Şirkətin strategiyasını müəyyən edən amillər:
Bu amillər hazırlıq işləri üçün şirkətin strategiyasının həyata keçrilməsinə böyük təsir göstərir. Bu onunla bağlıdır ki, istənilən şirkət xarici mühitlə bir çox əlaqələrə malik olmalı, həm də daxili kommunikasiyaların strukturu və xüsusiyyətləri nəzərə alınmalıdır.
Şirkətin səmərəli işi üçün amillərin bütün məcmusunu nəzərə almaq lazımdır.
Bu onları növbəti meyarlar üzrə təsnifləşdirmək deməkdir:
1. Amillər yaranma sferası üzrə seçilir:
- xarici amillər, hansılar ki, şirkətdən kənarda yaranır;
- hüdudlarına görə şirkətin fəaliyyətinə daxil olan.
2. Yaranma təbiətinə görə seçilən amillər:
- iqtisadi mahiyyətinə, valyutaların kurs dəyişikliyinə, istehsal xüsusiyyətlərinə və xərclərə görə;
- siyasi - xarici siyasət, daxili proseslər, siyasi quruluş;
- sosial - həyat səviyyəsi, gəlirlər, gözləmələr, demoqrafik vəziyyət;
- hüquqi - qanunlar, qaydalar, normalar, konsepsiyalar;
- ekoloji və b.
3. İmkan daxilində proqnozlaşdırmanın aparılması:
- əvvəlcədən müəyyən edilən amillər, hansıları ki, qabaqcadan görmək mümkündür;
- gözlənilməzlər – qəflətən, gözlənilmədən yarananlar.
4. Amilin təsirinin yayılmasının miqyasına görə seçilir:
- ümumilər;
- lokallar.
5. Açıq amillər üzrə seçilənlər:
- açıq amillər;
- gizli amillər və aşkar edilməsi çətin olan amillər.
Amillər öz aralarında qarşılıqlı təsirə məruz qalır və onların güclüsü öz təsiri istiqamətində dəyişikliyi apara bilir. Onların xarakteristikalarının vaxtda dəyişməsi, .başqa amillərin prioritetliyini nəzərə almağı tələb edir. Məsələn, hazırda risk və qeyri-müəyyənliyin amili şirkətin uzunmüddətli inkişafını təmin edən amillərin üzərində üstünlük əldə edə bilir.
Daxili və xarici amillərin bölməsi ən çox yayılmış haldır. Ona görə belə yanaşma strategiyanın müvəffəqiyyətini təmin etmir. Əgər daxili və xarici amillər arasından sərhəd keçirilməmişdirsə, əhəmiyyətli rəqabət üstünlüklərinin əldə edilməsi təmin oluna bilməz. Şirkətin daxili fəaliyyəti yaxşılaşdırılmalıdır ki, inkişaf tendensiyası təmin edilsin.
Xarici amillər arasından aşağıdakıları seçmək olar:
1. Normativ - hüquqi bazanı.
2. Sahənin cazibədarlığı və rəqabət üçün yaradılmış mühüt;
3. Spesifik bazar imkanları və təhlükələr.
Daxili amillərin arasında seçilir:
1. Şirkətin güclü və zəif tərəfləri, onun rəqabət imkanları;
2. Şəxsi ambisiyalar, biznesin fəlsəfəsi və menecerlərin etik yanaşmalara olan nöqteyi - nəzərləri;
3. Strategiyanın seçiminə dəyərlərin və şirkətdə olan mədəni mühitin təsiri.
Dostları ilə paylaş: |