71. NV-nin qaçırılmağa qarşı təhlükəsizliyi dedikdə nə başa düşülür?
Avtomobilin qaçırılmağa qarşı təhlükəsizliyi məsələlərinə əsasən son 20-30 il ərzində diqqətlə yanaşmağa başlanmışdır. Bunun səbəblərini bizim fikrimizçə aşağıdakı səbəblərlə izah eləmək olar:
-avtomobillərin sayı artdıqça onların (xüsusən də bahalı biznes klas qpupuna aid olanların) qaçırılma faktlarının sayıda artmağa başlamışdır;
-müəyyən model avtomobillərin qiyməti həddindən artıq baha olduğundan onların sahiblərinin özlərini maşının qaşırılma faktından səğortalama istəyi;
-qaçırılan avtomobillərlə çoxlu sayda müxtəlif növ yol qəzalarının və digər cinayətlərin törədilməsi.
XX-cu əsrin 50-60-cı illərində avtomobillərin sahibləri maşınlarının qaçırılmaması üçün əsasən mexaniki vasitələrdən istifadə edirdilər (məsələn təkərlərin disklərini zəncirlə harasa bağlayırdılar, ilişmə muftası əyləcini sükan çarxına xüsusi alətlə birləşdirirdilər və s.). Bəziləri avtomobilin elektrik sisteminə müdaxilə
edərək orada xüsusi ayərəcı açarlar qoyurdular.90-cı illərdə mühəndislər tərəfindən Great Guard qaçırılmağa qarşı təhlükəsizlik sistemi yaradılmışdır. Bu sistem özünü çox effektiv və səmərəli göstərdiyindən təkmilləşdirilərək bu günə kimi istensal olunur. Bu sistemin əsas elemntləri aşağıdakılardır:
-metal qutunun içərisində yerləşdirilmiş idarəedici blok (o mexaniki zərbələrə, yüksək temperatura və nəmliyə davam gətirir);
-avtomobilin salonunda yerləşdirilən və 7 rəqəmli kodla təmin edilmiş sistemə qoşulub-ayrılma pultu.
Sistemin iş prinsipi ondan ibarətdir ki, qorunma işə salındıqda avtomobilin hidravlik tormoz intiqalı konturları bloklayır. Bu sistemin müasir modifikasiyalarında tormozlarla bərabər, kapot altındakı qıfıl, starterin, benzin nasosunun və s. bliklanma dövrələri də idarə edilir.
Qaşırılmağa qarşı elektron sistemlərin tətbiqi avtomobilin mühafizə olunma səviyyəsini yüksəldir. Bu gün əksər avtomobillərdə vahid aşardan istifadə edilir.
Hər bir avtomobilin fərdi elektronikası alışdırma açarının elektron sxemi ilə daimi şəkildə mübadilədə olur. Yəni, alışdırma, starter və yanacaq verilişi sistemləri o zaman işə düşürlər ki, avtomobil öz aşarını “tanısın”.
Son on illikdə avtomobillərdə qaçırılmağa qarşı peyk sistemlərinin quraşdırılması başlamışdır. Bunun əsas iş prinsipi ondan ibarətdir ki, avtomobilin hər hansı bir uzaq küncündə peyk siqnallarının qəbuledicisi yerləşdirilir. Onun vasitəsi ilə dispetçer məntəqəsi (qəbuledicinin “görmə” zonasında ən azı 3 peyk olmalıdır) avtomobilin yerləşmə koordinatlarını daimi izləyə bilir.
72. Avtomobildə neçə cür və hansı komponovka sxemindən istifadə edilir?
Avtomobillərdə 3 cür komponovka sxemindən istifadə olunur:
1.Mühərrikin qabaqda yerləşməsi – mühərrik sərnişin salonundan qabaqda
yerləşir. Belə komponovka sxemigeniş yayılmışdır və onun iki variantından is-
tifadə edilir:
-arxa aparan oxlu;
-qabaq aparan oxlu.
2.Mühərrikin ortada yerləşdirilməsi – mühərrik qabaq və arxa oxlar arasında
yerləşdirilir və minik avtomobillərində çox nadir hallarda istifadə olunur.
3.Mühərrikin arxada yerləşdirilməsi – mühərrik sərnişin salonundan arxada
yerləşdirilir.
73. Avtomobilin dartıcı dinamikası hərəkət təhlükəsizliyi cəhətdən hansı
göstəricilərlə qiymətləndirilir?
Avtomobilin dartıcı dinamikasını hərəkətin təhlükəsizliyi baxımından
qiymətlən- dirmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir: maksimum sürət
V max və maksimum təcil a max , minimum sürətlənmə zamanı t min və yolu S min .
Avtomobilin dartıcı dinamikasına onun aşağıdakı elementlərinin texniki
vəziyyə- ti böyük təsir göstərir:
-mühərrik;
-şassi aqreqatları (sürətlər qutusu, baş ötürücü, qabaq təkərlərin quraşdırılma
bucaqları və s.);
-şinlər (təzyiqi, protector naxışlarının vəziyyəti)
Avtomobilin dartıcı dinamikasının yaxşılaşdırılması üçün aşağıdakı istiqa-
mətlərdə tədbirlər görülür:
-avtomobilin xüsusi kütləsinin azaldılması;
-mühərrikin litr gücünün artırılması, qabarit ölçü və kütlənin azaldılması, yana-
caq sərfinin azaldılması;
-avtomobil banının axımlılığının yüksəldilməsi;
-transmissiya aqreqatlarının yağlanmasında istifadə olunan yağların keyfiyyəti-
nin yüksəldilməsi;
-pilləsiz transmissiyadan istifadə olunması
74. Avtomobilin dartıcı dinamikasına onun hansı hissələrinin texniki vəziyyəti təsir
göstərir?
Avtomobilin dartıcı dinamikasına onun aşağıdakı elementlərinin texniki
vəziyyə- ti böyük təsir göstərir:
-mühərrik;
-şassi aqreqatları (sürətlər qutusu, baş ötürücü, qabaq təkərlərin quraşdırılma
bucaqları və s.);
-şinlər (təzyiqi, protector naxışlarının vəziyyəti)
Avtomobilin dartıcı dinamikasının yaxşılaşdırılması üçün aşağıdakı istiqa-
mətlərdə tədbirlər görülür:
-avtomobilin xüsusi kütləsinin azaldılması;
-mühərrikin litr gücünün artırılması, qabarit ölçü və kütlənin azaldılması, yana-
caq sərfinin azaldılması;
-avtomobil banının axımlılığının yüksəldilməsi;
-transmissiya aqreqatlarının yağlanmasında istifadə olunan yağların keyfiyyəti-
nin yüksəldilməsi;
-pilləsiz transmissiyadan istifadə olunması
75. Avtomobilin aerodinamikası dedikdə nə başa düşülür?
Avtomobil aerodinamikası, aerodinamikanın avtomobil və digər yol nəqliyyatının aerodinamikasını öyrənən bir qoludur. Qeyri-adi formalı gövdələrə sahib ilk avtomobillər arasında, aerodinamik qanunlarının öyrənilməsi ilə çox deyil, sadəcə olaraq ortaya çıxan Genetti, Bergman, Alfa Romeo, Rumpler və Yaray tərəfindən tikilmiş avtomobillərə aid edilməlidir. mərmi, gəmi, dirijabl və təyyarə istehsalında istifadə olunan formaların mexaniki borclanması. Ən diqqətçəkən, yol səthinə yaxın bir hərəkətdə olan bir cism üçün nəzəri cəhətdən ən üstünlüklü formanın bir az qabarıq və altından diqqətlə yuvarlaqlaşdırılmış kənarları ilə yarıya bölünmüş dirijabl gövdəsi ola biləcəyinə inanan mühəndis Yaray tərəfindən hazırlanan avtomobildir.
Avtomobil aerodinamikasının əsas məqsədləri bunlardır:
1.Hava müqavimətinin azaldılması və nəticədə maksimum sürətin artırılması və yanacaq sərfinin azaldılması.
2.Səs səviyyəsinin azaldılması.
3.Qaldırıcı qüvvələrin (aşağı güc təmin edən) görünüşünün və aerodinamik qeyri-sabitliyin digər təzahürlərinin qarşısının alınması.
4.Bəzi nəqliyyat vasitələrinin soyutma prosesinin optimallaşdırılması.
5.Şüşələrin, bəzi soyutma elementlərinin və avtomobilin hava filtrinin yol çirkliliyinin azaldılması.
Avtomobil aerodinamikası iki əsas metodla - külək tuneli testləri və kompüter simulyasiyaları ilə öyrənilir. Vasitə testi üçün külək tunelləri bəzən hərəkətli bir yol səthini simulyasiya edən hərəkətli bir keçid ilə təchiz olunmuşdur. Əlavə olaraq, test vasitəsinin təkərləri də döndürülür. Bu tədbirlər yol səthinin və fırlanan təkərlərin hava axınına təsirini nəzərə almaq üçün alınır.
76. Minik,yük avtomobilləri və avtobuslar üçün havanın axımlılıq əmsalı hansı
hədlərdə dəyişir və onların kuzovunun en kəsik sahəsi hansı düsturla hesablanır?
77. Avtomobilin dayanıqlığı dedikdə nə başa düşülür?
78. Avtomobilin informasiyalılığı dedikdə nə başa düşülür?
Avtomobilin sürücüləri və digər hərəkət iştirakçılarını lazımi məlumatlarla təmin etmək xüsusiyyəti informasiyalılıq adlanır. Sürücü öz idarəedici təsirlərini bu məlumatlar əsasında formalaşdırır.HT-nin təmin olunmasında informasiyanın miqdarı və keyfiyyəti çox böyük rol oynayır. Məlumat çatdırıcı siqnallar təbii və süni ola bilər. İnformasiyanın aşağıdakı alınma mənbələri mövcuddur: -səs (səs siqnalizatorları, aparan dalğa, mühərrikin, transmissiyanın və s. səsi); -vizual (avtomobilin kuzovunun forma və ölçüləri, rəngi, avtonom işıqlandırma sistemi, cihazlar lövhəsi elementləri, müşahidəlilik parametrləri); -taktil və kinestetik (idarəetmə orqanlarının sürücünün təsirlərinə reaksiyası). Avtomobilin hərəkəti zamanı sürücünün eşitmə orqanlarına iki qrup müxtəlif səslər təsir edir: -sürücünü avtomobili idarə etməkdən yayındıran təsədufi səslər; -sürücüyə ətraf vəziyyətlərdən, avtomobilin aqreqat və mexanizmlərindən və bir sıra digər mənbələrdən informasiya gətirən səslər.
79. Avtomobilin informasiyalılığın hansı növləri var və onlara nə aiddir?
Avtomobilin informasiyalılığı aşağıdakı növlərə bölünür: daxili, xarici və əlavə. Daxili informasiyalılıq sürücünü avtomobili idarə etmək üçün lazımi məlumatlarla təmin edir. Avtomobilin daxili vizual informasiyalılığına cihazlar lövhəsi və onun müşahidəliliyini yüksəldən digər quruluşlar aiddir. Məlumatlar əksedici vasitə kimi cihazlar lövhəsindən istifadə olunur. Onun göstəriciləri elə olmalıdır ki, tez və səhvsiz oxunsun və birmənalı olsun. Avtomobil cihazlar lövhəsinin nəzarət-olçü cihazlarının göstəriciləri və siqnalları kifayət qədər müxtəlif məlumatlar daşıyır. Onlar mənasının əhəmiyyətinə görə aşağıdakı məlumatlara bölünürlər: -avtomobilin bilavasitə HT-yini təmin edən sistemlərin vəziyyəti haqqında; -avtomobilin məkanda hərəkət xarakteristikaları, sistem və aqreqatların istismar vəziyyəti haqqında; -digər məlumatlar. Tədqiqatlar göstərir ki, cihazlar göstəricisinin sayılmasının dəqiqliyi və sürətinə şkalanın ölçüsü, gözə qədər olan məsafə və qiymətlər arasında olan interval təsir edir. Avtomobilin xarici vizual informasiyalılığını iki növə bölmək olar: passiv və aktiv. Passivə o növ informasiya aiddir ki, onun ötürülməsi heç bir enerji sər- fiyyatı tələb etmir. Məsələn: avtomobilin qabarit ölçüləri, forması, rən- gi, üzərində olan xüsusi avadanlıq, içıqqaytarıcılar və s. Aktivə isə o informasiya aiddir ki, onun ötürülməsində müxtəlif enerji- dən istifadə edən cihazlar iştirak edir. Bunlara misal olaraq avtomobilin avtonom işıqlandırma sistemini, xarici səs və işıq cihazlarını aid etmək olar. Avtonom işıqlandırma sistemi görünüşün məhdud olduğu şəraitdə onu digər hərəkət iştirakçılarına görmək imkanı yaradır. Məsələn: qabarit işıqlar və qapıların katafotları qaranlıqda avtomobilin qabarit ölçülərini düzgün təyin etməyə imkan verir. Dumanaqarşı fənərlər isə onu dumanda daha yaxşı görmərə şərait yaradır. Dönmə işıqları avtomobilin harəkət istiqaməti barədə digərlərini qabağcadan xəbərdar etməyə imkan verir və s..
80. İşığın əksetdirməsinin hansı növləri var və onlar nə ilə xarakterizə olunur?
Yolların və onlar üzərindəki obyektlərin görünməsi bu obyektlərin səthinin
strukturundan, rəngindən və əksetdirmə qabiliyyətindən asılıdır. Şua mənbələrin-
dən başqa bütün obyektlər müxtəlif əksetdirmə dərəcəsinə malik olub aşağıdakı IV
qrupa bölünürlər:
a)Diffuziya (sürücü maneədən əks olunan zəif işıq siqnalı görür)
b)Güzgü (gecə vaxtı hamar səthdən güzgü əksetdirməli şualar sürücünün gö-
zünü qamaşdırır)
c) Qarışıq (səthlərin əksəriyyəti bu növ əksetdirməyə malik olur)
d) İşıqqaytarıcı (yüksək əksetdirmə qabiliyyətinə malik süni quruluşlar sürücü-
nün gözünü qamaşdırmadan gecə vaxtı uzaqdan seçilirlər)
Dostları ilə paylaş: |