Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə



Yüklə 3,63 Mb.
səhifə147/169
tarix02.01.2022
ölçüsü3,63 Mb.
#12370
1   ...   143   144   145   146   147   148   149   150   ...   169
« əgər şəhərlərdə kəndlərdə yaşayan camaat iman gətirib təqvalı olsalar yerin göyün bərəkətləri onlar üçün açılar (onlara verilər). Amma onlar (həqiqətləri) inkar etdilər, biz onları öz əməllərinin cəzasıyla cəzalandırdıq». (Əraf, 96)

« bu dəstədən o kəslər ki, zülm etdilər, öz pis əməllərinin cəzasına çatacaqlar heç vaxt İlahi əzabın cəngəlliklərindən qaça bilməyəcəklər». (Zümər, 51)

Zəmanəyə bax! Ey kaş biləydim ki, bu (bivəfa) camaat nəyə və kimə arxalanıb belə ailəyə təhqir və zülm edib pis yol seçdilər?!

Onlar bizə zülm etdilər və bizə kömək etmədilər. And olsun Allaha, möhkəm qanadları buraxıb toyuq qanadlarına yapışdılar. Kül olsun elə başlara ki, sahibləri yaxşı iş gördüklərini güman edirdilər, amma cahil tamahkardırlar.

«İtaət etmək üçün haqqa hidayət edən şəxs layiqlidirmi, ya özü hidayət olmayan şəxs? Məgər ki (başqası tərəfindən) hidayət oluna? Sizə olub? Necə (batil) hökm verirsiniz (Yunis, 35)

Bilin ! Canıma and olsun, sizin (kişilərin) bu hərəkətiniz çox çəkməz, vaxt gələr ki, sona yetər. Cəza vaxtı çatdıqda azğınlar öz layiqli cəzalarını alarlar. Gələcək nəsillər isə özlərindən qabaq yaşayanların aqibətinə baxar, ibrət götürər.

Fitnə və bəla gözləyin, özünüzü iti qılınclar, zalımlar səltənəti, ümumi hərc-mərcliyə hazırlayın. Zalımlar sizi çalıb-çaparlar, sizin üçün çox az bir şey qoyarlar. Sizin cəmiyyətinizi qətlə yetirərlər. O vaxt düzgün rəhbərlik xəttindən ayrıldığınız üçün həsrət çəkərsiniz. Sizin qəlbləriniz kor olubdur.

4.Fatimə(s.ə)-nin nitqinin mühacir və ənsar qadınlrı vasitəsilə təbliğ olunması.

Süveyl ibn Qüflə deyir ki, Fatimə(s.ə)-nin görüşünə gələnlər (qadınlar) həzrəti-Zəhra(s.ə)-nın sözlərini öz ərlərinə çatdırdılar. Mühacir və ənsar böyüklərindən bəzisi üzr istəmək üçün Fatimə(s.ə)-nin hüzuruna gəlib belə ərz etdilər:



__ Ey dünya qadınlarının Xanımı! Əgər Əli(ə) xilafət məqamını tez bildirsəydi, biz ona beyət edərdik və başqa heç kimin ardınca getməzdik. Amma Əbu Bəkr qabağa düşdü, nəticədə, biz də ona beyət etmişik. (İş-işdən keçib.)

Fatimə(s.ə) onlara buyurdu:



__ Məndən uzaqlaşın. Artıq sizin üçün üzr gətirməyə bir bəhanə qalmayıbdır. Göstərdiyiniz süstlük, laqeydlik və günahınızdın sonra üzrxahlığa yer yoxdur. Niyə əvvəldən aldandınız?

5.Fatimə(s.ə)-nin Ümmü Sələməyə cavabı.

«Biharül-ənvar» kitabında Əyyaşinin təfsirinə əsaslanaraq belə qeyd edilir:

«Ümmü Sələmə (Peyğəmbər(s)-in təqvalı, sevimli qadınlarından biri) Fatimə(s.ə)-nin görüşünə gəlib belə söylədi:

__ Ey Allah Peyğəmbərinin qızı, səhəri necə açdın?

Fatimə(s.ə) :



__ Səhəri böyük kədərlə açdım. Birincisi, Atamdan ayrı düşdüyümə görə ciyərim bir parça qan olub; ikincisi, Allah Elçisi(s)-nin Vəsisinə edilən zülmdən qəlbim odlanır. And olsun Allaha! Əmirəlmöminin Əli(ə.s)-ni təhqir etdilər. O Həzrət bir də onda gördü ki, xilafət və imamət məqamını ondan oğurlayıblar və Allahın Kitabının və Peyğəmbər(s) sünnətinin əksinə əməl ediblər. Bu azğınlığın səbəbi budur ki, Əli(ə.s) onların sevdikləri insanları __ müşrikləri Bədr və Ühüd müharibələrində məhv etmişdi. Onlar öz həsəd, kin atəşlərini Əli(ə.s)-dən intiqam almaqla söndürdülər. Xilafəti onun əlindən aldılar. Atamın rəhmətindən sonra çoxalıb qalmış və gizli ədavətlər üzə çıxdı, söz- gəzdirənlərin, ara qızışdıran adamların köməyi ilə bizimlə düşmənçiliyə başladılar və bizi intiqam axtaranların hədəfi etdilər. Birdəfəlik iman kəməndini kəsdilər, iman cilvəsini iman kamalından ayırdılar. Peyğəmbərlərin Ağası(s)-nın risalətini və Əmirəlmöminin(ə.s)-in xəlifəliyini ayaq altına qoydular. Dünyaya aldanaraq öz mənafeləri naminə Əli(ə.s)-nin köməyə dəvətini də qəbul etmədilər. Çünki Əli(ə.s) onların atalarını müharibələrdə və cinayət etdikləri üçün məhv etmişdi.

6.Fatimə(s.ə)-nin vəsiyyəti.

Fətal Nişaburinin «Rövzətül-vənzin» kitabında belə yazılır: «Həzrəti-Fatimə(s.ə) 40 gün yataqda xəstə oldu və ondan sonra dünyasını dəyişdi. Ölümün yaxınlığını hiss etdikdə Ümmü Əyməni, Əsma binti Ümeysi və Əli(ə.s)-ni istədi. Onlar Xanım(s.ə)-ın yanına gəldilər. Bu zaman Fatimə(s.ə) Əli(ə.s)-yə belə buyurdu:



__ Ey əmim oğlu! Ölüm xəbəri mənə çatıb. Elə bilirəm ki, az bir müddətdən sonra atam Peyğəmbə(s)-rə yetişəcəyəm. Ürəyimdə olanı sənə vəsiyyət edirəm.

Əli(ə.s):



__ Ey Peyğəmbər(s)-in qızı, istədiyini vəsiyyət elə.

O vaxt Əli(ə.s) Fatimə(ə.s)-nin baş tərəfində oturmuşdu. Evdə olanlara isə buyurdu:



__ Bizi tək buraxın.

Sonra Fatimə(s.ə) dedi:



__ Ey əmim oğlu! Mənimlə evləndiyin gündən məndən xəyanət və yalan görməmisən. Mən heç vaxt sənə qarşı çıxmamışam.

Əli(ə.s) buyurdu:



__ Xeyr, heç vaxt səndən elə şeylər görməmişəm. Sən həmişə ayıq, sevimli və əziz olmusan. Sənin Allah dərgahında olan xofun səni öz müxalifin kimi məlamət etməkdən daha çoxdur. Səndən ayrılmaq mənə çox çətindir. Amma nə edək ki, ölümə çarə yoxdur. And olsun Allaha! Elə bil, Peyğəmbər(s)-in şəhadət müsibəti mənim üçün yenidən təkrarlanır. Səndən ayrılmaq və sənin yoxluğun çox böyük bir müsibətdir.


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin