“Dövlət qeydiyyatına alınmışdır”
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Qeydiyyat № 2849
“29” 05 2002-ci il
Nazir_____________F. Məmmədov
|
Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin
“ 20 “ 05 2002-ci il tarixli
əmri ilə təsdiq edilmişdir.
Nazir_____________R. Usubov
|
Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair
TƏLİMAT
l. Ümumi müddəalar.
1.1 Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların (bundan sonra inzibati xətaların) qarşısının alınması sahəsində dövlət yol polisinin fəaliyyəti nəqliyyatda intizamın möhkəmləndirilməsinə, sərnişin və yük daşımalarında təhlükəsizliyin təmin olunmasına, vətəndaşların hüquqlarının qorunmasına istiqamətlənmişdir.
1.2. Bu Təlimat yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq dövlət yol polisi hissələrində təşkili işini tənzimləyir.
1.3. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə təsir göstərən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bu fəaliyyət qanunlara ciddi riayət olunmaqla yuxarı dövlət yol polisi orqanlarının və vəzifəli şəxslərin sistematik nəzarəti, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir.
1.4 İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
2. İnzibati xətaların sənədləşdirilməsi və qeydiyyatı.
2.1. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə inzibati xəta hadisəsi aşkar edildikdə dövlət yol polisi əməkdaşı tərəfindən onun törədilməsində təqsirli bilinən şəxs barədə protokol ( İX-1) tərtib edilir, nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vəsiqəsi alınaraq protokola əlavə olunur və ona 1 ay müddətinə sürücülük vəsiqəsini əvəz edən icazə vərəqi (İX-3) verilir.
Qeyd: Xəta törətmiş şəxs barədə məlumatların, habelə işin digər ballarının əlavə aydınlaşdırılması tələb olunduğu hallarda protokol iki günədək müddətə tərtib oluna bilər.
-
Protokolda baş vermiş pozuntunun xarakteri konkret olaraq “Yol hərəkəti Haqqında” Qanunun hansı maddəsində nəzərdə tutulması, qaydanı pozan şəxs barəsində məlumatlar, pozuntunun aşkar edilməsində istifadə olunmuş texniki nəzarətetmə vasitələri və onların göstəriciləri və qayda pozanın inzibati Xətalar Məcəlləsinin hansı maddəsilə məsuliyyət daşıması qeyd olunur.
-
Protokol onu tərtib edən dövlət yol polisi əməkdaşı və inzibati xəta törətmiş şəxs tərəfindən imzalanır. İnzibati xəta törətmiş şəxs protokolu imzalamaqdan və ya yerində cərimə ödəməkdən imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.
-
Protokolda inzibati xəta törətmiş şəxsin qeydləri üçün ayrılan yerdə onun qısa izahatı yazılır, hüquq və vəzifələrinin ona izah edilməsi barədə qeyd aparılır.
-
Bir şəxs tərəfindən eyni zamanda bir neçə inzibati xəta törədildiyi aşkar olunduqda hər bir xəta göstərilməklə bir protokol tərtib edilir.
-
Protokol mürəkkəbli qələmlə yazılır. Protokolda düzəlişlərin aparılması, digər əməkdaşlar tərəfindən əlavələrin edilməsi yolverilməzdir.
-
inzibati xəta törətmiş şəxs sürücülük vəsiqəsi əvəzinə müvəqqəti icazə vərəqi təqdim etdikdə onun barəsində sənədləşmə yalnız şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. Bu halda təqdim edilən müvəqqəti icazə vərəqi protokola əlavə edilməklə əvəzinə bu icazə vərəqinin başa çatmamış etibarlıq müddətində yeni müvəqqəti icazə vərəqi verilir.
-
İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 1 gün müddətində qeydiyyatdan keçirilərək baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.
-
Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulduqda və ya onun sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə yol nəqliyyat hadisəsinin sxemi tərtib olunur və protokola əlavə edilir (Təlimata 1 saylı əlavə) Sxemdə nəqliyyat vasitələrinin hadisədən sonrakı vəziyyətini bərpa etmək imkanı verən dəqiq məlumatlar əks olunur və sxem onu tərtib edən dövlət yol polisi əməkdaşı, hadisənin iştirakçısı olan sürücülər və hal şahidləri tərəfindən imzalanır. Sürücülərə “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayış verilir (Təlimata 2 saylı əlavə).
Qaydanı pozan şəxs yol-nəqliyyat hadisəsi yerini tərk etmişsə, şahidlər barədə məlumatlar göstərilməklə raport tərtib edilir və tabeçilik üzrə yuxarı vəzifəli şəxsə təqdim edilir.
-
Qanunvericiliklə müəyyən olunmuş hallarda yol hərəkətindən kənarlaşdırılaraq DYP-nin mühafizə olunan duracağına gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan, DİN-in 50 saylı 2001-ci il tarixli əmri ilə təsdiq olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2001-ci il tarixdə 2667 qeydiyyat nömrəsi ilə qeydə alınmış “Yol patrul xidməti haqqında” təlimatın 16 saylı əlavəsinə uyğun aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırılması barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.
-
Nəqliyyat vasitəsinin onun istismarını qadağan edən texniki nasazlıqlarla idarə edilməsi halı sənədləşdirildikdə “Nəqliyyat vasitəsinə texniki baxış aktı” tərtib olunur və protokola əlavə edilir (Təlimata 3 saylı əlavə).
-
Qanunla yerində cərimə müəyyən edilmiş xətalardan hər hansı birini və ya bir neçəsini törətmiş şəxs daha ciddi xətaya görə tətbiq edilən inzibati tənbehlə razıdırsa və cəriməni yerində ödəyirsə, bu halda protokol tərtib olunmadan qaydanı pozan şəxs cərimə olunur və bu barədə ona kötüyündə imza edilməklə qəbz verilir ( İX-2). Bu xətalara görə protokol tərtib edildikdə bunun səbəbi, sürücünün izahatı ilə yanaşı isə işə baxılma yeri barədə onun vəsatəti də göstərilməlidir.
-
Yol hərəkətinə nəzarət edən dövlət yol polisi əməkdaşının saxlamaq tələbini yerinə yetirməyən sürücü barəsində yol vermiş olduğu pozuntunun yeri və tarixi, nəqliyyat vasitəsinin markası, rəngi və dövlət qeydiyyat nişanı göstərilməklə sənədləşməni DİN-in 50 saylı 2001-ci il tarixli əmri ilə təsdiq olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2001-ci il tarixdə 2667 qeydiyyat nömrəsi ilə qeydə alınmış “Yol patrul xidməti haqqında” təlimatın 14 saylı əlavəsinə uyğun formada tərtib olunmuş raport qeydiyyatdan keçirilərək nəqliyyat vasitəsinin dövlət qeydiyyatı (daimi və ya müvəqqəti) üzrə ərazi polis orqanına göndərilir. Raport əsasında ərazi Dövlət yol polisi hissəsində sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilir.
2.14. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə vəzifəli şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib edilməli kallarda əvvəlcə onların müvafiq vəzifənin icrasına məsul olmaları dəqiqləşdirilir.
-
Qəza şəraitinin yaradılması barədə inzibati protokol surəti və hərəkət istiqamətini məcburi dəyişmiş digər nəqliyyat vasitələri barədə məlumatlar (markası, dövlət qeydiyyat nişanı, rəngi və. s ) göstərilməklə tərtib olunmalıdır.
-
Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsas olduqda və sərxoşluğun müəyyən edilməsi üçün müayinə olunan şəxsin xüsusi texniki vasitənin (alkotestrin) tətbiqi ilə razılaşmadığı halda o, DİN-in 50 saylı 2001 -ci il tarixli əmri ilə təsdiq olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2001-ci il tarixdə 2667 qeydiyyat nömrəsi ilə qeydə alınmış “Yol patrul xidməti haqqında” təlimatın 17 saylı əlavəsinə uyğun sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə tərtib edilmiş protokol əsasında tibb müəssisəsinə göndərilir.
-
Avtobuslarda sərnişindaşımanın həyata keçirən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən inzibati xəta törədildikdə pozuntunun mahiyyətindən əlavə hərəkət marşrutunun DYP ilə razılaşdırılıb-razılaşdırılmaması, təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin sürücüləri tərəfindən inzibati xəta törədildikdə isə hərəkət marşrutunun razılaşdırılıb- razılaşdırılmaması ilə yanaşı sürücünün və nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamənin, müvafiq icazənin (lisenziyanın), habelə təhlükə barədə məlumat sisteminin qəza vərəqinin olub-olmaması protokolda göstərilməlidir.
2.18. Hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə rəsmi xəbərdaredici tədbir kimi inzibati tənbeh növü olan xəbərdarlıq edilir (Təlimata 4 saylı əlavə).
-
Yol polisi inspektorları tərtib etdikləri protokol, raport, eləcə də alınmış sürücülük vəsiqələri və digər sənədləri bir gün ərzində Dövlət yol polisi hissələrində inzibati təcrübə üzrə inspektora ( bu vəzifə olmayan Dövlət yol polisi hissələrində funksional vəzifə olaraq həvalə olunmuş vəzifəli şəxsə ) təhvil verməlidirlər. Protokolun dolğunluğu onu qəbul edən şəxs tərəfindən yoxlanılaraq bu barədə müvafiq qeyd aparılır və inzibati xətalar haqqında materialların uçotu jurnalında qeydiyyata alınır. Digər ərazi polis orqanlarından və nizami hissələrdən daxil olan protokol və ona əlavə edilən sənədlər isə inzibati təcrübə üzrə inspektor tərəfindən işlənilən ayn jurnalda qeydiyyata alınır (Təlimata 5 saylı əlavə).
-
Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə inzibati xəta haqqında şəhər-rayon polis idarə və şöbələrinə daxil olan işlər birbaşa DYP hissələrinin rəhbərlərinə ünvanlarındır.
-
İnzibati xəta haqqında işlər Dövlət yol polisi hissəsinin rəhbəri tərəfindən dərkanar üzrə icraatın aparılması üçün vəzifəli şəxsə materialların uçotu jurnalının 6-cı qrafasında imza edilməklə verilir.
-
Baxılması üçün aidiyyəti üzrə göndərilən işlər barədə materialların uçotu jurnalının 7-ci qrafasında müvafiq qeydlər edilir.
-
“Dayanmaq qadağandır” və “Durmaq qadağandır” yol nişanlarının tələblərini pozan sürücülər xətanın törədildiyi yerdə olmadıqda bəmin nəqliyyat vasitəsinin evakuatordan istifadə olunmaqla dövlət yol polisinin mühafizə olunan duracağına aparılması mümkün olmadığı hallarda, bu xətalara yol vermiş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə sürücülərin cərimə olunacaqları barədə bildiriş qəbzindən istifadə olunur (Təlimata 6 saylı əlavə).
Qəbzin əsas hissəsi kəsilərək qeyd olunan yol nişanlarının təsir zonasında saxlanılmış nəqliyyat vasitələrinin qabaq şüşə silgəclərinin altına qoyulur. Kötük hissəsi yol polisi əməkdaşı tərəfindən inzibati xətanın aşkar olunması barədə tərtib edilmiş raporta əlavə edilir və icra olunması üçün ərazi üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatında (daimi və ya müvəqqəti) olduğu dövlət yol polisi hissəsinə göndərilir. Bildiriş blankının əsas hissəsi özüyapışan kağızdan hazırlana bilər.
3. İnzibati xətalar haqqında işlərə baxılması.
3.1. Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xəta ( balla qiymətləndirilən qayda pozuntuları) haqqında işlərə nəqliyyat vasitəsinin dövlət qeydiyyatında (daimi və ya müvəqqəti) olduğu ərazi Dövlət yol polisi hissəsində baxılır.
Sahiblik hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi və. s hallarda inzibati xəta haqqında işə şəxsin yaşayış yeri üzrə baxıla bilər.
-
İnzibati xəta haqqında işə inzibati protokolun və işin digər materiallarının polis orqanına daxil olduğu gündən 15 gün müddətində baxılır. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa vəzifəli şəxs işin baxılmasını əsaslandırılmış qərardadı ilə bir ayadək uzada bilər (Təlimata 7 saylı əlavə).
-
İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan vəzifəli şəxs inzibati tənbehi yalnız xidməti vəzifəsinin icrası zamanın verə bilər. Vəzifəli şəxsin məzuniyyətdə və ya ezamiyyədə olduğu müddətdə onun səlahiyyətləri müvafiq əmrlə digər DYP əməkdaşına verilir.
-
İnzibati xəta haqqında işə inzibati məsuliyyətə cəlb olunan şəxsin iştirakı ilə baxılır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan işə o halda baxılır ki, həmin şəxs işə baxılma yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış və baxılmanın təxirə salınması barədə ondan vəsatət daxil olmamış və ya bu vəsatət rədd olunmuşdur.
Tərtib olunmuş inzibati protokolda işə baxılmanın yeri və vaxtı barədə xəta törəmiş şəxsin məlumatlandırılması barədə qeyd yoxdursa onun yaşadığı ünvana Dövlət yol polisi hissəsinə dəvət olunması barədə 3 gün müddətində bildiriş göndərilir (Təlimata 8 saylı əlavə ). Bildirişin surəti inzibati materiala əlavə edilir.
-
İnzibati xəta haqqında işə baxılarkən işə baxan şəxs, baxılan işin qısa məzmunu. işinə baxılan şəxs elan olunur. İşə baxan vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunanın və ya onun nümayəndəsinin, işdə iştirak edənlərin hüquq və vəzifələrini elan edir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, icraatda iştirak edənləri dinləyir, sübutları araşdırır, xətanın mövcudluğunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin təqsirini, onun inzibati məsuliyyətə cəlb olunmasına kifayət qədər əsas olub-olmamasını, yüngülləşdirici və ya ağırlaşdırıcı halların mövcudluğunu və işin düzgün həlli üçün digər hallan aydınlaşdırır.
-
İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən, ən geci iki ay keçənədək verilə bilər. Davam edən inzibati xətalara görə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər.
-
İnzibati xəta haqqında işə baxılarkən vəzifəli şəxs iş üzrə aşağıdakı qərarlardan birini qəbul edir (Təlimata 9 saylı əlavə).
-
inzibati tənbeh vermə haqqında;
-
inzibati xəta barədə iş üzrə icraatın dayandırılması;
-
İnzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında.
3.8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə, xətanı törədən şəxs müəyyən olunmadıqda, fiziki şəxs psixi və ya digər ağır xəstəliyə tutulduqda vəzifəli şəxs icraatın dayandırılması barədə, qeyd olunan hallar aradan qaldırıldıqda isə icraatın təzələnməsi barədə qərar çıxarır.
3.9. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan hər hansı biri mövcud olduqda, intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq dövlət orqanlarına göndərildikdə, inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.
3.10. Şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.
Çıxarılmış qərarda qayda pozanın Məcəllənin hansı maddələri üzrə məsuliyyət daşıması göstərilməlidir. Bu halda sanksiyanın hansı qayda pozuntusuna görə tətbiq edilməsindən asılı olmayaraq yol verilmiş balla qiymətləndirilən xətalara görə sürücülərə müvafiq cərimə balı təyin edilir.
3.11. İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur və surəti materialda imza etdirilməklə barəsində qərar qəbul edilmiş şəxsə verilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin iştirakı olmadan qərar çıxarıldıqda qərarın surəti üç günədək ona göndərilir.
3.12. Müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa digər hərbi qulluqçular və daxili işlər orqanlarının əməkdaşları inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar.
Qeyd: Müddətli həqiqi hərbi xidmət qulluqçuları kateqoriyasına “Hərbi Xidmət Haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.
3.13. İşə baxan vəzifəli şəxs inzibati xətaların törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, onların aradan qaldırılması üçün müvafiq müəssisələrə idarə və təşkilatlara təqdimat verir və görülmüş tədbirlər barədə məlumat tələb edir.
3.14. Nəqliyyat vasitəsini idarə etmə hüququndan müvəqqəti məhdudlaşdırma müddətinin ən azı yarısı keçdikdən sonra şəxsin işlədiyi və yaxud oxuduğu müəssisənin, idarənin, təşkilatın vəsatəti ilə bu müddət qərarı çıxarmış vəzifəli şəxs və ya onu əvəz edən şəxs tərəfindən qısaldıla bilər.
3.15. Balla qiymətləndirilən inzibati xətalar haqqında işlərə baxılarkən Dİ]\ BDYPİ- nin mərkəzləşdirilmiş kompüter bazasının məlumatları ilə üzləşdirmə ( daxili işlər orqanının telefon rabitəsi, faks və. s vasitələrlə ) aparılır. Sorğuların nəticələri xüsusi jurnala yazılır və protokolda müvafiq qeyd edilir.
4. İnzibati xəta haqqında iş üzrə qərarın icrası.
-
İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır.
-
İnzibati tənbehetmə haqqında qərarın dərhal icrasını istisna edən hallar (inzibati tənbeh etmə barədə qərarlardan şikayət verildikdə) mövcud olduqda, qərar vermiş vəzifəli şəxs qərarın icrasını bir ayadək müddətə təxirə sala bilər (Təlimata 10 saylı əlavə).
-
İnzibati tənbeh tətbiqetmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən etibarən bir il müddətində icra edilməlidir. Bu müddət keçdikdə qərar icra olunmur.
-
Qərarın icrası bu Təlimatın 4.2 bəndinə uyğun olaraq təxirə salındığı halda müddətin hesablanması təxirəsalma müddəti qurtaranadək dayandırılır.
4.5. İnzibati cərimə - inzibati cərimə olunmaq haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən otuz gündən gec olmayaraq ödənilməlidir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş vəzifəli şəxs tərəfindən üç ayadək müddətə uzadıla bilər. Bu halda müvəqqəti icazə vərəqəsinin müddəti müəyyən olunmuş müddətədək uzadılır.
Qeyd: Bu barədə vətəndaşın yazılı müraciəti (vəsatəti) materiallara əlavə olunur.
4.6. Cərimənin ödənilməsi barədə qəbz inzibati işin materiallarına əlavə edilir.
-
Xəta törətmiş şəxs cəriməni müəyyən olunmuş müddətdə ödəmədikdə tərtib olunmuş icra vərəqəni inzibati xəta barədə qərarın surəti ilə birlikdə “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq məhkəməyə göndərilir.
-
Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsi və müvəqqəti icazə vərəqinin alınması yolu ilə icra edilir. Qərardan şikayət verildikdə müvəqqəti icazə vərəqində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması barədə çıxarılmış qərarın tarixi göstərilməklə qüvvədə olma müddəti qərar qanuni qüvvəyə minənədək uzadılır. Müvəqqəti icazə vərəqinin etibarlıq müddəti başa çatdıqda vərəqə etibarsız sayılır və alınaraq inzibati iş üzrə materiala əlavə olunur.
4.9. Nəqliyyat vasitəsini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılmış (sürücülük vəsiqəsi qaytarılanadək), sürücülük vəsiqəsinin etibarlıq müddəti keçmiş (dəyişdirilənə qədər), sürücülük vəsiqəsini itirmiş və ya nəqliyyat vasitəlirini idarə etmək üçün müvafiq kateqoriyası olmayan şəxslər sürücülük hüququ olmayan şəxs hesab olunur.
4.10. Nəqliyyat vasitəsini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılmış şəxsin ürücülük vəsiqəsi 3 gün müddətinə xidməti ərazi üzrə imtahan-qeydiyyat məntəqəsinə göndərilir.
4.11. Nəqliyyat vasitəsini idarə etmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxs sürücülük vəsiqəsini təhvil verməkdən boyun qaçırdıqda sürücülük vəsiqəsinin alınması üçün onun yaşadığı ərazi üzrə sahə müvəkkili, yol-patrul və post-patrul xidməti əməkdaşları, iş yeri üzrə rəhbərliyi və sair məlumatlandırılır. Nəqliyyat vasitəsini idarə etmə hüququnun müvəqqəti məhdudlaşdırılması müddəti sürücülük vəsiqəsinin alındığı vaxtdan hesablanır.
4.12. İnzibati tənbehin tətbiqi üzrə icraat başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla inzibati tənbeh tətbiq etmə haqqında qərar onun icrasını həyata keçirən şəxs tərəfindən həmin qərarı qəbul etmiş vəzifəli şəxsə qaytarılır.
5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən yol verilmiş inzibati xətalar haqqında işlər üzrə icraatın xüsusiyyətləri.
5.l. Azərbaycan Respublikası ərazisində diplomatik immunitetə malik olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.
Əcnəbilər tərəfindən törədilmiş inzibati xəta üzrə işlərə xətanın törədildiyi ərazidə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılır.
5.2. Toxunulmazlıq hüququna malik olan əcnəbi tərəfindən törədilmiş inzibati xətaya görə inzibati protokol tərtib olunur və sənədlər özünə qaytarılır. Həmin protokol əcnəbinin beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyət məsələsinin həll edilməsi məqsədi ilə Xarici İşlər Nazirliyin Protokol idarəsinə göndərilir.
5.3. Toxunulmazlıq hüququndan istifadə edən əcnəbinin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə kifayət qədər əsas olduqda o, nəqliyyatı idarə etməkdən kənarlaşdırılır və ona tibbi müayinədən keçmək təklif olunur. Bu barədə Dövlət yol polisi hissəsinin (daxili işlər orqanının) növbətçi hissəsinə məlumat verilir. Nəqliyyat vasitəsi aid olduğu diplomatik nümayəndəliyin səlahiyyətli nümayəndəsinə təhvil verilir.
5.4. Əcnəbilərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin sənədləşdirilməsi zamanı protokolun “qeydiyyatda olduğu Dövlət yol polisi bölməsi” qrafasında nəqliyyat vasitəsini sığortalamış olan şirkətin ünvanı, sığorta sənədinin nömrəsi, verilmə tarixi və yeri qeyd edilir, nümayəndə dəvət olunur. Beynəlxalq yol hərəkətində iştirak edən əcnəbi sürücülərinin yol-nəqliyyat hadisəsində iştirakı və nəqliyyat vasitəsinin zədəsinin xarakteri (gömrük plomblarının zədələnməsi, banın, ban örtüyünün tamlığının pozulması, nəqliyyat vasitələrinin zədələnməsi) barədə verilmiş arayışda qeyd edilir.
6. İnzibati xətalar haqqında işlər üzrə kargüzarlığın aparılması.
-
Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar üzrə icraatın aparılmasında tətbiq olunan ciddi hesabat blankları, digər jurnallar, blanklar və cərimə qəbzləri BDYPİ-nin sifarişi ilə hazırlanır, mərkəzləşdirilmiş qaydada Dövlət yol polisi hissələrinə paylanılır. Dövlət yol polisi hissələri tərəfindən alınmış ciddi hesabat blankları təlimata 11 saylı əlavəyə uyğun mədaxil və məxaric jurnallarına yazılmalıdır. :
-
Bu Təlimata 6 və 11 saylı əlavələrdə nəzərdə tutulan jurnallar nömrələnməli, qaytanlanmalı, möhürlənməli və daxili işlər orqanının dəftərxanasında qeydiyyata alınmalıdır.
6.3. Digər Dövlət yol polisi hissələrindən baxılması üçün daxil olmuş və eləcə də balla qiymətləndirilən inzibati xətalar haqqında icraatı başa çatdırılmış işlər ayrı-ayrı qovluqlara tikilərək səhifələri nömrələnməli və sonuncu vərəqədə onların sayı barədə qeyd aparılmalıdır.
-
İcraatı başa çatdırılmış inzibati işlər qərarın icra olunduğu gündən azı bir il olmaqla növbəti təftişədək, inzibati xətalar haqqında materialların uçotu jurnalları dolduğu gündən iki il müddətində saxlanılır. Cərimə ballan ilə qiymətləndirilən xətalara görə cərimə ballarının uçotu vərəqləri iki il saxlanılır. Yalnız DİN BDYPİ tərəfindən aparılmış növbəti təftiş zamanı saxlama müddəti bitmiş sənədlər yandırılma yolu ilə məhv edilir. Bu barədə müvafiq akt tərtib edilir. (Təlimata 12 saylı əlavə)
-
İl ərzində eyni inzibati xətanın tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə digər məsuliyyət nəzərdə tutulan xətalara yol vermiş şəxslərin kartoteka və ya jurnal uçotu aparılmalıdır.
6.7. DYP əməkdaşları məzuniyyətə buraxılarkən istifadə olunmamış ciddi hesabat blankları və icraatlarındakı işlər onlardan təhvil alınır.
6.8. Ciddi hesabat blankları, digər jurnallar, blanklar və cərimə qəbzləri qeyri-iş vaxtlarında icraatında iş olan əməkdaşa təhkim olunmuş metal şkaflarda saxlanılmalı və onun qapısı həmin əməkdaşa məxsus fərdi möhürlə möhürlənməlidir.
6.9. İnzibati xətalar haqqında işlər saxlanılan otağın pəncərələrinə dəmir barmaqlıqlar bərkidilməlidir.
7. İnzibati xəta haqqında işlər üzrə çıxarılmış qərardan şikayətə baxılması
-
İnzibati xəta haqqında iş üzrə qərarın surəti təqdim olunduğu və ya alındığı gündən on gün müddətinə verilə bilər. Bu müddət şikayətə baxan yuxarı Dövlət yol polisi orqanın rəhbəri tərəfindən şikayətçinin əsaslandırılmış müraciəti əsasında uzadıla bilər.
-
Şikayətə baxan vəzifəli şəxs çıxarılmış qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı qərarlardan birini qəbul edir.
-
qərarın dəyişdirilmədən saxlanılması haqqında;
-
şikayətin təmin edilməməsi haqqında;
-
barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında;
-
inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar mövcud olduqda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında;
-
İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında;
-
şikayətə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan vəzifəli şəxs tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyətı üzrə baxılması üçün göndərilməsi haqqında.
7.3. İnzibati xəta haqqında iş üzrə qərar ləğv edildiyi halda alınmış sürücülük vəsiqəsi və ya tutulmuş cərimə qaytarılır.
8. Dövlət yol polisində inzibati xətalar haqqında işlərin aparılmasına nəzarət.
8.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın və kargüzarlığın düzgün aparılmasına gündəlik nəzarət Dövlət yol polisi hissələrinin rəhbərləri, nizami hissə komandirləri tərəfindən təmin olunur.
8.2. AR DİN BDYP İdarəsi iki ildə bir dəfədən az olmayaraq Dövlət yol polisi hissələrində ciddi hesabat blanklarının təftişinin aparılmasını, inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması vəziyyətinin yoxlanılmasını, saxlama müddəti keçmiş işlərin ləğvini təşkil edir.
8.3. Bu zaman aşağıdakı məsələlər öyrənilir və qiymətləndirilir:
-
ciddi hesabat blankların qeydiyyatı, istifadəsi və saxlanması;
-
inzibati tənbeh növlərinin əsaslandırılması və düzgün tətbiqi, çıxarılmış qərarların icrasının təmin olunması;
-
xətaların uçotunun və təhlilinin aparılması, inzibati təcrübənin tətbiqinin hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsinə, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına istiqamətləndirilməsi;
-
icraat müddətlərinə riayət olunması;
8.4. Təftişin nəticəsi müvafiq aktla rəsmiləşdirilir və DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məruzə olunur.
9. İnzibati xətalar haqqında işlər üzrə icraatın aparılması sahəsində məsuliyyət.
-
İnzibati xətalar haqqında işlər üzrə icraatın İnzibati Xətalar Məcəlləsinə və bu Təlimata uyğun təşkilinə, aparılmasına qanunvericiliyin tələblərinə əməl olunmasına Dövlət yol polisi hissələrinin rəhbəri və inzibati təcrübə üzrə inspektorları məsuliyyət daşıyırlar.
-
İnzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə şikayətə baxılmanın nəticəsi barədə əsaslandırılmış arayış və ya rəy yazılır.
9.3. Ciddi hesabat blankları itirildikdə fakt üzrə xidməti təhqiqat aparılır və nəticəsi barədə BDYPİ-nə məlumat verilir.
Bu təlimat 01 iyun 2002-ci ildə qüvvəyə minir.
AR DİN-in _____ saylı ____tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair”
Təlimata 1 saylı əlavə
(Üz tərəfi)
Yol - nəqliyyat hadisəsinin Sxemi
_________________________________________________________________________________
( sxemdə nəqliyyat vasitələrinin hadisədən sonrakı vəziyyətini tam açıqlayan, onların stasionar məntəqələrə bağlılığı barədə məlumatlar əks olunur)
Sxemlə və protokolun əlavəsində
göstərilənlərlə razıyıq:
1 .Sürücü
(imza)
2. Sürücü_____________________
(imza)
3. Sürücü
(imza)
|
Hal şahidləri:
1.____________________________________
soyadı, adı, atasının adı, ünvanı, telefon
______________________________________
nömrəsi, imzası)
2.____________________________________
soyadı, adı, atasının adı, ünvanı, telefon
______________________________________
nömrəsi, imzası)
|
AR DİN-in ______ saylı _______tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 1 saylı əlavə
Arxa tərəfi
Yol nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir:
Birinci nəqliyyat vasitəsi ___________________________________________________________
(markası, dövlət qeydiyyat nişanı,
_________________________________________________________________________________
mənsubiyyəti, qeydiyyatda olduğu DYP hissəsi, xarici əzintiləri)
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
İkinci nəqliyyat vasitəsi____________________________________________________________
(markası, dövlət qeydiyyat nişanı,
_________________________________________________________________________________
mənsubiyyəti, qeydiyyatda olduğu DYP hissəsi, xarici əzintiləri)
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
Üçüncü nəqliyyat vasitəsi__________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
Sürücülər haqqında məlumat 1._____________________________________________________
(soyadı, adı, atasının adı, yaşayış ünvanı, telefon nömrəsi,
_________________________________________________________________________________
sürücülük vəsiqəsinin nömrəsi, seriyası, , kateqoriyası)
2. _______________________________________________________________________________
_________________________________________________________________________________
3. _______________________________________________________________________________
_________________________________________________________________________________
____________________________________________________________
(Sxemi tərtib edən şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı, imzası)
“ “ il.
AR DİN-in ______ saylı _______tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 2 saylı əlavə
Daxili işlər orqanının
künc ştampı
ARAYIŞ №___
Verilir____________________________________________________________________________
soyadı, adı, atasının adı)
ondan ötəri ki, “____”________il tarixdə, saat ______ ______ dəqiqədə
_________________________________________________________________________________
(yol-nəqliyyat hadisəsi yeri dəqiq göstərilir)
yol-nəqliyyat hadisəsi nəticəsində___________________________________________________
(nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı)
mühərrik № ______________________________ , ban № ______________________________
qeyd olunan xarici əzintilər almışdır:_______________________________________________
(xarici baxışla müəyyən olunmuş
_________________________________________________________________________________
əzintilər, onların yerləşməsi və sair)
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________
Yol-nəqliyyat hadisəsinin digər iştirakçıları barədə məlumat:
_________________________________________________________________________________
( sürücünün soyadı, adı, atasının adı, ünvanı və telefon nömrəsi,
_________________________________________________________________________________
nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı)
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
Arayışı verdi:_____________________________________________________________________
(əməkdaşın vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı)
M.y. ______________________
(imza)
AR DİN-in _____ saylı ______tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair”
Təlimata 3 saylı əlavə
Nəqliyyat vasitəsinə texniki baxış
AKTI
“____”_________________il.
_________________________________________________________________________________
(nəqliyyat vasitəsinin tipi, modeli, dövlət qeydiyyat nişanı)
İstehsal ili ___________________ , mühərrikin № ______________________________________
Şassi № _____________________________________ , ban № _____________________________
Yürüşü _________________________________ km., mənsubiyyəti ________________________
_________________________________________________________________________________
(fiziki şəxsə məxsus nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və ünvanı, hüquqi şəxsin adı və ünvanı)
_________________________________________________________________________________
DYP bölümündə daimi qeydiyyatdadır.
Nəqliyyat vasitəsinə texniki baxış saat ________. _______ dəqiqədə______________________
_________________________________________________________________________________
(baxışın keçirildiyi yer, yol sahəsi, texniki nəzarət məntəqəsi göstərilir)
_________________________________________________________________________________
(daxili işlər orqanının adi, əməkdaşın vəzifəsi və rütbəsi soyadı, adı göstərilir)
tərəfindən nəqliyyat vasitəsinin sürücünün ___________________________________________
iştirakı ilə keçirildi və bu texniki nasazlıqlar aşkar edildi _______________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
Rəy______________________________________________________________________________
( sazdır, nasazdır və nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırılaraq, istismarı
__________________________________________________________________________________________
qadağan edilir)
Dövlət Yol polisi inspektoru ________________________________________________________
(vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı, imzası)
Aktın surətini aldım______________________________________________________________
(sürücünün imzası)
Aktda göstərilən nasazlıqlar aradan qaldırıldıqdan sonra sürücü nəqliyyat vasitəsini
aktın surətilə birgə bu ünvana ________ _____________________________________________
______________________________________təkrar baxışın keçirilməsi üçün təqdim etməlidir.
Təkrar baxış “____“ _____________ il tarixdə keçirilmişdir.
Rəy ________________________________________
(sazdır, nasazdır)
Dövlət Yol polisi inspektoru________________________________________________________
(vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı, imzası)
AR DİN-in _______ saylı _______tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 4 saylı əlavə
XƏBƏRDARLIQ
Vətəndaş _________________________________________________________________________
soyadı, atasının adı
__________________________________________________________________ görə Siz İnzibati
inzibati xətanın mahiyyəti
Xətalar Məcəlləsinin _________ maddəsinə əsasən xəbərdar olunursunuz
_________________________________________________________________________________
(DYP əməkdaşının vəzifəsi, rütbəsi, soyadı adı və atasının adı)
“____”_______________ 200 __-ci il _________________________________
(vəzifəli şəxsin soyadı, adı, atasının adı)
_________________________________________________________________________________
(Kəsilmə üçün yer)
KÖTÜK*
_________________________________________________________________________________
(nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı)
_________________________________________________________________________________
(Sürücünün soyadı, adı: atasının adı)
İnzibati Xətalar Məcəlləsinin maddəsində nəzərdə tutulmuş xətaya görə
edilmiş tənbehə etirazım yoxdur.
_________________________________________________________________________________
(xəta törətmiş şəxsin soyadı, imzası, tarix)
AR DİN-in _________ saylı __________ tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 5 saylı əlavə
(DYP hissənin adı)
İnzibati Xətalar haqqında materialların uçotu
JURNALI
Başlanılıb “_______” 200 ci il.
Qurtarıb “______” ______________________ 200 ci il.
AR DİN-in _________saylı __________tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 5 saylı əlavə
№
|
İnzibati xəta törədən şəxsin soyadı, adı, atasının adı
|
Nəqliyyat vasitələrinin markası, qeydiyyat nişanı
|
Tarix, inzibati xətanın məzmunu
|
Protokolun seriyası, №-si, sürücülük vəsiqəsi və digər sənədlər
|
1
|
2
|
3
|
4
|
5
|
|
|
|
|
|
Materialı icraya
qəbul etmiş vəzifəli
şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı, tarix
|
İşə baxılma tarixi,
qəbul edilmiş qərar cərimə qəbzinin
nömrəsi (Göndərilən orqan, tarix)
|
İcradan sonra
materialın saxlanıldığı
işin №-si
|
Qeyd
|
6
|
7
|
8
|
9
|
|
|
|
|
AR DlN-in__________ saytı __________tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin ediləsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 6 saylı əlavə
BİLDİRİŞ
İnzibati xəta törətmiş şəxsin cərimə olunması barədə
Siz, ______ _________ 200 -ci il tarixdə saat ________________radələrində avtomobilinizi
3.27 ”Dayanmaq, qadağandır”
3.28 “Durmaq qadağandır”
_________________________________________ ___________________________________
(prospekt, küçənin adı, yol nişanı qoyulduğu dəqiq yer) (lazım olmayanın üstündən xətt çəkməli)
Yol nişanının təsir zonasında saxlayaraq Azərbaycan Respublikası YHH-da Qanunun 52-ci maddəsinin tələbini pozmusunuz. Bildiririk ki, bu qanun pozuntusuna görə İXM-nin 151.1 maddəsinə əsasən inzibati məsuliyyət daşıyırsınız.
İşə baxılması üçün 15 gün ərzində nəqliyyat vasitəsinin daimi (müvəqqəti) dövlət qeydiyyatında olduğu DYP bölməsinə müraciət etməlisiniz. Əks təqdirdə işə Sizin iştirakınız olmadan baxılacaqdır.
(Bildirişi tərtib edən vəzifəli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi, rütbəsi, döş nişanın nömrəsi)
İmza__________________
Kəsilmə üçün yer
KÖTÜK*
_________________________________________________________________________________
(nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanı)
_________________________________________________________________________________
inzibati xətanın törədildiyi küçə, yol nişanı qoyulduğu yer (dəqiq göstərilməli)
_________________________________________________________________________________
(Bildirişi tərtib edən vəzifəli şəxsin soyadı, adı, atasının adı, rütbəsi, vəzifəsi, döş nişanın nömrəsi)
____ ______200 -ci il Saat_____ İmza___________________
AR DİN-in _________ saylı ___________tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə saatın təşkilinə dair” Təlimata 7 saylı əlavə
Qərardad
İnzibati xəta haqqında işin baxılmasının uzadılması barədə
Azərbaycan Respublikasının İXM-nin ____________________ maddəsinə əsasən vətəndaş
___________________________________________________ barədə inzibati xəta haqqında işin
baxılması __________________________________________________________________ əsasən
(səbəb göstərilir)
__________________ dək uzadılsın.
(tarix)
___ _______200 -cı ii
İmza________________________________________________________
(qərarı qəbul edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı. atasının adı, imzası)
Qərarın surətini aldım
(xəta törədən şəxsin soyadı, adı, atasının adı, imzası)
____ ____________200 -ci il
AR DİN-in ______ saylı _________- tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 8 saylı əlavə
DİO-nın
künc ştampı
BİLDİRİŞ
Vətəndaş________________________________________________________________________
(adı, soyadı, atasının adı)
barənizdə olan inzibati xəta haqqında işə baxılması üçün ____________________tarixdə,
saat ______da_______________________________ _____________________________
(ünvana) (otaq N,)
_____________________________________________________ yanına gəlməlisiniz. Üstünüzdə
(cənab kimin)
şəxsiyyətinizi təsdiq edən sənədiniz olmalıdır. Gəlmədiyiniz təqdirdə işə Sizin iştirakınız
olmadan baxılacaqdır.
____________________________
(tarix)
_______________________
(imza)
Qeyd: Bildirişin surəti materiallara əlavə edilir.
AR DİN-in _______ saylı _______________tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 9 saylı əlavə
QƏRAR
İNZİBATİ XƏTA HAQQINDA
Mən _____________________________________________________________________________
(qərarı çıxarış vəzifəli şəxsin vəzifəsi, adı, soyadı, atasının adı)
_______________________________________________“ “ “_________________________“ 200 -
ci il tarixdə vətəndaş ______________________________________________________________
(adı, soyadı, atasının adı)
________________________________barəsində inzibati xəta haqqında iş üzrə materiala (lara)
baxaraq qərar verdim:
1. Azərbaycan respublikası İXM-nin ________________________maddəsi (ləri) ilə məsuliyyət
daşıması nəzərə alınaraq və İXM-nin 35.2 maddəsinin tələbi rəhbər tutularaq inzibati tənbeh
tətbiq olunsun:
_________________________________________________________________________________
( cərimə edilməsi və ya idarə etmə hüququnun müvəqqəti məhdudlaşdırılması )
2. _______________________________________________________________________________
(işin icraatına xitam verilməsi, işin icraatının dayandırılması, işin icraatının
_________________________________________________________________________________
təzələnməsi).
İmza._______________________________
(qərarı çıxaranın imzası)
Qərarın surətini aldım _____________________________________________________________
(xəta törədənin soyadı, adı, atasının adı və imzası)
________________________
(tarix)
Qərardan şikayət qərarın təqdim edildiyi və ya alındığı gündən 10 gün ərzində yuxan səlahiyyətli orqana yazılı formada verilə bilər.
AR DİN-in ________ saylı ___________tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 10 saylı əlavə
Qərar
İnzibati xəta haqqında qərarın icrasının təxirə salma barədə
Azərbaycan Respublikasının İXM-nin ______________________ maddəsinə əsasən vətəndaş
_________________________________________________________________________________
_______________________________ barədə inzibati xəta haqqında qərarın icrası ________dək
təxirə salınsın.
____________ ___________________200 –ci il
İmza ____________________________________________
(qərarı qəbul edənin vəzifəsi və imzası soyadı)
Qərarın surətini aldım _____________________________________________________________
(xəta törədən şəxsin imzası, soyadı)
________ ____________200 –ci il
AR DİN-in _______ saylı ________tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 11 saylı əlavə
1. Blankların mədaxili (jurnalın ilk 5 vərəqi)
№
|
Daxil olma tarixi
|
Hardan daxil olub. qayimənin №-si
|
Blankın adı
|
Sayı
|
Seriyası №-si
|
Blankı qəbul edənin vəzifəsi, soyadı, adı, atasının adı, imzası
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
|
|
|
|
|
|
|
2. Bankların məxarici
№
|
Verilmə tarixi
|
Blankın adı
|
Sayı
|
Seriyası və №-si
|
Blankı qəbul edənin vəzifəsi, soyadı, adı, atasırun adi, imzası
|
Qeyd
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
|
|
|
|
|
|
|
AR DİN- in ________ saylı tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təminata 11 saylı əlavə
_________________________________________________________________________________
(DYP hissəsinin adı)
Ciddi hesabat blanklarının mədaxil və məxaric
JURNALI
AR DİN- in saylı tarixli əmri ilə təsdiq edilmiş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimata 12 saylı əlavə
“Təsdiq edirəm”
Azərbaycan Respublikası DİN BDYPİ-nin
rəisi _________________
(rütbəsi)
__________ ________________________________
(imza) (soyadı, adı atasının adı)
AKT
____ _______________200 -ci il ____________________________________
(şəhər, rayonun adi)
Biz aşağıda imza edənlər: __________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
Sıra №-si
|
Materialların adı
|
Qovluq
|
Protokolların və müvəqqəti icazə vərəqələrinin sayı
|
Ümumi vərəqələrin sayı
|
il
|
Digər
|
|
|
|
|
|
|
|
İmzalar: 1. ____________________________
(vəzifəsi, soyadı, adı atasının adı)
2. ____________________________
3. ____________________________
4. ____________________________
5. ____________________________
Dostları ilə paylaş: |