiziki və ya hüquqi şəxslərin ödəniməsinə aid olan pul vəsaitləri

E) Əmanətçinin təqdim etdiyi pul sənədi



90. Kredit kartı nədir?

A) Əmanətçinin təqdim etdiyi pul sənədi

B) Müəyyən dövr ərzində və razılaşdırılmış limit ilk tələbə görə kredit verilməsi haqqında bankla hüquqi razılıq

C) İxrac edənin idxal edənə verdiyi kredit və ya idxal edənin ixrac edənə avanslarının verilməsi

D) Tədiyyə vasitəsi kimi kreditin və pulun funksiyalarının inkişafı əsasında yaranan tədiyyə vasitələri və tədavül vasitələri

E) Borc alanın istifadə etdiyi kreditə görə kreditora ödədiyi məbləğ



91. Kreditin istifadə müddəti hansı dövrü əhatə edir?

A) Borc alanın öz öhdəliklərini ödəmək üçün bankın borcundan istifadə etdiyi müddət

B) Kreditin verildiyi müddət

C) Kreditə görə əsas borcun, faizlərin və əlavə edilən komissiyaların tam ödənilməsi müddəti

D) Kreditin bütün məbləğinin istifadəsindən başlamış ödənilməsi qurtarana qədər olan dövr

E) Kreditdən istifadənin qurtarması anından etibarən onun ödənilməsinin başlanmasına qədər dövr



92. Kredit pulu nədir?

A) Kreditin inkişafı və pulun tədiyyə vasitəsi kimi funksiyası əsasında yaranan tədiyyə vasitələri və tədavül vasitələri

B) Kredit almaq üçün ilkin şərtin mövcudluğu, onu qaytarmaq qabiliyyəti

C) Müəssisə, idarə və təşkilatın müvafiq fiziki və ya hüquqi şəxslərin ödəniməsinə aid olan pul vəsaitləri

D) Əmanətçinin təqdim etdiyi pul sənədi

E) Borc alanın istifadə etdiyi kreditə görə kreditora ödədiyi məbləğ



93. Rallover kredit nədir?

A) Faiz dərəcələrinin vaxtaşırı olaraq yenidən nəzərdən keçirilməsi ilə əlaqədar olaraq təkrarlanan kredit

B) Danışılmış şərtlərə görə bankın kredit verilməsi öhdəliyi

C) Kredit verənin yalnız şəxsi etibarına əsaslanan maddi təminatsız kredit

D) Köçürmə vekseli kimi verilmiş kreditdir ki, bu əvvəlcədən bildirilmədən hər hansı bir anda geri çağırıla bilə

E) Yeni layihələrin maliyyələşməsi üçün kapital bazarının zəmanət verilməsi ilə əlaqədar riskə gedə bilməyən və getmək istəməyən hökumətlərə və digər təşkilatlara kommresiya bankları və maliyyə şirkətləri tərəfindən aralıq kredit kapitalı



94. Bank konsorsiumu nədir?

A) Bir qayda olaraq iri miqyaslı maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün bir sıra digər bankların səhmdarı olan ixtisaslaşmış bank

B) Bankların peşə mənafelərini qorumaq məqsədilə yaradılan xüsusi banklar birliyi

C) Borc kapitalı bazarının bir hissəsidir ki, burada kredit müəssisələrinin müvvəqqəti pul resursları əsasən banklararası depozitlər formasında banklar tərəfindən öz aralarında cəlb olunur və yerləşdirilir

D) Rəqabət mübarizəsində əvvəllər olan iki və ya daha çox bankın qovuşması

E) Bank əməliyyatlarının aparılmasında ixtisaslaşan pul kapitalı mülkiyyətçisi



95. Müvəkkil banklar hansı banklardır?

A) Valyuta əməliyyatlarının aparılması üçün Mərkəzi Bankın lisenziyasını almış banklar

B) Müəyyən növ kredit əməliyyatları üzrə ixtisaslaşan bank

C) Əsasən müəyyən növ kredit əməliyyatlarını həyata keçirən bank

D) Beynəlxalq ticarət maliyyələşməsində ixtisaslaşan və ticarət və digər kommersiya əməliyyatlarının həyata keçirildiyi ölkələr arasında xeyli miqdarda informasiyaya malik banklar

E) Bir qayda olaraq ticarət, sənaye, eləcə də müştərilərlə müxtəlif bank xidmətlərinin qısamüddətli kreditləşməsində ixtisaslaşan banklar



96. Kreditin dəyəri necə müəyyən olunur?

A) Borc alanın istifadə etdiyi kreditə görə kreditora ödədiyi məbləğ

B) Kreditin inkişafı və pulun tədiyyə vasitəsi kimi funksiyası əsasında yaranan tədiyyə vasitələri və tədavül vasitələri kimi

C) İxrac edənin idaxl dənə verdiyi kredit və ya idxal edənin ixrac edənə avanslarının verilməsi kimi

D) Müəssisə, idarə və təşkilatın müvafiq fiziki və ya hüquqi şəxslərin ödəniməsinə aid olan pul vəsaitləri kimi

E) Əmtəələrin və pulun borc verilməsi kimi



97. Azərbaycanda banklar necə təşkil olunur?

A) Ən azı üç fiziki və ya hüquqi şəxs tərəfindən ibarət olan açıq səhmdar cəmiyyəti formasında

B) Üç hüquqi şəxs tərəfindən ibarət səhmdar cəmiyyəti formasında

C) Ən azı beş fiziki şəxs tərəfindən ibarət kommersiya bankı formasında

D) Üç hüquqi şəxs tərəfindən ibarət olan kommersiya bankı formasında

E) Üç fiziki şəxsdən ibarət olan səhmdar cəmiyyəti formasında



98. Azərbaycanda bankların ali idarəetmə orqanı hansıdır?

A) Səhmdarların ümumi yığıncağı

B) Audit Komitəsi

C) Müşahidə Şurası

D) İdarə Heyəti

E) Maliyyə-təftiş Komissiyası



99. Azərbaycanda bankların işinə hansı orqan nəzarət edir?

A) Maliyyə-təftiş Komissiyası

B) Müşahidə Şurası

C) Audit Komitəsi

D) İdarə Heyəti

E) Nəzarət Şurası



100. Azərbaycanda bankların məsul icra orqanı hansıdır?

A) İdarə Heyəti

B) Səhmdarların ümumi yığıncağı

C) Audit Komitəsi

D) Bankın Sədri

E) Bankın prezidenti



101. Vasitəçilik əməliyyatları hansı əməliyyatlara deyilir?

A) Banka mənfəət gətirən əməliyyatlar

B) Bankları kreditləşdirən əməliyyatlar

C) Banklarla müştərilərin əməliyyatları

D) Bankların risk əməliyyatları

E) Bankların ənənəvi əməliyyatları



102. Lizinq mənşəyinə görə nədir?

A) İcarə

B) Kredit vermək

C) Kirayə vermək

D) Həvalə etmək

E) Bağışlamaq



103. Lizinq mahiyyətinə görə nəyi ifadə edir?

A) İxtisaslaşdırılmış Lizinq şirkətinin ,firmasının, bank şöbəsinin Lizinqalan üçün əmlak olaraq həmin əmlakın müəyyən müddətə icarəyə verilməsi ilə əlaqədar olaraq əsas vəsaitlərə investisiya qoyuluşunun maliyyələşdirilməsidir

B) Bank sövdələşməsi əməliyyatıdır

C) Banklarda agent xidmətlərinin bir formasıdır

D) Kreditin ənənəvi formalarından biridir

E) Vasitəçilik əməliyyatlarının təzahür formasıdır



104. Lizinq əməliyyatlarının iştirakçıları kimlərdir?

A) Lizinqverən, Lizinqalan, Lizinq əmlakını göndərən

B) Lizinqverən, Lizinqalan, müştərilər

C) Lizinq əmlakını göndərən, Lizinqalan

D) Birinci qrup Lizinqverənlər, ikinci qrup Lizinqverənlər

E) Müştərilər



105. Lizinqin ən çox yayılmış formaları hansılardır?

A) Maliyyə Lizinqi, operativ Lizinq

B) Bank Lizinqi, klassik Lizinq

C) Baş Lizinq, idxal Lizinqi

D) Tam lizinq,maliyyə lizinqi

E) Rentinq, Xayrinq



106. Maliyyə Lizinqi nədir?

A) Lizinqin bütövlükdə öz xərcini tam ödəyə bilən, bütün ödəmələri vaxtında yerinə yetirə bilən formasıdır

B) Müqavilənin qüvvədə olduğu bütün dövr üçün nəzərdə tutuln Lizinq ödəmələridir

C) Müqavilə müddəti dövründə fəaliyyət göstərən Lizinqdir

D) Bir il üçün nəzərdə tutulan Lizinqdir

E) Maliyyə resurslarının çatışmazlığı ilə bağlı Lizinqdir



107. Daxili Lizinq nədir?

A) Bu zaman iştirakçıların hamısı bir ölkə daxilində fəaliyyət göstərirlər

B) Müəyyən məbləğdə avadanlığın Lizinqə verilməsidir

C) Lizinqin bu formasında iştirakçılar müxtəlif ölkələrdə fəaliyyət göstərirlər

D) Maliyyə Lizinqinin bir formasıdır

E) Operativ Lizinqinin bir formasıdır



108. Beynəlxalq Lizinq nədir?

A) Lizinqin bu formasında iştirakçılar müxtəlif ölkələrdə fəaliyyət göstərirlər

B) Lizinq əmlakının Lizinqalana müəyyən müddətə -həmin əmlakın istismarının normativ müddətindən çox az bir müddətə verilməsini özündə əks etdirən müqavilə münasibətləridir

C) Lizinqin bütövlükdə öz xərcini tam ödəyə bilən, bütün ödəmələri vaxtında yerinə yetirə bilən formasıdır

D) Maliyyə Lizinqinin bir formasıdır

E) Bu zaman Lizinqverən öz seçimi əsasında əmlak əldə edir



109. Operativ Lizinq nədir?

A) Lizinq əmlakının Lizinqalana müəyyən müddətə -həmin əmlakın istismarının normativ müddətindən çox az bir müddətə verilməsini özündə əks etdirən müqavilə münasibətləridir

B) Bu zaman Lizinqverən prakiki olaraq müqavilə müddəti dövründə lizinqin predmeti dəyərini tam ödəyir

C) Bu lizinqdə Lizinq obyektinin və onu göndərənin seçilməsi hüququ Lizinqalana məxsusdur

D) Belə lizinq zamanı müqavilənin müddəti təqribən əmlakın istismarının normativ müddətinə bərabər olur

E) Bu Lizinqdə istehsalçı özü, ya da ki, avadanlığı göndərən iştirak edir



110. Faktorinq mənşəyinə görə nəyi bildirir?

A) Vasitəçi

B) İştirakçı

C) Borcalan

D) Müştəri

E) Sərmayəçi



111. Faktorinq mahiyyətinə görə nədir?

A) Kommersiya banklarının, onların törəmə faktor firmalarının kiçik və orta firmalara, müştərilərə göstərdikləri maliyyə xidmətinin bir formasıdır

B) Banklarda kreditləşmə əməliyyatlarıdır

C) Banklarda möhtəkirlik əməliyyatlarıdır

D) Bankların müştərilərə göstərdiyi əməliyyatlardır

E) Banklarda nağdsız hesablaşma formasıdır



112. Faktorinq nə zaman meydana gəlmişdir?

A) XVI əsrdə

B) XV əsrdə

C) VII əsrdə

D) XVIII əsrdə

E) XIX əsrdə



113. Borclarin tipindən asılı olaraq faktorinqin hansı formaları vardır?

A) Malgöndərənin faktorinqi, malalanın faktorinqi

B) Malgöndərən və malalan

C) Kommersiya banklarının faktorinqi şöbəsi, ixtisaslaşdırılmış faktorinq şirkəti

D) Konvensiya faktorinqi, konfidensial faktorinq

E) “Sakit” faktorinq, ixrac faktorinqi



114. Dünya təcrübəsində faktorinqin hansı formaları vardır?

A) Konvensiya faktorinqi, konfidensial faktorinq, “Sakit” faktorinq, ixrac faktorinqi

B) Açıq faktorinq, qapalı faktorinq

C) Malgöndərənin faktorinqi, malalanın faktorinqi

D) Kommersiya banklarının faktorinqi şöbəsi, ixtisaslaşdırılmış faktorinq şirkəti

E) Malgöndərən və malalan



115. Açıq faktorinq nədir?

A) Bu zaman faktorinq əməliyyatında iştirak edən müştərinin kontragentləri faktorinq əməliyyatları barədə məlumatlandırılırlar

B) Bu zaman satış üçün məhsul malalana göndərilir.Bu faktorinqdə sifariş olunmuş işlər yerinə yetirilir

C) Bu faktorinq zamanı faktorinq əməliyyatının keçirilməsi barədə heç kimə məlumat verilmir

D) Belə faktorinq zamanı müqavilədə müəyyən edilmiş müddətdə borc öhdəliklərinin ödənilməsi şəklində kreditin alınmsıdır

E) Bu faktorinqdə müştəriyə verilmiş kreditlərin öhdəliklərinin ödənilməsi vasitəsilə ödəyicilər tərəfindən ödənilməsidir



116. Qapalı faktorinq nədir?

A) Bu faktorinq zamanı faktorinq əməliyyatının keçirilməsi barədə heç kimə məlumat verilmir

B) Bu zaman satış üçün məhsul malalana göndərilir

C) Müqavilədə müəyyən edilmiş müddətdə borc öhdəliklərinin ödənilməsi şəklində kreditin alınmsıdır

D) Bu faktorinqdə faktorinq təşkilatı üçün bankda xüsusi hesab açılır

E) Bu zaman faktorinq əməliyyatında iştirak edən müştərinin kontragentləri faktorinq əməliyyatları barədə məlumatlandırılırlar



117. Riskin səviyyəsindən asılı olaraq faktorinqin hansı formaları vardır?

A) Reqress hüququ ilə faktorinq və reqress hüququ olmadan faktorinq

B) Malgöndərənin faktorinqi və malalanın faktorinqi

C) Konvensiya faktorinqi və konfidensial faktorinq

D) “Sakit” faktorinq və ixrac faktorinqi

E) Açıq faktorinq və qapalı faktorinq



118. Mənşəyinə görə “forfeytinq” nədir?

A) Hüquqdan imtina

B) Agent

C) Nəzarət

D) Müqavilə

E) Gəlir



119. Trast əməliyyatları hansı əməliyyatlara deyilir?

A) Müştərinin tapşırığına əsasən əmlakın idarə olunması və digər xidmətlərin onun maraq dairəsində, onun xeyrinə kommersiya bankları və xüsusi maliyyə institutları tərəfindən aparılan əməlyyatlardır

B) Daha çox xarici ticarətlə məşğul olan ixracatçının apardığı əməliyyatların kreditləşdiriləsinin xüsusi formasıdır

C) Kommersiya banklarının, onların törəmə faktor firmalarının kiçik və orta firmalara, müştərilərə göstərdikləri maliyyə xidmətinin bir formasıdır

D) Lizinq sövdələşməsinin bir formasıdır

E) Maliyyə Lizinqinin bir formasıdır



120. Trast əməliyyatlarının iştirakçıları kimlərdir?

A) Trastın təsisçisi, etibarlı idarə edən, benefisiar

B) Əmlakın sahibi, hami, vəsiyyəti yerinə yetirən

C) Müştərilər, təsisçilər,hüquqi şəxslər

D) Fiziki və hüquqi şəxslər

E) Dövlət idarəetmə orqanları, beynəlxalq təşkilatlar



121. Trastın təsisçisi rolunda kimlər çıxış edirlər?

A) Əmlakın sahibi, hami, vəsiyyəti yerinə yetirən

B) Trastın təsisçisi, etibarlı idarə edən, benefisiar

C) Müvəkkil şəxs, benefisiar

D) Müəssisə və təşkilatlar

E) Kommersiya bankları, maliyyə institutları



122. Kimlər benefisiar adlanır?

A) Trast müqaviləsinin xeyrinə bağlandığı şəxs

B) Müştərinin tapşırığına əsasən, onun hesabına və onun adından fəaliyyət göstərən şəxs

C) Trast əməliyyatlarının birinci iştirakçısı kimi trastın təsisçisi

D) Trast əməliyyatlarının ikinci iştirakçısı kimi etibarlı idarə edən

E) Komissiyon müqaviləsini bağlayan şəxs



123. Trast əməliyyatlarının hansı növləri vardır?

A) Etibarlı idarəedən və agent

B) Etibarlı idarə edən və benefisiar

C) Trastın təsisçisi və benefisiar

D) Fiziki və hüquqi şəxslər

E) Etibarlı idarəedən və onun tərəf müqabili



124. Agent xidmətlərinin iştirakçıları kimlərdir?

A) Prinsipial və agent

B) Fiziki və hüquqi şəxslər

C) Etibarlı idarə edən və benefisiar

D) Müvəkkil şəxs və benefisiar

E) Müştərilər və təsisçilər



125. Trast əməliyyatlarının hansı funksiyaları vardır?

A) Təşkilati, icra, münaqişələrin aradan qaldırılması, nəzarət

B) Tənzimləmə və nəzarət

C) Bölgü və nəzarət

D) Əlaqələndirmə (koordinasiya) və tənzimləmə

E) Təşkilati və sərəncam



126. Mənşəyinə görə “Likvidlik” anlayışı nədir?

A) Duru

B) Çətin

C) Bərk

D) Asan

E) Yumşaq



127. Bankların likvidliyi nədir?

A) Bankların öz öhdəliklərini vaxtında yerinə yetirə bilmək, passivlər üzrə öhdəliklərinin ödəmək üçün öz aktivlərini qısa müddət ərzində pul vəsaitinə çevirə bilmək qabiliyyətidir

B) Kommersiya banklarının normal fəaliyyət göstərməsidir

C) Bankların aktivləri ilə passivlərinin uyğunluğudur

D) Bankların öhdəliklərinin və hesablaşmalarının vaxtında aparılmasıdır

E) Mərkəzi Bankın kommersiya bnklarını nağd pulla təmin etməsidir



128. Bank likvidliyinin hansı formaları vardır?

A) Statik və dinamik

B) Çevik və sürətli

C) Qısa müddətli və uzun müddətli

D) Qənaətbəxş və qeyri-qənaətbəxş

E) Zəif və güclü



129. Statik Likvidlik nədir?

A) Bankın konkret zaman anına və tarixinə müəyən edilən Likvidliyidir

B) Bütün Likvidlər üzrə öhdəliklərdir

C) Tam kənarlaşma olmadan yerinə yetirilən Likvidlikdir

D) Yalnız inzibati təsərrüfat ödəmələri üzrə pozulmalar olduqda Likvidlikdir

E) İstənilən digər öhdəliklər üzrə pozulmalar olduqda likvidlikdir



130. Dinamik Likvidlik nədir?

A) Gələcək dövr üçün Likvidliyin proqnozu nəzərə alınmaqla bankın konkret zaman anına müəyyən edilən likvidliyidir

B) Bankın konkret zaman anına və tarixinə müəyən edilən Likvidliyidir

C) İstənilən digər öhdəliklər üzrə pozulmalar olduqda likvidlikdir

D) Tam kənarlaşma olmadan yerinə yetirilən Likvidlikdir

E) Yalnız inzibati təsərrüfat ödəmələri üzrə pozulmalar olduqda Likvidlikdir



131. Likvidliyə təsir edən amillər hansılardır?

A) Xarici makroiqtisadi amillər və daxili mikroiqtisadi amillər

B) Daxili amillər

C) Makroiqtisadi amillər

D) Mikroiqtisadi amillər

E) Xarici amillər



132. Yüksək Likvidli aktivlərə hansı aktivlər aiddir?

A) Tələb olunduğu anda ən qısa müddət ərzində hazırlıq vəziyyətində olan vəsaitlər

B) Uzunmüddətli istifadəyə yönəlmiş vəsaitlər

C) Vaxtı keçmiş borclar, kapital qoyuluşları, banklara məxsus əsas fondlar

D) Ümidsiz, yəni qaytarılması mümkün olmayan borclar, sınmış, dağılmış, istismarı yararsız vəziyyətə düşmüş, oğurlanmış, bərpası mükün olmayan əsas fondlar

E) Kifayət dərəcədə tez bir zamanda pul vəsaitlərinə çevrilə bilən vəsaitlər



133. Likvid aktivlərə hansı aktivlər aiddir?

A) Kifayət dərəcədə tez bir zamanda pul vəsaitlərinə çevrilə bilən vəsaitlər

B) Vaxtı keçmiş borclar, kapital qoyuluşları, banklara məxsus əsas fondlar

C) Ümidsiz, yəni qaytarılması mümkün olmayan borclar, sınmış, dağılmış, istismarı yararsız vəziyyətə düşmüş, oğurlanmış, bərpası mükün olmayan əsas fondlar

D) Tələb olunduğu anda ən qısa müddət ərzində hazırlıq vəziyyətində olan vəsaitlər

E) Uzunmüddətli istifadəyə yönəlmiş vəsaitlər



134. Uzunmüddətli Likvid aktivlərə hansı aktivlər aiddir?

A) Uzunmüddətli istifadəyə yönəlmiş vəsaitlər

B) Kifayət dərəcədə tez bir zamanda pul vəsaitlərinə çevrilə bilən vəsaitlər

C) Ümidsiz, yəni qaytarılması mümkün olmayan borclar, sınmış, dağılmış, istismarı yararsız vəziyyətə düşmüş, oğurlanmış, bərpası mükün olmayan əsas fondlar

D) Vaxtı keçmiş borclar, kapital qoyuluşları, banklara məxsus əsas fondlar

E) Tələb olunduğu anda ən qısa müddət ərzində hazırlıq vəziyyətində olan vəsaitlər



135. Aşağı likvidli aktivlərə hansı aktivlər aiddir?

A) Vaxtı keçmiş borclar, kapital qoyuluşları, banklara məxsus əsas fondlar

B) Kifayət dərəcədə tez bir zamanda pul vəsaitlərinə çevrilə bilən vəsaitlər

C) Tələb olunduğu anda ən qısa müddət ərzində hazırlıq vəziyyətində olan vəsaitlər

D) Ümidsiz, yəni qaytarılması mümkün olmayan borclar, sınmış, dağılmış, istismarı yararsız vəziyyətə düşmüş, oğurlanmış, bərpası mükün olmayan əsas fondlar

E) Uzunmüddətli istifadəyə yönəlmiş vəsaitlər



136. Qeyri-likvid aktivlərə hansı aktivlər aiddir?

A) Ümidsiz, yəni qaytarılması mümkün olmayan borclar, sınmış, dağılmış, istismarı yararsız vəziyyətə düşmüş, oğurlanmış, bərpası mümkün olmayan əsas fondlar

B) Kifayət dərəcədə tez bir zamanda pul vəsaitlərinə çevrilə bilən vəsaitlər

C) Tələb olunduğu anda ən qısa müddət ərzində hazırlıq vəziyyətində olan vəsaitlər

D) Vaxtı keçmiş borclar, kapital qoyuluşları, banklara məxsus əsas fondlar

E) Uzunmüddətli istifadəyə yönəlmiş vəsaitlər



137. Sair aktivlərə hansı aktivlər aiddir?

A) Debitorlarla hesablaşmalar, vaxtı keçmiş kreditlər, bu kreditlərə hesablanmış faizlər, ümidsiz borclar, problemli borclar

B) Bank tərəfindən yerləşdirilmiş vəsaitlər

C) Depozitlər və kreditlər

D) Bankın mənfəəti üçün həyata keçirilən ödəmələr

E) Hesaba alınmış veksellər



138. Keyfiyyətsiz aktivlərə hansı aktivlər aiddir?

A) Standartlardan aşağı,şübhəli və ümidsiz aktivlər

B) Riskli aktivlər

C) Kassa aktivləri

D) Problemli borclar

E) Ümidsiz borclar



139. Auditin qanunvericilik əsasında meydana gəldiyi ilk ölkə hansıdır?

A) Böyük Britaniya

B) İtaliya

C) ABŞ


D) Almaniya

E) Rusiya



140. Məcburi audit haqqında qanun nə vaxt qəbul edilmişdir?

A) 1862-ci il

B) 1895-ci il

C) 1867-ci il

D) 1837-ci il

E) 1845-ci il



141. ’’Auditor xidməti haqqında’’Azərbaycan Respublikası Qanunu nə vaxt qəbul edilmişdir?

A) 1994-cü il

B) 1992-ci il

C) 1993-cü il

D) 1991-ci il

E) 1995-ci il



142. ” Audit” anlayışı mənşəyinə görə nədir?

A) O eşidir.

B) Qışqırır

C) Hesablayır

D) Yoxlayır

E) Məlumat verir



143. Audit nədir ?

A) Əmtəə istehsalı və satışı,xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının,mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

B) Vasitəçilik əməliyyatlarının bir formasıdır.

C) Lizinq əməliyyatlarının bir növüdür

D) Birjada sövdələşmələrdən biridir

E) Mühasibat uçotunun qurulması formasıdır



144. Bank auditi nədir ?

A) Ölkədə mövcud olan kredit təşkilatlarının auditidir.

B) Kommersiya banklarının fəaliyyətinə nəzarətdir.

C) Ölkədə mövcud olan sığorta təşkilatlarının auditidir

D) Birjaların büdcədən kənar fondların və investisiya təsisatlarının auditidir.

E) İqtisadi subyektlərin auditidir



145. Kommersiya banklarına nəzarətin hansı formaları vardır?

A) Dövlət nəzarəti,daxili nəzarət,müstəqil nəzarət

B) Sərbəst nəzarət,ictimai nəzarət

C) İnzibati nəzarət ,maliyyə nəzarəti

D) Audit nəzarəti ,mühasibat nəzarəti

E) Qanunverici nəzarət, icra nəzarəti



146. Banklara dövlət nəzarəti nədən ibarətdi?

A) Qanunverici orqan

B) Dövlət orqanları

C) Mərkəzi Bank

D) Nazirlər Kabineti

E) Beynəlxalq bank



147. Banklara daxili nəzarətin mahiyyəti nədən ibarətdi?

A) Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət

B) Müstəqil təşkilatlar tərəfindən edilən nəzarət

C) Müəssisələr tərəfindən edilən nəzarət edilən

D) Audit firmaları tərəfindən həyata keçirilən nəzarət

E) Kredit təskilatları tərəfindən həyata keçirilən nəzarət



148. Banklara müstəqil nəzarət nədən ibarətdi?

A) Sərbəst təşkilatlar,yəni auditor firmaları tərəfindən edilən nəzarət

B) Dövlət orqanları tərəfindən edilən nəzarət

C) Müəssisələr tərəfindən edilən nəzarət

D) Sığorta orqanları tərəfindən həyata keçirilən nəzarət

E) Kredit təşkilatları tərəfindən həyata keçirilən nəzarət



149. Auditin aparılması üsuluna görə hansı növləri vardır?

A) Məcburi audit,könüllü audit

B) İlkin audit,təkrar audit

C) Təsdiqləyici audit,sistemli müəyyənedici audit

D) Risklə baglı audit ,təsdiqləyici audit

E) Xarici audit ,daxili audit



150. Keçirilmə xarakterinə görə auditin hansı formaları vardır?

A) Xarici audit,daxili audit

B) İlkin audit,təkrar audit

C) Məcburi audit,könüllü audit



D) Risklə baglı audit təsdiqləyici audit

E) Təsdiqləyici audit,sistemli müəyyənedici audit
Yüklə 234,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin