Ајәтуллаһ Мисбаһ Јәзди


İNHİRAFA SƏBƏB OLAN AMİLLƏRLƏ MÜBARİZƏ



Yüklə 2,8 Mb.
səhifə62/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   58   59   60   61   62   63   64   65   ...   289

İNHİRAFA SƏBƏB OLAN AMİLLƏRLƏ MÜBARİZƏ


İnhiraf amillərinin müxtəlif olduğuna diqqət yetirməklə aydın olur ki, onlardan hər biri ilə mübarizə aparmaq üçün xüsusi üslub, yer və şərait lazımdır. Məsələn, əxlaqi və psixoloji amilləri düzgün tərbiyə etmək və onların ardınca gələn zərərləri başa salmaqla aradan qaldırmaq olar. İkinci və üçüncü dərsdə din barəsində tədqiqat aparmağın zərurəti və ona qarşı laqeyd yanaşmağın zərərlərini bəyan etdik.

Eləcə də ictimai amillərin mənfi təsirlərinin qarşısını almaq üçün bu cür amillərin özünü büruzə verməsinin qarşısını almaqdan əlavə, gərək “dindarların əməlinin düzgün olmaması” ilə “dinin düzgün olmaması” arasında olan fərq aydınlaşdırılsın. Lakin ümumiyyətlə, ictimai və psixoloji amillərin təsirinə diqqət yetirməyin ən az faydası budur ki, şəxs özü bilmədən onların təsiri altına düşməyi çox az hallarda baş verir.

İdeoloji amillərin mənfi təsirlərinin qarşısını almaq üçün də münasib üslublar seçmək lazımdır. O cümlədən, azdırıcı, inhirafçı əqidələri düzgün əqidələrdən ayırmaq, dini əqidəni isbat etmək üçün zəif və məntiqsiz dəlillərdən uzaq olmaq lazımdır. Həmçinin bunu aşkar etmək lazımdır ki, dəlilin zəif olması müddəanın düzgün olmamasına bir əsas deyildir.

Bütün inhirafçı və azdırıcı amillərin araşdırılması, onların hər biri ilə mübarizə yolunun müəyyən olunması kimi məsələlərin hamısının bəyan edilməsi bu kitaba sığmadığından, dinsizliyə meyletmənin amillərindən bir neçəsini və onlarla əlaqədar şübhələrin cavabını verməklə kifayətlənəcəyik.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin