3. Məhsul istehsalının və satışın təhlili. İstehsal ehtiyatlarının auditi



Yüklə 16,83 Kb.
tarix02.12.2022
ölçüsü16,83 Kb.
#120353
referat 5353


Hazırladı: Yunus Kazımov (AƏSMA)
3. Məhsul istehsalının və satışın təhlili. İstehsal ehtiyatlarının auditi

Məhsul buraxılışının həcmi ümumiləşdirici iqtisadi göstərici olmaqla istehsalın və məhsul satışı həcminin artırılmasina və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, mənfəətin artırılmasına, rentabellik səviyyəsinin yüksəldilməsinə, iqtisadi potensialın möhkəmlənməsinə əlverişli şərait yaradır.Ona görə də sənaye müəssisələrinin digər iqtisadi göstəriciləri məhsul buraxılışının həcminin artılmasından birbaşa aslıdır.


Məhsul istehsalı və satışının həcmini xarekterizə edən göstəricilər bir-biri ilə qarşılıqlı əlaqəli göstrəricilərdir. Məhdud istehsal imkanları və qeyri-məhdud sorğu şəraitində məhsul istehsalının həcmi ön plana çəkilir. Lakin, bazarın təchiz edilməsi və rəqabətin güclənməsi səviyyəsindən asılı olaraq istehsal satışın həcmini müəyyən etmir,əksinə satışın mümkün həcmi istehsal proqramının tərtib edilməsini şərtləndirir, daha doğrusu, istehsal proqramının əsaını məhsul satışı təşkil edir. Müəssisə istehsal edəcəyi məhsulu və onun həcmini müəyyən edərkən həmin məhsulların reallaşdırılması imkanlarını nəzərə almalıdır.
Məhsul istehsalı və satışının təhlilinin əsas məqsədi rəqiblərlə müqayisədə məhsul satışı həcminin artırılması,istehsal güclərindən maksimum istifadə etməklə bazarda müəssisənin fəaliyyət dairəsinin genişləndirilməsi (xüsusi çəkisinin artırılması) və nəticədə onun mənfəətinin çoxalması yollarının müəyyən edilməsidir.
Sənaye müəssisələrində məhsul buraxılışı təhlilinin əsas vəzifələri aşağıdakılardır:
müəssisənin məhsul buraxılışına dair maksimum mümkün imkanını müəyyən etmək;
məhsul buraxılışı biznes-planının yerinə yetirilməsi səviyyəsini müəyyən edib qiymətləndirmək;
məhsul istehsalına dair plan göstəricilərinin reallığını,gərginliyi və müqavilə öhdəlikləri ilə örtülməsinin təyin edilməsi;
məhsul buraxılışı həcminin artırılmasına təsir gösyərən amilləri və bu amillərin təsir dərəcəsini müəyyənləşdirmək;
məhsulun quruluşu və çeşidlər üzrə məhsul buraxılışı biznes-planının yerinə yetirilməsini təhlil edib qiymətləndirmək;
məhsul buraxılışının ahəngdarlığını təhlil edib qiymətləndirmək;
məhsul istehsalı həcminin artırılmasını təmin edən təsrrüfat daxili ehtiyyatların təyin edilməsi və kəmiyyətcə qiymətləndirilməsi;
aşkar edilən ehtiyyatların səfərbər edilməsini təmin edən tədbirlərin hazırlanması və müvafiq hesabatların əsaslandırılması.
Məhsul buraxılışı və satışı həcminin cari (retrospektiv) təhlilinin aparılması üçün əsas informasiya mənbələrinə müəssisənin biznes-planı, “Hazır məhsulların hərəkəti, onların yola salınması və satışı” cədvəli, “Maliyyə nəticələri və onlaın istifadəsi haqında hesabat” və s. aid edilir.
Aparılan iqtisadi təhlildən daha dürüst nəticə əldə etmək üçün ilk uçot məlumatlarından, registrlərdən, müqavilələrdən, qəbul edilmiş sifarişlərdən, hazır məhsul anbarları müdirlərinin hesabatlarından, keyfiyyət şəhadətnamələri, mal göndərmələrinə dair qrafiklər, ayrı-ayrı sexlərin cari uçot və hesabatlarından, istehsalat müşavirələrinin protokollarından və sair informasiya mənbələrindən istifadə olunur.
Müəssisədə məhsul burxılışına ümumi qiymət məhsul buraxılışının həcmi ilə yanaşı, əmtəllik məhsulun satışı həcminə və ya satış planın, eləcə də müqavilə öhdəliklərinin yerinə yetirməlisinə görə verildiyindən, bu göstəricilərin reallığı da dəqiqləşdirilməlidir.
Təhlil zamanı məhsul buraxılışı planının yerinə yetirilməsi səviyyəsini qiymətləndirmək üçün ən çox dəyər göstəricilərindən istifadə olunur. Dəyər göstəriciləri müəssisə üzrə ümumilikdə məhsul buraxılışı həcminin ölçülməsi və qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Təhlil prosesində müəssisə üzrə məhsul buraxılışının həcmi bir qayda olaraq istehsal olunmuş məhsulun maya dəyəri ifadəsində həcmi, onun artım tempi, dinamikası, miqdarı, keyfiyyəti, çeşidi və istehsal edilməsi vaxtları ilə xarekterizə olunur. Məhsul buraxılışının təhlilində müxtəlif ölçü vahidləri -cinsi, şərti-cinsi və əmək tutumu göstəricilərindən geniş istifadə olunur.
İstehsal edilən məhsulların həcmini xarekterizə etmək və qiymətləndirmək üçün ümumi məhsul, əmtəəlik hazır məhsul və bitməmiş istehsal göstəricilərindən istifadə edilir. Bu göstəricilər üzrə də istehsalın həcmi planlaşdırılır, uçota alınır və hesabatlarda müvafiq qiymətlərlə əks etdirilir.
Ümumi məhsulun məbləği hesabat dövründə istifadə edilin topdansatış qiymətləri ilə (əmtəllik məhsulun müqayisəsi üçün) xarakterizə olunur.
Ümumi məhsulun tərkibinə müəyyən hesabat dövründə istehsal olunmuş aşağdakı məhsullar daxil edilir: müəssisənin əsas və köməkçi sexləri tərəfindən onun öz materialları və sifarişçinin materiallarından istifadə edilməklə istehsal olunmuş hazır məhsulun dəyəri; istehsal edilmiş yarımfabrikatların dəyəri, müəssisənin öz istehsalından olan yarımfabrikatları üzrə qalığın artması və yaxud azalması; müəssisənin öz təlabatı üçün istehsal etdiyi alət və cihazların dəyəri. Əmtəəlik məhsul göstəricisi müəssisələrin təsərrüfat fəaliyyətinin təhlili və qiymətləndirilməsində mühüm əhəmiyyətə malikdir. Əmtəəlik məhsulun həcmi müəssisənin planda qəbul edilmiş topdansatış qiyməti ilə istehsalın həcmi üzrə planın ödənilməsi və məhsul buraxılışının artım dinamikasını hesablamağa (hesabat dövründə istifadə edilən topdansatış qiymətləri ilə), məhsul satışından faktiki əldə edilən məbləğlə müqayisə etməyə, müqayisəli topdansatış qymətlər ilə qiymətləndirilməyə, istehsalın həcmini bir neçə il üzrə tutuşdurmağa və həmin məhsulun fiziki həcminin indeksini hesablamağa imkan verir.
Ümumi məhsuldan fərqli olaraq, əmtəəlik məhsulun tərkibinə müəssisənin özünün istehsal etdiyi və öz istehsalında istifadə olunan məhsul daxil edilmir.
Yüklə 16,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin