2915-“İaşə məhsullarının istehsal texnologiyası” fənni üzrə Mühazirə 1;2



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə56/62
tarix30.05.2022
ölçüsü0,69 Mb.
#116398
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   62
a-m-hsull.-tex

 


85
Bakı tortu. 
Xəmir üçün əla sort un - 2 st., toz-şəkər - 2 st., yumurta - 4 ədəd, kərə yağı - 
200 q, xırdalanmış qoz və ya badam ləpəsi - 1 st., soda - 1 ç/q. 
Krem üçün: kərə yağı - 200 q, qatılaşdırılmış süd - 8 x/q, vanilin, konyak - 1 
x/q. 
Yumurtanı şəkərlə ağarıncaya qədər çalın. Sonra yumşaldılmış yağ, badam və 
ya qoz ləpəsi və soda qatıb xeyli qarışdırın. Un əlavə edib xəmir yoğurun. Alınmış 
xəmiri 3 bərabər hissəyə ayırın. İsladılmış tavanı yağlayıb həmin xəmirləri ayrı-
ayrılıqda çox da isti olmayan duxovkada 20-25 dəqiqə bişirin. Tavanın içinə 
perqament kağızı (kalka) salmaq olar. 
Bişmiş qoğalları soyuduqdan sonra krem çəkib üst-üstə yığın, səthinə də krem 
çəkib badam və ya qoz ovuntusu səpin. 
 
İdeal tortu. 
Xəmir üçün: un-2st., toz-şəkər-1st., marqarin 50q, bal-1 x/q, soda-0,5 ç/q, 
yumurta-6 ədəd. 
Yağlı krem üçün: kərə yağı-300q, qatılaşdırılmış süd-1banka, konyak-1 x/q. 
Xəmiri su hamamında hazırlamaq lazımdır. Kiçik qazançaya yağ, şəkər, bal, 
ayrıca çalınmış yumurta, soda və bir çimdik duz töküb qarışdırmalı, 10 dəqiqə su 
hamamında qızdırılmalı. Bunun üçün çalıntı olan qazanı içərisində qaynar su olan 
iri qazanın içərisinə qoymaq lazımdır. Sonra un əlavə edib xəmiri qarışdıraq 5 
dəqiqə isitməli. Xəmiri isti-isti kündələyib 6 ədəd kökə bişirin. Soyuduqdan sonra 
aralarına krem sürtüb üst-üstə qoyun, səthinə kökələrin qıraqlarından çıxmış 
ovuntu və şəkər kirşanı səpin. Soyuq yerdə bir müddət saxlayıb süfrəyə verin. 
Кeкs – yağlı-şəкərli хəmirdən bişirilmiş unlu qənnadı məmulatıdır. 
Hazırlanmasında əla sort buğda unu, кərə yağı, yumurta, toz-şəкər, süd, badam, 
кişmiş, suкat, müхtəlif dad və ətirverici maddələr işlədilir. Хəmir maya və ya 
кimyəvi yumşaldıcılarla (soda və ammonium кarbonat) yaхıntılı кonsistensiyalı 
hazırlanır. Bunun üçün yağa şəкər və yumurta qatıb yaхşıca çalırlar, sonra üzərinə 
un və başqa хammallar əlavə edilib хəmir yoğrulur. Hazır хəmir yağlanmış 


86
formalarda (bəzi formalara perqament кağızı sərilir) 160-2000S temperaturda, 
кeкsin həcmindən asılı olaraq 20-120 dəq. bişirilir. Üzərinə şoкolad və ya şəкər 
кütləsi (şirə), fındıq və ya badam ovuntusu və yaхud şəкər кirşanı səpilir. «Bahar», 
«Paytaхt», «Zəfəranlı», «Qabaqlı-limonlu» кeкslər buraхılır. Məhsulun nəmliyi 
18-28%-dir. 
Ruleti 
bisкvit 
хəmirindən 
hazırlayırlar. 
Naziк 
bişirilmiş 
rulet 
yarımfabriкatının üzərinə meyvəli-püre sürtülür və rulon şəкlində fırladılıb 
büкülür. Üzərinə şəкər кirşanı səpilir.

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin