Aban aban iş olmaz, bəsləməsən qız olmaz



Yüklə 4,96 Mb.
səhifə42/48
tarix22.10.2017
ölçüsü4,96 Mb.
#10467
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

söz atanındı, iş edənin.

söz atası könül baş. (baş: ağıl).

söz aytanda, oylab ayt, irtəsini boylab ayt. (düşünmədən söz demə).

söz başla deyilir, özlə yox. (özlə: öz ilə) (öz: nəfs).

söz baylığı dil görkü, doğru sözlük ər görkü. (baylığı: zənginliyi). (görkü: göyçəkliyi). (tuğra: doğru).

söz biliyə yad deyil, əl biləyə.

söz bilməyən elbaşı, el başına, yov çəkir. (yov çəkir: yamanlıq, bəla, düşman gətirir).

söz bir olsa, kərən sındırar.

söz bir olsa, kərən sındırar. (kərən: çox gur olan nərsə).

söz çağında, dəmir tavında.

söz çırağı yanarsa, qanat gərməz qaranlıq, söz çırağı sönərsə, gərməz qanat yaranlıq. (yaranlıq: ışıqlıq. yağtılıq).

söz çırağı yanarsa, qanat gərməz qaranlıq, söz çırağı sönərsə, gərməz qanat yaranlıq. (yaranlıq: ışıqlıq. yağtılıq).

söz danışıqdan keçər. (aytışıqdan söz doğar). (danışıq, qonuşuq, gəpiş olan yerdə söz, oy gəlişər).

söz danışsan söyləqıl sən başqasın, dinləyən versin könül assın qulaq. (başqasın: ə'lasın).

söz daşıyan, ara pozan.

söz dediyin, yaxcıda olur, yadlıda (pis) olur.

söz deyən az olur, çeyneyen çox. (çox kişi özgələrdən öğrəşiklərin (tez, teori kimi bildiklərin) yansılır, bildiyin, düşündüyün demir).

söz deyəndə usdadı, iş deyəndə xəsdədi.

söz deyəndə usdadı, iş diyəndə kəstədi. (kəstədi: xəstədi).

söz dəğəri, qılıc kəsəiylə ölçülür.

söz dildən, oğul beldən, iş əldən.

söz dinləməz baş yeyər. (baş yemək: öldürmək).

söz diyənin dustağı, diyən sözün dustağı.

söz düşüncənin güzgüsü.

söz evrənin dayağı, birelligin yarağı. (birelligin: bir millətliyin).

söz gəlsə deyər, aş gəlsə yeyər.

söz gücün deyən ağızdan yox, duyan qulaqdan sor. (duyan: eşidən).

söz gücün deyən yox, duyandan sor.

söz gümüş olsa, iş altın.

söz kəsəni qılıc kəsməz. (sonuncu yol, qutarıcı yol, sözdür).

söz kişinin baylığı. (baylığı: varı yoxu. devləti) {kişi için, söz açar. (için: 1. içində olanı. 1. ruhun). } (kişi kimliyin söz açar).

söz könül açar, bilgi beyin. {uçsa ışıq, ışıqlı göz kor qalır. (uçsa: sönsə). (lap iti görən göz qaranlıqda kor kimidir)}.

söz köz deyil dağlayır, piçaq deyil doğrayır.

söz qalası, dil qalası. (söz qalır, dilə qala olur).

söz quşdur, buraxsan uçar geder, geri gəlməz.

söz quşdur, buraxsan uçub gedməz, xiddəyindən yapışar.

söz mənim tinim. (söz: dil) (tinim: ruhum).

söz odur candan qopa, könlə sığa.

söz odur dildən qopa, könlə hopa.

söz ola kəsə savaşı, söz ola bitirə başı. (söz ola baldan dadıl, söz ola ağıdan qatıl. - söz ola can dərmanı, söz ola bağır yarı. - söz ola qaymaqla bal, söz ola odla alav).

söz oranın əkənlər, söz varın ondan duyub, söz üstünə söz qoyub, söz yapısın tikənlər. (ulu, bilgəli yazarlara bağışlanan söz). (oranın: miyzanın). (ondan: onğdan haqdan).

söz sözü çəkdi yol uzandı, verən olmadı, qol uzandı, ayaq getdi baş usandı, yalan dünya yalan dünya.

söz sözü çəkər yol usanar, qanan yoxsa söz uzanar, verən yoxsa qol uzanar.

söz susan yerdə, müzük başlır.

söz tanrımız, söz bilgimiz.

söz torbaya girməz.

söz tutanın, inci yığanın (dır).

söz uçar, açıq qulağa qonar.

söz üzatma dinləməz söz, axmağın yokdur qulağ.

söz var cana düzür (sınır), söz var canı üzür.

söz var desən qatar, söz var deməsən yatar.

söz var evdə gəzər, sözdə var eldə.

söz var iş bitirir, söz var baş itirir. (söz var iş bitirir, sözdə var ağıl itirir).

söz var söz var, birini, dinləmək çətin, birini, demək çətin.

söz var sütlac, söz var qırpaç, söz var gələr keçər, söz var dələr keçər.

söz verib tutmamaq, kəndi özün saymamaq.

söz verib tutmayasan çox mandır, nə gözəlki veribən kəndi sözündə durasan.

söz verir, bez vermir.

söz yalansız, yaban yamansız olmaz. (eşitdiyivə inanma, yabançıya alınma).

söz yayıldıqca cığır salar, danyırlara yollar açar.

söz yerin bulsa qılıncı yonar.

söz yetirər, iş bitirər.

söz yiyəsi, diliylə yaşar!.

söz, yiyəsi qınında, yiyəsi sözün qınında. (söz, deyənin dustağı, deyən sözün dustağı).

söz, yiyəsi qınında, yiyəsi, sözün qınında.

sözbir olmayan eldə danışma. (el ağzında alalıq, sözün başa qadalıq). (el içrə sözbirliyi olmasa, ağzındaki söz başan bəla olar).

sözçü gedәr söz qalar.

sözçü işi, gəpirmə, ipçi işi, uzatma. (ipçi uzun gedər).

sözçü köçər söz qalar, sönmüş oddan köz qala, uçan közdən kül qalar.

sözçü köçər söz qalar, sönmüş oddan kül qalar.

sözçülər acından ölür, mözçülər yeyib gəbərir. (mözçülər: buynuzçular. boynuzçular. güjçülər. zorçular).

sözdə anlam, çöpdə dənə.

sözdən ağır, sözdən yüngül nə varki!.

sözdən söz, gəpdən gəp çıxar.

sözdü gücü sözçünün, eldi gücü elçinin.

sözdür çevirən çoğanı, yükü, keşişlər çəkir. (çoğanı: cihanı. dünyanı). (keşişlər: çəkişlər çəkərlər. (> çakərlər). daşırcılar. hammallar).

sözdür gözəlligi andıran, iyiligi qandıran, yamanlığı danlıyan.

sözdür kişinin gərəki görkü, tutmasa sözün, yaramaz börkü. (görkü: yaraşığı).

sözə bax kişini tanı, kişiyə baxıb sözü yox.

sözə bax, yox üzünə, yox gözünə.

sözə dil gərək, sözü dinləmək.

sözə qulaq as, oylab yola bas.

sözə sucunsa, bulun barır. { sözə şirnəşən, (sözə tutqun olub), işindən yesir qalır}. (sucunsa: suçunsa. dadansa. dadalsa. şirnəşsə).

sözə süçünsə bulun barır. (sözə şirnəşən, əsir düşür).

sözə yiyə çıxmayan elin sonu qaradır qara!.

sözki çatmadı birinə, yeğ gəlir dinəməmək obirinə.

sözlə inanma, sözlə düşün, işlə tanı.

sözlə pilov pişsə, dənicən yağ məndən.

sözlə sap, istədiyin yerə dartılır.

sözlər qızıl, çürük qabda. (yaxcı sözlər, yabancı biçimdə).

sözlərivi söyləmədən düşünqıl.

sözlü başın dili bayraq irkədə, sözsüz başın düşmüş ayağa dili. (irkədə: taxda. qudrətdə).

sözlü iş görmə, işli söz tutma. (sözlü iş: çatışmıyan iş). (işli söz: başavur söz. baş ağrıdan söz) (elə iş görmə, sözə qalsan, elə söz demə, işə qalasan). (sözə qalmaq: üzünə söz gəlmək). (işə qalmaq: işə (soruya) düşmək).

sözlü kişi yaxcıda olur, yatlıda olur.

sözsüz gerçək olamaz, sözsüz durmuş yaramaz, anlamsız söz gərəkməz, sözsüz anlam olanmaz, anlamlı söz dil qurur, tanrı bu dildən olur.

sözsüz gələcəkdir, gələcək gün bizə gülsun.

sözsüz, ev olmaz. çalqısız, toy olmaz.

sözü boşla, işi yoxla.

sözü daşınan çəkməzlər, ipinən ölçməzlər.

sözü de anlayana, dedin demədin nə fərqi var qulağa pambıq tıxana. (sözü de anlayana, dedin ya yox nə fərqi var, qulağa pambıq tıxana).

sözü dəğərinən, qılıcı kəsərinən.

sözü dil deyər, işi əl görər.

sözü olana dil ver, söz eşidənə qulaq ver.

sözü olana dil ver, söz eşidənə qulaq.

sözü sözə oxşamaz, ağzı sözdən boşalmaz.

sözü, darı üstə qoyur.

sözün çoxu yalansız, pulun çoxu talansız (olmaz).

sözün acısı yandırar, acı istiyot daddırar. (dadlandırar).

sözün anlamı, çöpün dənəsi.

sözün azı, sözə duz gətirir, sözün düzü, sözə üz gətirir. (duz gətirmək: dadlandırmaq). (üz gətirmək: bəğəndirmək).

sözün çini, çinin sözü. (çin: doğru).

sözün çoxu iyi qoxmaz. (qoxmaz: qoxumaz).

sözün damarı olar, çəkdikcə, uzanar.

sözün demir qulunc olur, deyir gülünc olur. (qulunc: sancı).

sözün denə güzgüyə, açma için özgüyə, güzgü sözün yanıtmaz, özgə qınar yandırar.

sözün dinlə, işin gör, gördüyünlə dəğər biç.

sözün doğrusu, doğru söz, bütün dillərdə, yazıleydi kaş!.

sözün düzü, ''düz söz'' ilə çəlişdə. (çəlişdə: çələngdə. savaşda).

sözün düzün qalıb kim deyə.

sözün düzün, yalançıdan öğrən.

sözün ən gözəli dildə, aşqın ən gözəli işdə saklıdır.

sözün həngi, əşin dəngi. (yoldaşın dəng, uyqun olmalıdır).

sözün qaqı qulaq yırtmaz, diş qırmaz. (qaq: bərk. möhkəm).

sözün qısası, ipin uzunu (öğüdün qısası, ipin uzunu).

sözün qısası, ipin uzunu.

sözün qıssası qızıldır, ortası gümüş, uzunu koluş.

sözün sonu yoxdur, duyqunun dibi. (duyqu: oyu. düşünmə. fikir. xiyal).

sözün ulusu, qoyar ulusu, qorar ulusu. (ulusu: böyügü). (ulusu: milləti). (qoyar: bərkidər. bərqərar edər). (qorar: qoruyar).

sözün verdin, işin yap, qaşıq oydun, sapın yap.

sözün yaxcısın dimmiyəndən öğrən, sırrın gözəlin demiyəndən.

sözün yaxşısı qısa olur, ipin yaxşısı uzun.

sözündə açıq düşman, yeğ durur, kitoz dosdan. (kitoz: iki üzlü). (düşmanın olan yerdə, dosduvun doğru, bir üzlü, düzgün olduğun dənə, sına). (evində dos tutduğun, iki üzlü kimsə, səni açıda görünən düşmanıva pay edər).

sözünən quş, qanatlı doğulur.

sözünü bilib söyləyən, üzdən suyu tökülməz, yerin bilib tükətən, əldən malı tökənməz. (tükətən: xərcləyən). (tökənməz: tükənməz: qutulmaz).

sözüvü de, işivi tut.

sözüvün al dadını söyləmədən, daha dönməz atılan ox gözəlim birdə geri.

su axar, yolun tapar.

su axar yolun tapar, külbaş gəzər çulun tapar. {külbaş: alçaq. alşaq (eşşək)}.

su axar, daş qalar.

su axar-axar yolun tapar.

su axarı ölən balığda gedir, diri balığda.

su axarı ölən balığda gedir, diri balığda. axarın tərsinə gedən diridir


balığda oqqəddər çıxar var ki axarın tərsinə üzməsin.

su axmamış dərə yox, çalınmamış bərə yox. (bərə: yara. zədə). (hər dərə çağında su axıdıb).

Su akarken destiyi doldurmalı, İnsan gençken, çalışabilecek çağdayken, çalışmalı para, mal biriktirmeli, mal mülk edinmeye bakmalı. ‎ (Bayram Özdemir).

su altda gömişən, başında yığar. (su ayağında atılan, su başında yığılar).

su ayağında atılan, su başında yığılar.

su basırsa qarışqalar balıqlara yem olur, çəkilmişsə qarışqalar balıqları yərmiş.

su başdan aşmasın, durum kökdən pozulmasın.

su bulandırmaqla, balığ tutulmaz.

su buldunsa ver suya, daş buldunsa vur daşa, acıq adlı nərsəni, ata sözü böylədir, -acıq gələr göz qızar, acıq gedər üz qızar. (qızar: qızarar).

su çanın küydürən il acı, dəğirman çanın küydürən gün acı. (çanın: novbətin) (küydürən: yandıran).

su çəlləyi dəlinsə işligin dəğişər. (işligin: işlənmə yerin).

su çiçiyin, söz böyüyündü.

su çuxura yığışar.

su çuxurda durar, pul qıtmırda.

su daşı oyar, su daşı utar. (su yumşaqlıq, itilik. . . . . . simgəsidir). (gücün çatmazsa nərsiyə, su kimi çəpərlik, yumuşaqlıq göstər. (dağlar boyda qayalar, suya sığar).

su daşmasa sel olmaz.

su dənin sən verən uşaq, böyüyüb ilkin sənə qarşı durar.

su dibində yaşlanan, su üzünə daşlanar.

su doğranmaz.

su gedər, daş qalar, vəsmə gedər qaş qalar.

su gəlib axar gedər, könüklünü yaxar gedər, bu dünya pəncərədir, hər gələn baxar gedər. (könüklü: armanlı. arzulu. həsrəti olan. həsrətli).

su gəlməzdən toğan tut. (toğan tut: bağaj, sədd bağla).

su göğüsdən aşan son, öykünüşdə nə kar var. (göğüsdən: köksdən. sinədən). (öykünüşdə: peşmançılıqda).

su görmədən ətəyin dartma. (su görməyincə ətək dartma).

su görməmiş, dartınma: (soyunma). (tələsmə).

su görməyən üzmək nə bilir.

su hər yanda qabarıq durar.

su içində gömül, üzündə görün.

su ilə yel qovuşdu, dağ ilə daş pozuşdu, bir yağu yad küy saldı, elim elgə boğuşdu. (yağu yad: düşman elli). (küy: şayiə). {öz ulağun diri tutan, yad söziylə aldanmaz. (ulağun: xəbər rəsanisin. xəbər yetirmə, ulatma aracların) (diri tutangözdə saxlayan)}.

su küzədə, gün bacada, dosd ürəkdə durur, içi gülmәz, dosdu saymaz, durmuşundan olur. (durmuşundan: yaşamından).

su küzəsi su yolunda sınsada, öz işini sürgəməkdən üzülməz. (sürgəməkdən: qılmaqdan. icra edməkdən).

su küzəsi, su sızdırar. (ot kökündən içər, nə olduğun verər).

su min gətirmiş min aparmış. (suyun karıda çox zayıda).

su olsa axar, daş olsa qalar. (hər nə olduğuna görə uyum sağlar).

su ösrür otu, köçrür odu. (ösrür: cücətir. göyərtir). (köçrür: keçrir. söndürür). (əlində olan aracın, yaracın bilmək).

su sınrıdan aşırsa, püşmanlığın nə karda. (sınrıdan: sınırından).

su suya, yağ yağa qarışar.

su suyuq olar, quru quyuq.

Su testisi su yolunda kurulur, Kişi neye hizmet ediyorsa, hangi amaç için çalışıyorsa, o yolda kazaya uğrayabilir, o uğurda ölür. ‎ (Bayram Özdemir).

su tökülməz quyuya, çəkilər su quyudan.

su uğruynan (yolynan) gedən dənizə çatar.

su uğruynan gedən, dənizə çatar.

su verməzə süt ver. (su vermədi, süt ver).

su yaltusu (pisi. tündü) olur ki daş bitirir, söz ağduğu (acısı, itisi) olur ki baş itirir.

su yaltusu olur ki, daş bitirir, söz ağduğu olur ki, baş itirir.

su yatar, yağu (düşman) yatmaz.

su yüyəsin mal yiyəsin tapar (yüyə: yol, lülə).

su yüyəsin, mal yiyəsin tapar.

su, bütün yer üzünü tutsada, ördək batmaz.

subay gözü pişik tükün xəz görür.

subay gözü, kor gözü. (subay gözü ilə, qız alınmaz).

subay kişi yüyənsiz at, ərsiz arvad, yəhərsiz at,.

subay oğlan, mitil yorqan.

subaya qarısın gündə boşar. (subaya boşamaq bilməz nədir).

subayın malın it yeyər, canın, bit.

subayların getdi gedə təklikləri artarmış, bu təkliyə acı dərdlər qartarmış.

sucuğ aşı sındırzar. (içgi yeməyin sındırılmasına kömək eylər). (sucuğ: içgi).

sucuğ aşı sındırzar. (içgi yeməyin sındırılmasına kömək eylər). (sucuğ: içgi).

sucuğ başı əsrüdər (məsrüdər), yalançıqlıq dili kəsdirər. (sucuğ: içgi).

sucuğ başı əsrüdər (məsrüdər. məst edər), yalançıqlıq dili kəsdirər. (sucuğ: içgi).

sucuq qatsan acına, uzaq çəkməz, tez keçər.

Suç samur kürk de olsa kimse üzerine almaz, Hiç kimse suçlu da olsa, hatalı olduğunu bilse de kendisinin suçlu olduğunu kabul etmez. ‎ (Bayram Özdemir).

suçların qabası, kəndini danmaqdır. kəndivə inan, kəndivi qına, güvəncli ol!. (qabası: ən kötüsü).

suçludan iyilik bəklənməz.

suçsuz arama, suçlu dalama. (yaşamda orta yolu seç).

Suçu gelin etmişlerde, kimse yanına güvey olarak kimse girmemiş. Çekici de olsa suçu kimse kabul etmez. ‎ (Bayram Özdemir).

suçu yarqucla, suçar yoxla, toxla. (suç: yazıq. günah). (suçar: günahkar). (cinayəti məhkəməyə çək, canini, düzəltməyə çalış).

suda batan, ilanada sarılar.

suda batan, üzə yaxılar.

suda qayıq arabanı, quruda, araba qayığı çəkər.

sudan ayrılan balığ, oddan qorxmaz.

sudan dağsa dayanma, göz yaşına inanma.

sudan duri, aydan arı.

sululuqdan, yılılıq: (üz görkündən, ılıq davranış, yumuşaq, sevik qılış yürüş). (görgü, üz gözəlligindən, qılıq sıcaqlığı yeğdir). (ılılıq, cana qılıq: xuy gözəlligi, can dərmanı). (qılığ gözəlligi (sululuğu, yumşaqlığı) qat qat, üz gözəlligindən xoşdur).

suraqanqa bayqu ber, susağanqa yekə ber!: {istiyənə bedava ver. susayana (çox istəkliyə) yekə (daha artıq) ver!}.

susaqları suvaran, acıqları gidərən, acığanları doyuran, yorulanları oğudan, tusdaqları qutaran. . .

susan çox eşidər.

susana pay yok, qaçana yardım. (qaçana: çəkingənə. imtina edənə).

susduğa söz deyilməz.

susduğa söz verilməz.

susduğumda içimdəsən, konuşursam dilimdəsən, sən ki mənim hər yerimdəsən, arır əllər boş qalır ancaq.

susduğumu qananla, bütün yaşım qalam.

susduq kişi sorqulmaz, yanıtmağa zorqulmaz.

susduq kişi söz dinməz. (dinməz: eşitməz).

susduq kişiyə söz olmaz.

susduqca unutarsın, yaşadıqca alışırsın, güvəndikcə aldanırsın, kəndivə güvən.

susdum unutmadım, yaşadım alışmadım, güvəndim aldınmadım, sevdimdə itirdim, sevməkdən əl götürmədim, yalnızlığı alqılamadım. (alqılamadım: qəbul edmədim).

susmağın bilməz, danışsa çaşar.

susmaq danışığa yol açmış, danışmağa yok. (danışığa: barışa).

susmaq dinməmək deyir. çabalamaq ilərləmək deyil. oturmaq ölmək deyil.

susmaq nədir (nərə çatır) ?: -ölüşgəmək. ölsərmək. ölmək. batmaq. yoxolmaq.

susmaq yanıt deyil, dözüş toxdaq.

susmaq, dili ağrıtmaz.

susmaq, tanımaq deməkdir.

susmaq: -görüb görsətməmək, -duyub dinlənməmək, -bilib danışmamaq, -gedib gizlətmək.

susmaqın anlamı dili var, bilgə sözlü baş olan yerdə.

susmanı gələn dinməzin gedər. (susaraq gələn, səsin çıxarmanı gələn, dinməzək savulub gedər).

sussun ana dilin danan dil.

sustuq gəbə bulğanlara. (sustuq: sikut) (bulğanlara: tufanlara).

susub dinmək, çox yerdə, söyləməkdən, yeğ olur.

susuq duran man verməz.

susuq pişik, avlağan olur. (susuq: səssiz. sakit).

susuqluğun bir manı, susulmanın min yanı. (yanı: səhv. qələt).

susulduqda man çıxmaz.

susursa dilsiz, saymırsa kor, dinmirsə axmaq sayma.

susuz ağac, bar verməz.

susuz göldə balıq yox, ovsuz çöldə ovçu yox.

susuz qalan topraq çatlaq, gücsüz qalan yaltaq olağay. (olağay: ola bilər).

susuz yerin otu yiyəsiz, ərsiz yerin malı yiyəsiz.

suv verməzə süt ver: su vermədi, süt ver.

suvaq su alır (içir), könül qan alır.

suvuq kişi iş görməz, gördük işi xan sevməz. (suvuq: şol. veləngər).

suya çaxır, sütə su qatır.

suya girmədən üzüvü bil. (üzüvü: üzməyi).

suya qızıb bulağa küsmə.

suyu büksən göl olur, suyu dərsən çöl olur. (suyu büksən: suyu yığsan, toplasan) (suyu dərsən: suyu çəksən).

suyu çalxamaqla yağa durmaz. (sudan qaymaq alınmaz).

suyu çox olana qamış qoyan çox olar.

suyu gətirəndə bir, küzəni qıranda bir.

suyu gözəsindən içməli. (gözəsindən: gözündən. sərçeşmədən).

suyu inək içir yağ verir, ilan içir ağı.

suyu pambıqdan, od qorumur, pambığı oddan, su qorur.

suyu səp sinər yergə, sözü qoy sığar elgə.

suyu səp sinər yergə, sözü qoy, sığar elgə.

suyu səp, içən toprağa, sözü de, alan qulağa. (bu kişiyə söyləir ki, heç işi başlayıbda, başıvı sallayıb gedmək. ilkin dənə). (bir işi dənə, doğrulursa, ardın tut, doğrulmasa, qılan işivə, qılınan ortama). (mihitə) quşqu (şəgg) ilə bax!).

suyuq aşdan aş bolmaz, qudadan qarındaş. (quda: ərkək dişi almaqla oluşan qohum. səbəbi qohum). (qarındaş: doğma qohum. nəsəbi qohum).

suyuq aşdan aş bolmaz.

suyuq aşın, dəni az olar. (suyuq: sulu. boş).

suyun çağlamayanı, yalqunun söyləməyəni. (yaman olur). (yalqunun: insanın).

suyun dadı yanıqlıq. (yanıqlıq: yanqınlıq. susuzluq).

suyun dənizdən içən, bulağ tanımaz.

suyun gəmişdiyi (gizlətdiyi), üzə çıxar.

suyun gətir əkin ək.

suyun imanın (su imanın) odda gör.

suyun işi aparmaq, odun işi yakarmaq.

suyun qamçısı yel.

suyun qaymağı buz, şorun qaymağı duz (qaymaq: bəkit. maya).

suyun lam axanı, kişinin yerə baxanı. (suyun sus axanı, yaluğun yerə baxanı).

suyun singin axanından, igidin yerə baxanından. (singin > səngin. içə hopan. içə yatan. ağır yüryən).

suyun şoru dadlanmaz!.

suyuna gömül, üzündə gül.

suyunan odun arası, inamdır (imandır).

süd ilə gələn sümüklə çıxar.

südüklə gələn, sümüklə çıxar.

sümük gəmir, çeğnəməqıl yad ətin. (gəmirmək < gəvirmək. dişlərilə qaşıyaraq nərsəni qazmaq).

sümük içində, ilik güvənər (sevinər. hər nə doğma yerində eyidir).

sümüklə dəri, yeməklə diri.

sümüksüz dil, sümük sındırar.

sümüyü içində, iliyi güvənir (sevinir).

sümüyü itdən əsir gəmə.

sümüyün iliyi, kişinin biliyi.

sünbülün boşu, dik dayanır.

süpürgənin qiyməti az olsada, evin asdanasın kəsər.

sür ged deməmişlər, gör keç demişlər.

sür sən qoşalıqda yaşamın qoy belə keçsin, olsunki olüm yalquz ayaqdur.

sürdü mənim qutumnu. (mənim bəxdimi dəğişdi, batırdı).

sürən ağrı, çorar canı. (sürən: müzmin. davamlı). (çorar: çoradar. çürüdər).

sürən atın yürüdü, əsn külək kürüdü, oturmuşlar çürüdü. (yürüdü: ilərlədi).

sürən çağdan bütün varlıq pay alar. (zaman heç nəyi etgisiz bıraxmaz).

sürən kimdi, çalan kimdi, buran kim. (buran: oynayan).

sürqal geyim çirkin içlər gizlədər, əğib geyim gözəl içlər bəzərmiş. (sürqal: durqal. bəzək düzəkli. tutarlı. tamtaraqlı. əşraflı). (əğib: yoxsulyana. sadə).

sürmə çəkdi gözünə, çıxdı çölün düzünə.

sürmək üçün bir yolun, seçimdə var min yolun.

sürü axsağını gizlər.

sürü axsaqsız olmaz, gözəl kəmsiz. .

sürü itsiz, dəri bitsiz olmaz. (dəri: kürk).

sürü itsiz, el yetisiz dinc almaz. (yetisiz: bilgəsiz).

Sürüden ayrılanı (koyunu, kuzuyu) kurt kapar, Elinden, akrabasında, dostundan ayrılan ilişki kesen insanlar, bir başına iş yapmaya kalkışırsa zarar görür. istediği başarıyı elde edemez. ‎ (Bayram Özdemir).

sürüdə qotur alğa qaçar. (sürünün önündə, sürüdən ayrı gedər).

sürüdən ayır, toruva (tələvə) çağır.

sürüdən ayrılan quzunu qurd yemiş, elindən yan düşəni yad yemiş.

sürüdən qalın, qurda alın. (qalın: ayrı düş. geri qal).

sürüdən yalın, qurtlara qapın. (yalın: boşa. ayrıl).

sürünə bilsən oturma, dura bilsən sürünmə, yüryə bilsən dayanma, qaça bilsən yürünmə, uça bilsən qoşunma.

sürünü sürən öndəki qotur, daldaki çoban.

sürünüb qalmaqdansa, diz üsdə yaşamaqdansa, ayağ üsdə ölmək yeğ.

sürünür qulağa söz, dara baş çəkillir (sürünmək: çalınmaq).

sürütmə itə gəmlənər ata yox.

sütdən ağzı yanan, suyu üfləb içər.

sütdən ağzı yanan, yoğurdu püflər içər. (sütdən ağzı yanan, yoqurtü püflüyərək içər).

sütədə quşqu ilə baxsan, al (qan) görərsin.

sütlə girən qanla yaşar, gəmiklə çıxar. (sütlə girən, sümüklə çıxar).

sütlə girən, sümük bolsun! (aynası. -uşaq böyüdükdə, doğma anasının dilin danmasın). (sümük: süngük. gəmik). (aynası: anlamı. açıqlaması).

sütlən gəlib, sümüklə çıxar.

sütten ağzı yanan, ayranı üfleyerek (yoğurdu üfleyerek yer) Herhangi bir yaptığı işden zarar gören veya düşünmeden yaptığı işten acı çeken insan, sonra yapacağı benzer işlerde daha dikkatli davranır. ‎ (Bayram Özdemir).

sütün çönər yoğurda, düğün tutmaz yumurta.

süycü aşın yox ikən, süycü dilən nə gəlmiş. (süycü: dadlı) (dilən: dilivə).

süycü dil bir kan, vermək bilən tükənməz. (süycü: dadlı) (bilən: ilə).

süzülməsə durulmaz!.

sәhәr gedər naxıra, axşam gələr axıra.

sәni sevmәk içimdә bir düğüm, nә ölür, nә doğur!. (düğüm: tuxum. nütfə).

şaf şaf deyincə, şafdalı de.

şaftalı gəlməmiş, tabağı gəldi.

şağıda, yuxarıdan deyən sözləri, yuxarıda, aşağıdan demək gərək.

şahım ali dərgəsi, uluların yergəsi, ellər gəlir birgəşir, el birliyi dirgəsi. (dərgəsi: barınqası. otrağı). (yergəsi: yeri). (dirgəsi: diriliyi).

şahım ali durur gəlir, yeşil sancaq əlində, türküm türkə dayaq gəlir, dədəm sözü dilidə.

Şahin ile deve avlanmaz, Küçük araçlar kullanılarak büyük şeyler elde edilemez. (Bayram Özdemir).

şahin qıynaqsız olmaz.

şahın, başı vəzirdi, vəzirin əli, şah.

şahında qaraçıya işi düşər.

Şakanın sonu kakadır. Şaka sürüp giderse tatsızlaşırsa, sonu kırıcı olur. Şakayı tadında bırakmak gerekir. (Bayram Özdemir).

şakşakalar nalçalar, iş bitirər akçalar. (şaq şaq eden nalçadır, iş bitirən akçadır).

şalqamı dadmasanda, barı tarlasından keç.

şarabın içməyi yaxcıdı, içip keflənməyi ondan yaxcı.

Şaraptan bozma sirke keskin olur. Kırkından sonra azanı teneşir paklar, Sonradan azan kişi daha genç yaşta yolunu şaşırana göre daha beter, azgın olur. ‎ (Bayram Özdemir).

şaşılqan el yetməz qalır ərinə, birikkən el yetib aşmış ərini. (


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin