Uşaq Hüquqları aylığı ( 20 oktyabr-20 noyabr) ilə əlaqədar kitabxanaların qarşısında duran vəzifələr



Yüklə 11,73 Kb.
tarix16.06.2018
ölçüsü11,73 Kb.
#53881

Uşaq Hüquqları aylığı ( 20 oktyabr-20 noyabr) ilə

əlaqədar kitabxanaların qarşısında duran vəzifələr

20 noyabrÜmumdünyaUşaqgünüdür. 1954-cü ildə BMT BaşMəclisibütündünyadauşaqlarınrifahınınyaxşılaşdırılmasınayönəldilənfəaliyyətəhəsredilənbugünübütündünyaölkələrinəqeydetməyiməsləhətgörüb. 1959-cu ilnoyabrın 20-də başməclisuşaqhüquqlarıbəyannaməsini, 1989-cu ilinhəmingünündəisəuşaqhüquqlarıhaqqındakonvensiyanıqəbuledib.UşaqhüquqlarıKonvensiyası 54 maddədənibarətdir.Onlarınhərbiriayrı-ayrıhüquqlarhaqdaməlumatverir.Bütünhüquqlar 4 genişkateqoriyayabölünəbilər:İnkişafhüquqları –uşaqlarınözpotensiallarının tam inkişafınaolanehtiyaclarınıtəminedir. Müdafiə hüquqları –uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. İştirak hüquqları –uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır. Yaşamaq hüquqları – bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir. Qanunvericiliyə əsasən 18 yaşına catmayanlar uşaq hesab olunur. Statistikaya görə Azərbaycanda 2..800.000-dən çox uşaq var.18 yaşadək uşaqlar ölkə əhalisinin 29 faizini təşkil edir.Azərbaycan 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub.

Uşaq ailənin möhkəmliyi, xalqın gələcəyi və cəmiyyətin sabahıdır. Buna görə də, uşaq hüquqlarının qorunmasında birinci növbədə məsuliyyət valideynin üzərinə düşür.Bu, Azərbaycan Respublikasının Ali qanunu olan Konstitusiyanın 17.2-ci maddəsində də təsbit edilmişdir. Həmin maddəyə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsində də göstərildiyi kimi, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər tərəfindən həyata keçirilir.“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə müvafiq olaraq, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. "Uşaq hüquqları haqqında" qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də "İnsan hüquqları haqqında" Ümumdünya Bəyannaməsi (1948), Uşaq Hüquqları Bəyannaməsi (1959), BMT-nin Uşaq Hüquqları Konvensiyası (1989), Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarının reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. .

Uşaq hüquqlarının müdafiəsi Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuş və bu, hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir.Ümummilli liderimiz Heydər Əliyev demişdir : “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də,hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilməlidir”.Son illər 14 yaşına çatmamış və cinayət törətmiş şəxslərin tərbiyə olunması üçün xüsusi tərbiyə müəssisələri yaradılmış və bunun uşaqların tərbiyə olunması və cəmiyyət üçün layiqli bir insan kimi yetişdirilməsində mühüm rolu olmuşdur. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın əməyini yüksək qiymətləndirmək lazımdır. Məhz Heydər Əliyev Fondu uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olmuşdur. Son illərdə ölkəmizdə şikəst uşaqların və onların ailələrinin maraqları çərçivəsində fəaliyyət göstərən təşkilatların əhəmiyyətli dərəcədə fəallaşması müşahidə olunur. Sağlamlıq imkanları məhdud uşaqlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Uşaq Bərpa Mərkəzi və Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzi fəaliyyət göstərir.

Uşaq hüquqları aylığı ilə əlaqədarkitabxanalarda “Uşaqların hüquqlarını müdafiə edək”, “Uşaqlar üçün bərabər hüquq və imkanlar”,” Uşaqların asudə vaxtının səmərəli təşkili və dəyərləndirilməsi”, “ Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti”, ”Vətəni sevək və onu qoruyaq”, “Qarabağ həqiqətlərini dunyaya çatdıraq”,”Uşaqlar və internet təhlükəsizliyi”,”Uşaqları qoruyaq”,“Uşaqlığımıəlimdən almayın”, “Yol hərəkət qaydalarını öyrənək”başlıqlarda söhbət,dəyirmi masa, məruzə və mühazirə,sərgi,müzakirə, görüşvə s. tədbirlər keçirilməlidir. Nağıl otaqlarında və nağıl guşələrində kiçik yaş oxucu qrupları ilə “Gülzar nənənin nğılları” adlı nağıl gecələri, nağıl saatları,nağıl günləri təşkil olunmalıdır.


Metodika və biblioqrafiya şöbəsi
Yüklə 11,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin