Araşdırmaların məqsədi: adsorbsiya prossesinin əsaslarını təhlil etmək, onların əsasında adsorbentlərin əsas xüsusiyyətlərini aşkar etmək, onları növlərə ayırmaq və sənayedə adsorbentlərin müsbət xüsusiyyətlərinin yüksəltmə yollarıni təqdim etməkdən ibarətdir.
Əsas araşdirma və nəşrlərin təhlili. Bu sahənin tədqiq və inkişafında aşağıdakı alimlərin böyük əməyi olmuşdur: M.S.Cvet, əleyhqazın ixtiraçısı N.D.Zelinski, N.A.Şilov və M.M.Dubinin, L.K.Lepin və A.N.Frumkin. Bundan başqa adsorbsiyanın nəzəriyyə və praktikasının işlənib hazırlanmasında aşağıda qeyd olunan alimlərin də rolu böyükdür: Biniak S, Szymanski G., Siedlewski J., Swiatkowskia, Polovina M., Babic B., Kaluderovic B., Dekanski A., Petrov N., Razviqorova M., Ekinci E., Yardim F., Minkova, Bourke, Marta (6, 7, 8, 10, 11).
Sərt cisimlərlə qazlar və buxarlar, eləcə də həll olunmuş madələrin və həlledicilərin malekul və ionları adsorbə edilə bilər. Bərk cismlərin üst qatında müxtəlif maddələrin udulma prosesi həmişə istiliyin əmələ gəlməsi ilə müşahidə olunur (adsorbsiyanın istiliyi). Adsorbsiya prosesləri adsorbə güclərinin mexanizminə görə fiziki və kimyəvi adsorbə növlərinə bölünür. Fiziki adsorbsiya adsorbə olunan malekulların həcmindən daha çox olan və məsafələrdə özünü biruzə verən səthi Van der Vals qüvvələrlə təzahür olunur. Kimyəvi adsorbsiyada udulan maddə adsorbentlə kimyəvi reaksiyaya girərək onun səthində adi kimyəvi birləşmə əmələ gətirir (5).
Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, müxtəlif texnoloji proseslərdə tətbiq edilən adsorbentlər mənşəyi və texnoloji parametrlərə görə də müxtəlif olmalıdır. Adsorbentin əsas xüsusiyyətlərindən biri də onun aktivliyidir ki, bu da maddənin kütləsi ilə udulma həcminin vahidi və ya udan maddənin kütləsi ilə müəyyən edilir. Adsorbentin sərt səthi həmcins deyil, buna görə də adsorbsiya aktiv mərkəzlərdə (sərt cismlərin səthlərində artiq yığılan səthi enerjinin toplaşdığı sahələr ) baş verir.
Həll olmuş maddələrin bərk maddə səthində adsorbsiyası maye səthində adsorbsiyadan xeyli mürəkkəbdir. Bərk maddə - məhlul sərhədində molekulyar adsorbsiya və ion adsorbsiyası fərqləndirilir.