250 yaşlı İnsan Böyük Rəhbərin on dörd məsumun siyasi həyat və mübarizələrinə dair çıxışlarından seçmələr



Yüklə 1,25 Mb.
səhifə13/38
tarix07.01.2022
ölçüsü1,25 Mb.
#83356
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

Beşinci fəsil: İmam Həsən (ə)

İmam Həsən Müctəbanın (ə) dövrü, o həzrətin Müaviyə ilə sülhü, yaxud sülh adlanan məsələ erkən çağ İslam inqilabının ümumi prosesində taleyüklü və misilsiz bir hadisə idi. Ondan sonra buna bənzər hadisə baş verməmişdir. Bu cümləni bir qədər izah etmək və sonra əsas mətləbə keçmək istəyirəm. İslam inqilabı - yəni İslam təfəkkürü və Allah-Taalanın göndərdiyi İslam adlı əmanət birinci dövrdə bir hərəkat, mübarizə və böyük inqilab prosesi kimi özünü göstərdi. Bu, Allah rəsulunun Məkkədə uyğun düşüncəni elan etdiyi, tövhid və İslam düşmənlərinin də vuruşduğu və inkişafına mane olduğu zamana aiddir. Peyğəmbər (s) mömin qüvvələrin köməyi ilə bu hərəkatı idarə etdi, Məkkədə çox ağıllı, güclü və mütərəqqi bir mübarizə başlatdı. Bu hərəkat və mübarizə on üç il sürdü. Bu birinci mərhələ idi.

On üç ildən sonra bu təfəkkür Peyğəmbərin (s) təlimləri, şüarları, idarəçiliyi, fədakarlığı və digər amillər sayəsində hakimiyyətə və bir ümmətin ictimai-siyasi quruluşuna çevrildi. Bu, Allah rəsulunun Mədinəyə hicrət etdiyi, oranı özünə mərkəz seçdiyi, orada İslam hökuməti qurduğu və İslamın hərəkatdan hökumətə çevrildiyi zamana aiddir. Bu ikinci mərhələ idi.

Bu proses əziz Peyğəmbərin (s) həyatının on ilində, ondan sonra beş xəlifə dövründə və İmam Müctəbanın (ə) təxminən altı ay sürən xilafətinə qədər davam etdi. Bu zaman İslam hökumət formasında idi, bir ictimai sistem hakim idi; yəni hökumət, ordu, siyasi, mədəni və hüquqi işlər, xalqın iqtisadi münasibətləri idarə olunur və sürətlə inkişaf edirdi. Bu proses həmin formada davam etsəydi, bütün yer üzünü əhatə edərdi. İslam dini buna qabiliyyətli olduğunu göstərdi.

İmam Həsənin (ə) dövründə müxalif cərəyan güclü inkişaf edib bir maneəyə çevrilə bildi. Bu cərəyan İmam Müctəbanın (ə) dövründə deyil, illər öncə yaranmışdı. Əgər etiqadi məsələləri kənara qoyub yalnız tarixi faktlara əsaslansaq, iddia edə bilərik ki, o heç İslam dövründə də yaranmamışdı, Peyğəmbərin (s) hərəkatı zamanı, yəni Məkkə dövründə mövcud olan qüvvələrin davamı idi. Osmanın hakimiyyətə gəlməsi ilə xilafət Bəni-Üməyyənin əlinə keçəndən sonra görmə qabiliyyətini itirmiş Əbu Süfyan yaxın adamları ilə bir məclisdə oturmuşdu. Soruşdu ki, burada kimlər var. Cavabı eşidib hamısının özlərinki olduğunu, məclisdə yad adamın olmadığını biləndən sonra onlara müraciətlə dedi: "Xilafəti top kimi bir-birinizə ötürün".1 Yəni xilafətin başqasına keçməsinə qoymayın. Bunu sünni və şiə tarixçilər yazmışlar. Bunlar etiqadi məsələlər deyil və biz ümumiyyətlə etiqadi baxımdan danışmırıq. Mən məsələlərə bu aspektdən yanaşmağı xoşlamıram, yalnız tarixi cəhətləri deyirəm. Əbu Süfyan o zaman müsəlman idi, lakin Məkkənin fəthindən sonra, yaxud fəthinə yaxın müsəlman olmuşdu. Qürbət və zəiflik çağında deyil, İslamın qüdrətlənməsindən sonra bu dini qəbul etmişdi. Bu cərəyan İmam Müctəbanın (ə) dövründə zirvə həddinə çatdı və Müaviyə ibn Əbu Süfyanın timsalında onun qarşısına çıxdı. Bu cərəyan münaqişəyə başladı, İslam hökumətinin - yəni hakimiyyət İslamının qarşısını aldı, problemlər yaratdı və İslam hakimiyyəti prosesinin inkişafına praktik maneəyə çevrildi.

İmam Həsənin (ə) sülhünə dair dəfələrlə demişik, kitablarda da yazmışlar ki, hətta İmam Əlinin (ə) özü də İmam Həsən Müctəbanın (ə) yerində olsaydı, həmin şəraitdə başqa bir iş görə bilməzdi. Heç kəs deyə bilməz ki, İmam Həsənin (ə) filan işi şübhəlidir. Xeyr! O həzrətin işləri güclü məntiqi əsaslara tamamilə uyğundur. Allah rəsulunun ailəsində ən cəsur görünən kimdir? Dini qorumaq üçün düşmən qarşısında ən qeyrətli görünəni kim olmuşdur? Hüseyn ibn Əli (ə). O həzrət bu sülhün bağlanmasında İmam Həsənlə (ə) ortaq idi. Sülhü yalnız İmam Həsən (ə) bağlamadı, o və İmam Hüseyn (ə) birgə bu işi gördülər. Lakin İmam Həsən (ə) öndə idi, İmam Hüseyn (ə) isə onun arxasında. İmam Hüseyn (ə) qardaşının sülh ideyasının tərəfdarlarından idi. Xüsusi bir məclisdə dəliqanlı və cəsur səhabələrdən biri İmam Həsənə (ə) etiraz edəndə İmam Hüseyn (ə) ona qarşı çıxdı.2 Heç kəs deyə bilməz ki, İmam Hüseyn (ə) İmam Həsənin (ə) yerində olsaydı, bu sülh baş tutmazdı. Xeyr! Bu sülh imzalananda İmam Hüseyn (ə) İmam Həsənin (ə) yanında idi. Əgər İmam Hüseyn (ə) tək olsaydı da, həmin şəraitdə eyni işi görər və sülh müqaviləsini imzalayardı.



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin