Açar sözlər: adsorbentlər, adsorbsiya, karbon, məsamələr, karbontərkibli maddə, modifikasiya. Ключевые слова



Yüklə 0,93 Mb.
səhifə4/5
tarix27.05.2022
ölçüsü0,93 Mb.
#116322
1   2   3   4   5
karbon adsorbent

Elektrolitlərin adsorbsiyası. Molekulyar maddələrdən fərqli olaraq qüvvətli elektrolitlər ion formasında adsorbsiya olunurlar. İon adsorbsiyası əsasən iki mexanizmlə baş verir:
1. İondəyişmə adsorbsiyası;
2. Kristalda ionların seçici adsorbsıyası.
Hər iki halda adsorbsiya bərk-maye sərhəddində ikiqat elektrik təbəqəsinin əmələ gəlməsi ilə əlaqədardır. Bərk adsorbent elektrolit məhlulu ilə təmasda olduqda, ya kristalda ionların adsorbsiyası hesabına, ya da bərk maddənin səthindən dissosiasiya nəticəsində ikiqat elektrik təbəqəsi yaranır.
İondəyişmə adsorbsiyasında məhlulda olan elektrolitin ionlarından birinin selektiv udulması adsorbent səthindən həmin yüklü digər ionun sıxışdırılıb çıxarılması ilə müşayiət olunur. İonların mübadiləsi ekvivalent miqdarda baş verdiyindən fazalar sərhəddində elektro neytrallıq pozulmur. Təcrübələr göstərir ki, iondəyişmə adsorbsiyası adi adsorbsiyadan yavaş sürətlə gedir və bu adsorbsiyaya xemosorbsiya prosesi kimi baxmaq olar.
Əgər iondəyişmə adsorbsiyasında adsorbent udulan ionun əvəzinə məhlula hidrogen və ya hidroksid ionu verirsə, belə adsorbsiya hidrolitik adlanır. Məsələn, kömürdə qeyri-üzvi neytral duzların (NaCl, KC1, KNO3) adsorbsiyası qələviləşməklə müşayət olunur, məhlula ON- ionları verilir.
Hidrolitik adsorbsiya torpaqda böyük rol oynayır. Torpaqda mübadilə adsorbsiyasının daşıyıcıları suda həll olmayan alüminosilikat, üzvi və üzvi-mineral birləşmələrin qarışıqlarından ibarət yüksək dispersliyə malik komplekslərdir. Bu mübadilə prosesində yalnız kationlar iştirak edir. Kationun valenti böyük olduqca, və ya valentlik eyni, atom kütləsi böyük olduqca, mübadilə qabiliyyəti də böyük olur. (6)
İondəyişmə adsorbsiyasına aid misallara baxaq.
Texniki suyun codluğunu aradan qaldırmaq üçün (suya codluğu kalsium və maqnezium ionları verirlər) texnikada təbii silikatlardan (seolit, qlaukonit) və ya süni qələvi metal alümosilikatlarından (məs. permutit) istifadə edirbr. Permutitin mübadilə təsirini aşağıdakı kimi təsvir etmək olar:

Permutit : Na+Ca2+ + S042 ↔ Permutit ∙ Ca + 2Na+ + SO24


Permutitin tətbiqi suyun codluğunu azaldır, ancaq suyu digər ionlardan təmizlənir. Suyun kənar ionlardan praktiki tam təmizlənməsi iondəyişdirici qətranlar tətbiq etməklə mümkündür. Turşu xassəli qətranlar (ionitlər) məhluldan yalnız kationları adsorbsiya edib, əvəzinə məhlula hidrogen ionu verirlər. Belə adsorbentlər kationitlər adlanırlar. Əsasi xassəli ionitlər (anionitlər) məhluldan yalnız anion adsorbsiya edirlər, əvəzinə məhlula hidroksid ionları verirlər.


Kationit və anionit doldurulmuş xüsusi filtrlərdən suyu keçirməklə onu bütün kation və anionlardan təmizləyirlər. Bu cür təmizlənmiş su təmizliyinə görə distillə suyudan geri qalmır.
İonit tətbiq etdikdə suyun təmizlənməsi prosesini aşağıdakı sxemlərlə göstərə bilərik:
kationit ∙H2 + Ca2+ + S042 ↔ kationit∙Ca + 2H+ + S042
anionit ∙(OH)2+ 2H++ S042- ↔ anionitS04+ 2H20

Bərk adsorbentdə yalnız bir növ ionların adsorbsiyası seçici adsorbsiya adlanır. Bu halda kationlar (və ya anionlar) mübadilə olmadan məhluldan udulurlar və nəticədə adsorbentin səthi yüklənir. Seçici adsorbsiya Panet-Fayans qaydasına tabe olur.(6). Bu qaydaya əsasən kristal səthində məhluldan əsasən o ionlar adsorbsiya olunurlar ki, onlar əks yüklü kristal qəfəs ionları ilə çətin həll olan birləşmə əmələ gətirsinlər və ya kristal qəfəsi tamamlaya bilsinlər.


Məsələn, AgJ kristalında Ag+ və ya J- ionları seçici adsorbsiya olunurlar. Kristal qəfəsə ölçüləri və strukturu yaxın olan izomorf ionlar da daxil ola bilərlər. Eyni yüklü ionlarda hidratlaşma dərəcələri artdıqca, adsorbsiya qabiliyyətləri azalır.
Molekullar aktiv mərkəzlərdə adətən bir qat adsorbsiya olunurlar (monomolekulyar adsorbsiya). Adsorbentin səthi (aktiv mərkəzlər) nə qədər çox inkişaf edibsə, udma sahəsi də bir o qədər yüksək olur. Nəticədə səthi hissəciklərin fiziki-kimyəvi xüsusiyətlərindən və səthin xüsusi sahəsindən asılı olaraq qaz mühitində cəmləşən adsorbtivlərin daha çox udulması baş verir. Ona görə də sənayedə daha böyük mikroməsaməli cismlər adsorbent kimi istifadə olunur. Eyni nümunədə məsamələr ölçü və formasına görə fərqlənir.
Məsamələrin ölçülərinin düzgün təsnifatını M.M.Dubinin təklif etmişdir. Bu təsnifata görə məsamələr mikroməsamələrə (2nm), mezoməsamələrə (2-50nm), makroməsamələrə (50 nm) bölünür (şək.1.) (4).

Şəkil 1. Karbon adsorbentinin buxar şəbəkəsinin sxemi (4).
Sənaye adsorbentlərində udulan maddənin əsas hissəsi mikroməsamələrin divarlarında yığılır. Keçirici və makro məsamələrin rolu əsas etibarı ilə adsorbəedilmiş maddənin mikroməsamələrə ötürülməsində özünü göstərir. Bundan başqa adsorbentin bu maddəyə qarşı udma qabiliyəti prosesin texnoloji parametrlərindən (tempratur və təzyiq) eləcə də udulan maddənin sıxlığından asılıdır (1).
Həndəsi quruluşa görə adsorbentlər 4 tipə bölünür (9):

  1. Məsaməsiz adsorbentlər – qrafit hisi, duz kristaları;

  2. Həmcins-makroməsaməli adsorbentlər. Silikohelin su buxarında 700-8000C də emalından alınır(hidrotermal emal);

  3. Həmcins nazik məsaməli adsorbentlər – malekulyar ələklər (seolitlər);

  4. Qeyri həmcins-məsaməli adsorbentlər, həm geniş, həm də dar məsamələri özündə birləşdirən silikahellər.

Adsorbentlər aşağıdakı əsas özəlliklərə malik olmalıdırlar: gərəkli seçmə qabiliyyəti, katalitik aktivliyin olmaması və ayrılan qarışıqların komponentlərinə kimyəvi təsirsizliyi, yetərli mexaniki möhkəmliyi, adsobsiyanın izoterminin nizamlığı, yaxşı regenirasiya. Bundan başqa adsorbent seçərkən əsas faktorlardan biri də onun asan əldə olunmasıdır. Sənayedə adsorbent kimi əsasən aktiv kömür və mineral adsorbentlər (sillokohellər, seolitlər və s.) tətbiq edilir. Cədvəldə əsas adsorbentlərin qisa təsnifatı və tətbiqi sahələri göstərilmişdir.

Cədvəl
Əsas adsorbentlərin qisa təsnifatı və tətbiq sahələri*.



S/s

Adsorbentin növü

Aktiv kömür

Silikohellər

Seolitlər

Alomohellər

1

Xarakteristikası

Yüksəkməsaməli aktiv kömürləri müxtəlif karbontərkibli maddələrin (ağac, sümük və s.) quru distillə yolu ilə alırlar. Bu onlardan tezuçan komponentlərin çıxarılması və alınan kömürlərin aktivləşdirilməsi və məsamələrinin artırılması üçün istifadə olunur

Silisium turşusunun qurudulmuş helini gostərən mineral adsorbent



Təbii və ya sintetik minerallarla (alüminosilikatla qələvi metallar)

Aktiv alüminium oksidi – sabit maddə olub, suda həll olmur, yetəri qədəe möhkəm olub narınlaşmaya qarşı dayanıqlıdı



2

Təsiredici maddə

Karbon(C)

Silisium turşusu

Alüminosilikatlar

Al2O3.nH2O

3

Xüsusi səth m2/q

600-1700

400-770

700-1000

170-220

4

Tətbiq sahəsi



Üzvi maddələrin uçucu buxarlarının udulmas



Qazların qurudulması üçün



Az miqdarda nəmliyi olan qazların tam qurudulması üçün

Qazların qurudulması, sulu məhlilların və mineral yağların təmizlənməsi

5

Xüsusiyyətləri



əla regenirasiyalıq və ekoloji təmizlik

Yanmama, daha çox mexaniki möhkəmlik, tez regenerasiya (110-120 0C)

Yüksək nəm həcmliyi

Suyun təsirinə dayanıqlığı

Karbonun kimyəvi tərkibi və struktur quruluşu onun sənayenin bir çox sahələrində karbontərkibli adsorbent material kimi istifadə olunmasına imkan verir. (2)


Kimyəvi tərkibinə görə adsorbentləri karbon və qeyri karbon adsorbentlərə ayırmaq olar. Karbonlu adsorbentlərə aktiv(aktivləşdirilmiş) kömür, karbonlu lifli materiallar, eləcə də bərk yanacağın bəzi növləri aiddir. Öz növbəsində qeyri karbonlu adsorbentlərə silikahelləri, aktiv aliminium oksidi, alümohelli seoliti və gilli növləri aid etmək olar. Aktiv kömürlər – məsaməli adsorbent olub, yaxşı inkişaf etmiş polidispers quruluşla (məsamələrin bütün ölçülərinə malikdirlər) xarakterizə edilən üzvi mənşəlidir. Onları müxtəlif üzvi xammaldan: daş və boz kömürdən, antrasitdən, torfdan, ağac materialarından, heyvani və bitki mənşəli maddələrdən, eləcə də fındıq qabıqlarından, meyvələrin tumlarından və s. əldə edirlər.



Şək.2. MKM (məsaməli karbon materialı)nin adsorbə kürə malekulunun quruluşu:
a – aktivləşdirilmi. Kömür (qeyripolyar cisim), b – silikohell (polyar cism)** (4).

Karbontərkibli adsorbentlərin üstünlüklərindən biri də onların hidrofobluluğudur. Əsas tərkibində aktivləşdirilmiş kömür istifadə olunan bir çox adsorbent markaları vardır. Aktivləşdirilmiş kömürün keyfiyyəti xammalın xüsusiyyətindən və aktivləşdirmə şəraitindən asılıdı.


Tətbiq sahəsindən asılı olaraq karbonlu sorbentlər müəyyən keyfiyətə malik olmalıdırlar: məsaməli quruluş, səthi funksional qruplara malik olma, möhkəmlilik, təmizlilik dərəcəsi və s.
Həmçinin kömürün konkret olaraq seçilməsi karbontərkibli adsorbentlərin tətbiq edildiyi texnoloji prosessin tam olaraq özündən aslıdır. İstifadə sahəsindən asılı olaraq karbonlu materiallar aşağıdakı qruplara bölünür (10):

  1. Qaz və buxarların udulması üçün lazım olan adsorbentlər:

  1. Havadan və ya digər qazlardan üzvi maddələrin udulması üçün istifadə edilən karbontərkibli rekuperasiyali maddələr

  2. sənayedə, eləcə də əleyhqazlarda və qazdanqorunmaq üçün olan sığınacaqlarda qaz və buxarların udulması üçün istifadə edilən qaz kömürləri

v) kimyəvi reaksiyalarda katalizator qismində istifadə edilən katalizləşdirən və ya
əlaqələndirən kömürlər.

  1. Məhlulların tərkiblərindən maddələri udan karbontərkibli adsorbentlər:

  1. bəzi mayelərin rəngsizləşdirilməsində və təmizlənməsində istifadə edilən karbonlu adsorbentlər.

  2. toksinləri udmaq üçün istifadə edilən və daxilə qəbul edilən tiddi aktivləşdirilmiş kömürlər.

MKM-lərin tətbiq sahələrindən asılı olaraq məsamələrin ölçü və sayınin böyük əhəmiyyəti vardır, belə ki, bu da təbii xammaldan və termik emalda texnoloji rejim prosesindən asılıdır. Hazırlanma prossesində xammalın qızdırılma sürəti böyük rol oynayır. Qizdirilma sürətinin artması iri məsamələrin (makroməsamələr) sayının, eləcə də məsamələrin ümumi həcminin də artmasına səbəb olur. Asta sürətli qızdırılma prosessi reaktorlarda xammalın hərəkətsiz qatının pirolizi texnologiyasında istifadə olunur.
Adi adsorbentlərin bir çox çatışmazlıqları vardır. İzotermdə qeyri sabitlik və katalitik aktivlik də bura daxildir. Adsorbentlərin müsbət xüsusiyyətlərini artırmaq üçün sənayedə onların modifikasiyası (şəkildyişməsi) aşağıdakı üsullarla həyata keçirilir (5).

  • su ilə, turşularla, qələvilərlə və qeyri-üzvi duzlarla emal;

  • hidroksil qrupların xlorsilanlar və ya başqa maddələrlə əlaqələndirmək;

  • kolloid sisteminin əldə olunması;

  • inert daşıyıcıya adsorbentin tozunun səpilməsi.

Kömürün yanmaq qabiliyyətini misal gətirmək olar. Kömürün oksidləşməsi hava şəraitində 2500C temperaturda baş verir. Buna görə də onunla işləyərkən əgər kömür tozu varsa daha çox ehtiyatlı olmaq lazımdı, çünki kömür tozu yüksək temperaturda partlama qabiliyyətinə malikdir. Alışmanın qarşısını almaq üçün, kömürün emalında hərdən ona 5% silikohell əlavə edirlər. Bu modifisə edilmiş qarışıq silikarbon adlanır.
Aktivləşdirilmiş kömür nəm mühitlərdə qənaətbəxş işlədilən yeganə adsorbentdir. Həmçinin kimyəvi dayanıqlığına, termomöhkəmliyinə, terodayanıqlığına və xüsusi möhkəmliyinə görə karbonlu adsorbetlər geniş tətbiq edilir. Hal hazırda dünyada karbonlu materialların emalı il ərzində 1000000 ton təşkil edir.(11)
Karbonlu adsorbentlərinin emalının maya dəyərini azaltmaq üçün sənayedə ağac emalından yığılan tullantıların və qeyri bitki, ağac xammalından istifadə texnologiyaları araşdırılır. Müxtəlif sahələrdən olan tullantıların belə istifadə olunması həmdə ekoloji problemlərin həll olunması, onların utilizə edilməsi və müxtəlif sahələrdə tətbiq edilən sorbentlərin siyahısının genişləndirilməsinə şərait yaradır. Məsələn, kokos qabıqlarının sorbentlərinin payı artıq 10%, torfdan – 10%, oduncaqdan – 36%, boz kömürdən – 14% təşkil edir. (11)
Məlumdur ki, ilkin xammal alınan adsorbentn keyfiyyətinə, adsorbə edən məsamələrin inkişafına, mexaniki möhkəmliyinə təsir edir. Aktivləşdiriliş kömürün ən bacib xüsusiyyətlərindən biri də yanma dərəcəsidir, yəni yanmış kömürün onun ilkin həcminə olan faiz fərqi. Aktivləşdirilmiş kömürlər yüksək dərəcədə xalisliyi və nazikməsaməliliyi ilə fərqlənir (1).
Həmçinin bahalı karbontərkbli adsorbentlərin istehsalında texniki-iqtisadi göstəriciləri aşağı salmaqdan ötrü nanotexnologiyalar geniş tətbiq olunur, onların istifadəsi həm keyfiyyətinin yüksəldilməsinə, eyni zamanda müxtəlif ekoloji problemlərinin həll olunmasına yardım edir. Nanotexnologiyaları həmçinin adsorb materialların hazırlanması prosesində adsob qabiliyyətlərinin yüksəldilməsində də tətbiq etmək olar.
Məlumdur ki adsorbentin “işinin” effektivliy onun quruluş və səthi xüsusiyyətlərindən asıldır. Ona görə də nanoölçülü hissəciklərin alınmasından yaranan adsorbentlərin mikroməsaməli quruluşunun yaxşılaşdırılması adsorbent materiallarının modifikasiya presrektivini yönləndirir. Emal edilmiş nanostukturlaşdırılmış adsorbentlər regenerasiya edilə bilər və ya enerji qurğularında yanacaq kimi istifadə oluna bilər (3)
Nəticə:
Hal hazırda MKM adsorbentlər arasında vacib təbəqə təşkil edir. Onun istehsalı yüzmin tonlarla ölçülür və yeni tətbiq sahələri atrdıqca da bu göstərici artır. Ekoloji təmizliyinə yüksək tələblər, sağlamlıq üçün təhlüksiz olması dünya istehsalçılarını yeni-yeni tədqiqatlar, araşdırmalar aparmağa, yeni adsorbent növlərinin tətbiq olunmasına vadar edir, sifarişçi və qanunvericilik arasında uyğunluq saxlamağa məcbur edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gələ bilərik ki, məsaməli materialların tətbiqi sahələri artıqca onların növləri də artacaq, bu da yeni texnologiyaların tətbiqi ilə ucuz başa gələn xammalın cəlb edilməsi və adsorb keyfiyyətlərin yüksəldilməsi ilə müşayət olunacaq. Bu ənənəvi istifadə olunan sənaye adsorbentlərin yerinə daha ucuz başa gələn və təmizləmə gücü yüksək olan adsorbentlər gələcək.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin