Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə3/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   2   3   4   5   6   7   8   9   ...   289
Qum, Məhəmməd Təqi Misbah Yəzdi.

Şəhrivər, Şəmsi 1365-ci il.

BİRİNCİ DƏRS

DİN NƏDİR

Din məhfumu

Üsuliddin və füruiddin

Dünyagörüş və materialist

İlahi və maddi dünyagörüş

Asimani dinlər və onların prinsipləri


DİN MƏFHUMU


Bu kitabın əsas məqsədi dini terminalogiyada “üsuliddin” adlandırılan islami əqidə prinsiplərini bəyan etməkdən ibarətdir. Buna görə də hər şeydən əvvəl “din” kəlməsi və onunla əlaqədar olan digər kəlmələr barədə bir qədər izahat verməyi lazım görürük. Çünki məntiq elmində deyildiyi kimi, təssəvür yönünə malik olan müqəddimələr (təriflər) hər şeydən öncə bəyan olunmalıdır.

Din – itaət, cəza, mükafat və sair kimi mənaları ifadə edir. Dini termin kimi isə insan və dünyanın yaradanına etiqad bəsləməyə və bu əqidələrə mütənasib olan əməli göstərişlərə deyilir. Deməli, ümumiyyətlə Yaradana inanmayanlar, aləmdə mövcud olan hadisə və varlıqların təsadüfi olaraq yarandığını iddia edənlər, yaxud bunu maddi və təbii proseslərin nəticəsi hesab edənlər dinsiz adlandırılır. Amma kainatın bir yaradanı olduğuna inananlar, hətta əgər onların dini mərasimləri və əqidələri inhiraf və xurafatla yanaşı olsa belə dindar hesab olunurlar. Buna əsasən insanların arasında mövcud olan dinlər haqq və batil olaraq iki yerə bölünür. Haqq din real gerçəkliklə müvafiq və düzgün əqidəyə malik olan bir dindir. O, səhihlik və etibarlılıq üçün kifayət qədər zəmanət verən müəyyən davranış, rəftar və əməlləri tövsiyə və təkid edir.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin