«Fiquru tanıma metodu» qısa müddətli surət hafızəsinin həcmini müəyyən
edir, ölçür. Materialın stimulu 2 fərqli cədvəldən ibarətdir. Əvvəlcə eksperiment
qoyulan yoxlanılan şəxsə 9 fiqurlu cədvəl göstərir və ona bu fiqurları yadda
saxlamağı tapşırır. Bu cədvəlin göstərilmə müddəti 10 saniyədir. Sonra yoxlanılana
ikinci cədvəl göstərilir. Bu cədvəldə əvvəlki cədvəldə göstərilmiş 9 fıqur başqa
fıqurların arasına səpələnmişdir. Yoxlanılan bu fıqurlar arasından əvvəl
gördüklərini seçməlidir. Nəticə düzgün və səhv seçilən fıqurların sayı əsasında
işlənilir. Tanıma koeffısenti (əmsalı) aşağıdakı düstur əsasında müəyyən edilir.
E=M/9-N (M-düzgün tanınan fıqurların sayı, N-səhv tanınan fıqurların sayı, E-
nəticə) Səmərəli kolffısent vahidlə ölçülür. Ona görə də yoxlanıların nəticələri
vahidə nə qədər yaxın olarsa, onun surətli, qısamüdətli yaddaşı o qədər yuxarı olar.
“10 sözün əzbərlənməsi metodu” Luriya tərəfındən işlənmişdir. Bu metod
sözlə ifadə olunan materialın qısa müddətli yaddaş həcmini üzə çıxarır, sözlər
kifayət qədər asan və əlaqəsiz olmalıdır. Bu sözlərdən istifadə etmək təklif olunur:
meşə, çörək, pəncərə, stul, su, qardaş, at, göbələk, iynə, bal.
Eksperimentdən əvvəl bu təlimat verilir (Rubinşteynin təklifı əsasında) «indi
mən 10 söz oxuyacağam, diqqətlə qulaq asmaq lazımdır. Mən oxunu bitirdikdən
sonra siz yadda saxladığınız sözləri təkrar edin. Sözlərin ardıcıllığı mütləq deyildir.
Aydındır?» Eksperimentantor sözləri dəqiq ifadə edərək yavaş- yavaş oxuyur.
Düzgün tələffüz edilən sözlərin sayı müəyyən edilir. Bu metodda yaş norması
nəzərə alınmır. Belə ki, insanda qısamüddətli yaddaşın həcmi 7±2 söz vahidindən
ibarət ola bilər. «10 sözün əzbərlənməsı» metodundan Rubinşteyn həmçinin
yaddasaxlama prosesinin xüsusiyyətlərini müəyyənləşdirməkdə istifadə etməyi
təklif edir. Bunun üçün bir söz 5 dəfə təkrar edilir, o qədər də yoxlanılanlar sözü
təkrar etməlidir. İkinci və üçüncü oxunuş qaydası belədir: - «indi mən həmin sözü
yenidən oxuyacam və sən onları təkrar etməlisən - həmçinin sonra oxuduğum və ya
oxumadığım sözləri istənilən sırada deməlisən. Əldə olunmuş nəticələr əsasında
normal və əqli cəhətdən zəif inkişaf etmiş uşaqların diferensiallaşdırılmasma
(fərdiləşdirilməsinə) xidmət edən əyri yaddasaxlama» tərtib edilir. Normal
uşaqlarda hər təkrar zamanı düzgün tələffüz edilən sözlərin sayı artır, bu əqli
3
cəhətdən zəif inkişaf etmiş uşaqlarda ifadə olunmur.
İndi isə diqqəti diaqnozlaşdıran metodikaların təsvirinə keçək. Bu metodikaların
əsas xarakterik cəhətlərinə mərkəzləşmə, sabitlik, davamlılıq, paylama daxildir.
Diqqətin , mərkəzləşdirilməsi və davamlılığını qiymətləndirmək üçün müxtəlil
simvollarla təsvir edılmiş, işarələnmiş nümunələrdən istifadə edilir (hərflərlə
işarələnmiş, rəqəmli, fiqurlu). (Korrektur proba - işarəli nümunələr)
Belə işarəli nümunələrdən istifadəni ilk 1895 -ci ildə B.Burdon təklif etmişdir.
Yoxlanılanlara təklif olunur ki, verilmiş blankdakı ya hərfləri, ya rəqəmləri, ya da
fiqurları xətləsinlər (üstündən xətt çəksinlər). Eksperiment aparan şəxsin işarəsi
altında yoxlanılanlar tapşırığı yerinə yetirməyə başlayırlar və 5 dəqiqədən sonra onu
bitirirlər. İşə başlayandan sonra hər 30 saniyədən bir eksperiment aparan «xətlə»
əmrini verir. Bu zaman onlar yoxladıqları ilə voxlamadıqlarını ayırmaq üçün çəpəki
xətt çəkirlər. Səhvlərin hesablanması (buraxılmış və düzgün xətlənməmiş) hər 30
saniyə ərzində buraxılmış interval, həmçinin əhatə olunmuş işarələrin sayı (hər 30
saniyəlik intervalda) və cədvəldə üzərində işlənmiş sətirlərin sayına (2 dəqiqə
ərzində) görə nəticələr işlənilir. İcra etmənin dəqiqlik kofisenti (əmsalı) Uippl
formulu üzrə hesablanır A= N-r/N+p (N - əhatə olunmuş işarələrin ümumi saynı
bildirir; p - buraxılmış işarələrin sayını bildirir; r - səhv əhatə olunmuş işarələri
bildirir)
Diqqətin mərkəzləşməsi əmsalı - kofisenti K=S
2
/n formulası ilə ifadə olunur S
- yoxlanılanların üzərində işlədiyi cədvəlin sətirlərini bildirir; n - səhvlərin sayını
bildirir (p+r).
İşin surət göstəriciləri T=z/t formuluna əsasən hesablanır. z-cədvəlin işlənmiş
hissəsindəki işarələrin sayı; t - icra vaxtıdır. Diqqətin mərkəzləşmə əmsalı ilə dəqiq
icra əmsalını müqayisə etməklə diqqətin davamlılığmı müəyyən etmək olar.
Diqqətin mərkəzləşməsini həmçinin çətinlik şəraitində də qiymətləndirmək olar.
Bunun üçün təcrübənin 2-ci və 4-cü dəqiqələrində yoxlanılanları xəbərdar etmədən
15 saniyə ərzində əlifba sırasından hər hansı hərfı demək tələb olunmaqla onlar
çətinliyə salınırlar. Həmin bu çətinlik şəraitində diqqətin mərkəzləşdirilməsi
dəqiqlik dərəcəsi onun göstəricisi kimi çıxış edir. Diqqətin müxtəlif göstəricilərinin
diaqnostikası olan bütün bu təsvir olunan metodıkaları diqqətın bütün uyğun
göstəricilərinin inkişaf ölçüsü ola bılməz (yənı yoxlanıların yaxşı və ya pis diqqətə
malik olmasını qıymətləndırmək olmaz). Bu onların təcrübədə tətbiqini
çətinləşdirir. Ona görə də uşağın diqqətıni düzgün qiymətləndirmək üçün
aşağıdakılar təklif olunur: uyğun şəraıtdə tərbıyə almış eyni yaşlı uşaq qrupu
seçmək; onları seçilmiş metodıkalar üzrə diaqnozlaşdırmaq, göstəricilərin azalma
dərəcəsinə görə bilmək. Qrup 50 uşaqdan az olmamalıdır. Sonra qrupu ən yüksək
(20%) və ən aşağı (20%) göstəricilərinə görə yarımqruplara ayırmaq, qalan uşaqları
həmin yarımqruplar arasında yerləşdirmək, aşağı və yuxarı göstəriciləri müəyyən
metodikalar üzrə qeyd etmək lazımdır. Bu göstəricilərə mövcud yaş qrupları üçün
normal ölçü sərhəddi kimi baxmaq olar. Əgər uşağın göstəriciləri orta yarımqrupun
yuxarı həddindən artıqdırsa onda onun diqqəti yaşıdları içərisində ən yaxşı hesab
edilə bilər və əksinə. Bu metodikadan başqa yaş hədlərində də isıifadə etmək olar.
Diqqətin xüsusiyyətlərinin diaqnostikası
4
Diqqətın diaqnostikasının gedişində başlıca diqqət tapşırıqlarının icrası
zamanı uşağın fəaliyyətinin məqsədə yönəlişliyini saxlaya bilmək və həmin
fəalıyyətdən ayrılmamaq kimi xüsusiyyətlərinə yönəlməlidir. Bu məqsədlə bir sıra
metodikalardan istifadə olunur. Xüsusi eksperimental priyomlardan biri kımı
uşaqların əyləşdıyı stolun üstünə şəkillər qoyulur və bu şəkillərdə onlara tanış olan
obyektlər təsvır olunur. Uşaqların qarşısına 30-40 şəkil qoyulur və ondan şəkıldə nə
təsvir olunduğu soruşulur. Bundan sonra ona həmin şəklə oxşar şəkil tapmaq
tapşınlır. Əgər o tapşırığı düzgün yerinə yetirərsə hər iki şəkıl stolun üstündən
götürülür. Bu diaqnostik metod vasitəsilə uşaqların diqqətının ilk səvıyyəsı aşkara
çıxarılır və normativ göstəricilərlə müqayisə olunur.
Norma: 3 yaşında uşaq 10 şəkildən 5-6-nı tapa bilir. 3,5 yaşdakı uşaq 10
şəkildən 8-10-nu tapır. Bu zaman o ucadan tez şəklin adını deyir, kiçik səhvlərə yol
verir, bu səhvləri müqayisə edərək özü düzəldir. 4 yaşında isə uşaq bu tapşırığı
asanlıqla yerinə yetirir.
İdrak proseslərinin inkişaf səviyyəsinin psixodiaqnostikası
Diqqət
“Diqqətli ol”
Münsterberqin — «Ədədlərin yerləşməsi» testinin modifikasiya edilmiş
variantıdır.
Məqsəd. Məktəbə hazırlıq mərhələsində uşağın təlım fəaliyyətində mühüm rol
oynayan diqqətin ixtiyari imkanlarının müəyyən edilməsi.
İşin gedişi. Lövhədə 12x12 ölçüdə hazırlanmış 6 rəqəm və rəqəmin yanında
meyvə şəkilləri çəkilir. 2 dəqiqə ərzində uşaq lövhəyə baxır. Sonra lövhə
götürülür. 20 saniyə müddətində uşaq onlardan 4-5 rəqəmi yanındakı meyvələrlə
birlikdə deməlidir. Məsələn: 1 alma, 3 banan, 5 armud və s.
«Sarı –qırmızı lövhə”
Lövhədə 20 düzbucaqlı çəkilir. Onlardan 10-u sarı, 10-u qırmızı rənglənir.
Üstünə 1-dən 10-a qədər rəqəmlər, rəqəmlərin yanında əlifba sırası ilə seçilmiş
hərflər ardıcıl qoyulur. Uşaq lövhəyə 5 dəqiqə diqqətlə baxmalı, sarı lövhədə olan
rəqəmlərin yanındakı hərflərlə birgə seçərək düzməlidir. Sonra da qırımzı lövhədə
olan hərflər 10-dan 1-ə qaydası ilə seçilərək düzülür. İş 10 dəqiqə ərzində başa
çatdırılır. Test, hərf lərlə tanış olan uşaqlara tətbiq edilə bilər. Minimum göstərici -
2, maksimum - 5-6 ədədin hərflə birgə yadda saxlanmasıdır. Lövhə 12x12 ölçüdə
hazırlanır.
Hafizə
“Bax, yadda saxla”
Bu metod obrazlı hafızənin öyrənilməsi zamanı tətbiq edilir. Uşağa 9 şəkilli lövhə
5
göstərilir. O, lövhəyə 10 saniyə müddətində baxaraq 5-6 şəkli yadda saxlamalıdır. Yada
salma prosesi 30 saniyə müddətində başa çatır. Lövhə 9x9 ölçü hazırlanır və uşağın tanıdığı
əşyaların şəkillərindən istifadə olunur.
Hər şəklin yadda
saxlanması bir bal hesablanır. Minimum bal - 2, maksimum bal - 6-dır.
Metodika qısa
müddətli görmə hafizəsinin öyrənilməsi üçün tətbiq edilir.
Üzərində 1-dən 10-a qədər qarışıq rəqəmlər yazılmış lövhə göstərilir. Lövhə 10 saniyə
müşahidə edildik-dən sonra o, götürülür. 1 dəqiqə müddətində lövhədəki rəqəmlər sıra
sayı ilə düzülməlidir.
2 1 4 7 8
5 3 6 9 10
Dostları ilə paylaş: |