A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Qrafik 4.1 Şirkətlərdə marketinqin dəyişən rolu



Yüklə 3,11 Mb.
səhifə61/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   57   58   59   60   61   62   63   64   ...   212
Qrafik 4.1

Şirkətlərdə marketinqin dəyişən rolu

1.Marketinq bərabər funksiya kimi. 2.Marketinq daha əhəmiyyətli funksiya kimi.


Marketinq



Maliyyə




İstehsal

Maliyyə






Marketinq

Kadr

Marketinq




Kadr

3. Marketinq əsas funksiya kimi. 4. İstehlakçı nəzarətçi funksiya kimi.




İstehsal




Maliyyə




İstehsal






Marketinq

Maliyyə

Kadr

İstehlakçı


Marketinq

İstehsal

Baxmayaraq ki, marketinq xidməti səviyyəsində də marketinq strategiyası hazırlanır, onlar şirkətin strategiyası deyil, yalnız onların yerinə yetirilməsi vasitəsi kimi çıxış edir. Bununla əlaqədar olaraq, demək olar ki, marketinq strateji idarəetmədə iki funksiyanı yerinə yetirir:

  • Bu bir vasitə olaraq şirkətin biznesinin inkişaf strategiyaların müəyyənləşdirilməsi və hazırlanması üçün informasiyaların emalı və toplanması vasitəsidir;

  • Bu bir vasitə olaraq şirkətin biznesinin inkişafı strategiyalarınin həyata keçirilməsi vasitəsidir.

Məsələn, əgər şirkətin bazarda genişləndirmə mövqeyi strategiyasını həyata keçirirsə, o, ya bu məhsulun istehlakının həcminin artırılması hesabına, ya rəqiblərin alıcılarının cəlbedilməsi yolu ilə, ya rəqibi udmaq yolu ilə, ya da, nəhayət, əvvəllər bu məhsulları istehlak etməyən yeni alıcıların cəlb edilməsi hesabına onu reallaşdıra bilər. Bu vəsaitlərin kombinasiyalarından da istifadə etmək mümkündür.

Şirkətdə həyata keçirilən bu strategiyalarda marketinqin rolu, göründüyü kimi, olduqca böyükdür. Biznesin inkişafı üçün baxılan strategiya marketinq xidməti üçün məqsəd qismində çıxış edəcək, lakin strategiyanın həyata keçirilməsi vasitəsini müəyyənləşdirən marketinq strategiyaları olacaqdır.

Marketinq strategiyasını seçmək üçün konkret vəziyyətdə aşağıdakı suallara cavab verməyə kömək edəcək bazarda müvafiq olaraq marketinq xidmətini tədqiqini aparmaq lazımdır:


  • Niyə bəzi müştərilər şirkətin məhsulunu alır, digərləri isə onu deyil rəqiblərinin məhsulunu alırlar;

  • Alıcılar şirkətin məhsulunu necə istifadə edirlər, onların nə xoşuna gəlir və nə xoşuna gəlmir;

  • Hansı əlavə fəaliyyətlər şirkətin məhsuluna diqqəti cəlb edə bilər;

  • Hansı qrup alıcılar bu məhsulu heç işlətmirlər, niyə və s.

Bu suallara cavab verdikdən sonra marketinq xidməti marketinq strategiyalarının yerinə yetirilməsində vasitə kimi çıxış edən marketinq qrupu təkliflər verə bilər.

Bu məqamda yaddan çıxarmaq lazım deyil ki, strateji planlaşdırmada mar­ketinq mühüm rol oynayır. Marketinq xidməti strateji planlaşdırma xidmə­ti­ni daxili bölmələr üçün məqsədlərin işlənməsinin əsasında duran zəruri infor­ma­­­siya ilə təmin edir. Marketinq xidmətinin bu məqsədinə çatması üçün mar­ke­tinq xidmətinin müvafiq bölmələrində həyata keçirilən marketinq planları yer­lə­şir.

Deyilənləri ümumiləşdirərək, belə nəticəyə gəlmək olar ki, marketinq biznesin inkişaf strategiyasının idarə olunmasında xüsusi və müstəsna rol oynayır. Onun bütün proseslərini işləyərək marketinq şirkətin fəaliyyətini, istehlakçı tələbatına uyğunlaşdırır və bununla şirkətin ətraf mühitə daha çevik uyğunlaşmasını təmin edir. Marketinq və biznesin inkişaf strategiyasının idarə olunması dialektik məntiqə əsasən qarşılıqlı əlaqədə olur (sxem 4.2).


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin