Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə11/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   7   8   9   10   11   12   13   14   ...   289

MÜQƏDDİMƏ


Keçən dərsdə din barədə təhqiqat aparılmasının və haqq dini tanımaq üçün səy göstərmək zərurətinin insanın fitri olan mənfəət əldə edib ziyandan qaçmaq istəyinə əsaslandığını sadə yolla sübut etdik.1 Belə bir istəyi hər kəs öz daxilində müşahidə edə bilər. Başqa sözlə desək, insanın fitrətində heç vaxt xətaya yol verməyən elmi-hüzuri (heç bir yardımçı vasitənin köməyi olmadan insanın daxilində olan biliklər məcmusu) adlanan daxili hiss vardır.

Bu dərsdə isə həmin mətləbi daha dəqiq məsələlər əsasında qurulan başqa bir yolla isbat etmək istəyirik. Onun nəticəsi bundan ibarətdir ki, əgər bir şəxs din barəsində düşünməsə, səhih dünyagörüşə və ideologiyaya inanmasa, heç vaxt insani kamilliyə çatmayacaqdır və ümumiyyətlə, onu həqiqi insan hesab etmək olmaz. Başqa sözlə desək, insan kimi yaşamağın şərti düzgün dünyagörüşə və ideologiyaya malik olmaqdır. Bu dəlil üç müddəaya əsaslanır:

1-İnsan kamillik axtaran bir varlıqdır.

2-İnsani kamillik əqlin hökmündən qaynaqlanan şüurlu davranış sayəsində hasil olur.

3-Əqli fəaliyyət xüsusi nəzəri mərifət sayəsində formalaşır ki, bu da dünyagörüşün üç əsas prinsipindən ibarətdir. 1) Varlığın mənşəyini tanımaq (tövhid). 2) Həyatın sonu (məad). 3) İnsanı səadətə çatdıran proqramları ona göstərməkdən ötrü zəmanət verilmiş vasitə (nübüvvət). Başqa sözlə desək, varlıq aləmilə tanışlıq, insanla tanışlıq, yolla tanışlıq.

İndi isə bu üç müddəanı araşdırırıq.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin