3. Metalların mexaniki xass



Yüklə 1,1 Mb.
səhifə1/5
tarix05.10.2022
ölçüsü1,1 Mb.
#118116
  1   2   3   4   5
Muh 3


3. Metalların mexaniki xassələri

Konstruksiyalar, detallar və alətlər istismar zamanı müxtəlif xarici tə­sir­lərə (yüklərə) məruz qalırlar. Təsir edən bütün yükləri üç qrupa bölmək olar:


1)tədricən artan və ya tədricən azalan daimi (statik) yüklərə;
2 ) zerbəli (dinamik) yüklərə;
3) dəyişən yəni istiqamət və qiymətcə və ya həm istiqamətcə həm də qiymətcə dəyişən yüklərə.
Qaynaq zamanı qızmanın və ya soyumanın yaratdığı daxili gərginliklər, hissələrin inşası dövründə onun forma və ölçülərini dəyişə bilər. Belə gərginliklər termiki gərginliklər adlanır.
Q

Şəkiл 1. Çubuğun deformasiya növləri: a - dartılma; b - sıxılma;
c - əyilmə; ç - burulma; d - kəsilmə.
üvv
ənin təsirindən metal öz forma və ölçülərini dəyişə bilir, yəni defor­masiya olunur. Deformasiya elastik (yükün təsiri götürüldükdən sonra itən) və plastik (yükün təsiri götürüldükdən sonra qalan) ola bilər. Yük artırıldıqda elastik deformasiya plastik defor­masiyaya keçir: yükün sonrakı artımı isə cismin dağılmasına səbəb olur.
Deformasiyanın qiyməti təsir edən qüvvənin qiymətindən asılı­dır. Deformasiyanın növləri tətbiq olunmuş qüvvənin istiqamətindən asılıdır.
Əsasən dartılma, sıxılma, əyilmə, burulma və kəsilmə defor­masiya növlərinə (şəkil 1) daha çox rast gəlinir.

Tətbiq olunan qüvvədən asılı olaraq təcrübədə metal bir və ya bir neçə deformasiya növünə məruz qalır.


Konstruksiyaların, detalların və alətlərin hazırlanması üçün metalın düzgün seçilməsi məqsədilə onların mexaniki xassələrinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
Mexaniki xassələrə qüvvənin təsirindən metalların deformasiyaya qarşı müqavimətliyini xarakterizə edən xüsusiyyətlər aid edilir.
Mexaniki xassələrə möhkəmlik, elastiklik, plastiklik, bərklik, zərbə özlülüyü, yorulma möhkəmliyi və s. aiddir.
Metalların mexaniki xassələri laboratoriya şəraitində xüsusi maşınlarda öyrənilir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin