Abbas ibn Mühəmməd Rza Qumi. Birinci hissə


İmam Baqir və İmam Sadiq(ə.s)-in kədəri



Yüklə 3,63 Mb.
səhifə97/169
tarix02.01.2022
ölçüsü3,63 Mb.
#12370
1   ...   93   94   95   96   97   98   99   100   ...   169
2.İmam Baqir və İmam Sadiq(ə.s)-in kədəri.

Belə söyləyirlər ki, İmam Baqir(ə.s) qızdırma xəstəliyinə tutulanda bədəninə soyuq su çiləyər, sonra isə uca səslə buyurarmış: «Fatimətu bintu Mühəmmədin!» «Ay Mühəmməd(s)-in qızı Fatimə(s.ə)!»

Əllamə Məclisi bu ibarəni belə şərh edir: «İmam Baqir(ə.s) Fatimə(s.ə)-nin müqəddəs adını çəkməklə şəfa tapmaq istəmişdir».

Müəllif yazır: «Mən belə ehtimal edirəm ki, qızdırma onun lətif bədəninə təsir etdiyi kimi, məzlum anasının müsibətlərinə kədərlənməyini gizlətməsi də onun kövrək qəlbinə təsir göstərmişdir. Qızdırmanın hərarətini su vasitəsilə azaltdığı kimi, anası Fatimə(s.ə)-ni xatırlamaqla öz kədərinin şiddətini azaldırdı. İnsan ürəkağrıdıcı ahı ilə, dərindən köks ötürməklə öz kədərini azaldır. Çünki, həzrəti-Zəhra(s.ə)-nın müsibətlərinin təsiri övladları__ pak İmam(ə.s)-ların ürəyində qılınc və bıçaq yarasından daha ağır, yanıqdan daha dəhşətlidir. Onlar elə bir şəraitdə idilər ki, həmişə təqiyyə60 edir, anaları həzrəti-Zəhra(s.ə)-nın müsibətlərini aşkar etməyə ixtiyar və qüdrətləri çatmırdı. Buna görə də nə vaxt həzrəti-Zəhra(s.ə)-nın adı onların yanında çəkilirdisə, qəlbləri hüznlə dolurdu. Hər bir diqqətli şəxs bu kədər və qüssəni onların mübarək çöhrələrindən sezib hiss edə bilərdi.

Digər bir hədisdə belə nəql olunmuşdur: İmam Sadiq(ə.s) Sukinidən (səhabədən biri) təzə anadan olmuş qızının adını nə qoyacağını soruşanda Sukuni: «Fatimə», __ deyə söyləmişdi. Bu zaman İmam Sadiq(ə.s) dərindən ah çəkib əlini alnına qoyaraq qəmli-qəmli oturmuşdu.

Ötən səhifələrdə xatırlatdıq ki, Abbas Ömərin başqalarının pulunu kəsdiyi kimi, Qunfuzun pulundan niyə görə kəsməməsini Əli(ə.s)-dən soruşanda Əli(ə.s) ətrafına baxıb gözlərindən yaş axıdaraq buyurmuşdu: «Bu, Qunfuzun Fatimə(s.ə)-yə vurduğu qamçıya görə mükafatıdır. Fatimə(s.ə) vəfat edənə qədər o qamçının izləri onun qollarında qolbaq kimi qaralmışdı».




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin