Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə29/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   25   26   27   28   29   30   31   32   ...   55
Xristianlıqda “əkinçilik” komponenti ciddi yer tutur. Bu dinin daha çox o dünyaya istiqamətli olması, ölümdən sonra “ruhun xilası”na xidmət etməsi məlumdur. Lakin xalqın məişəti və inancları buraya mövcud düzəlişlər etmişdir. Avropa kəndlisi üçün kilsə mərasimlərindən o dünyadakı firavanlığa aid olanları deyil, onun inancına görə, yaxşı məhsul yetişdirməyə yardım edənləri (toxuma kilsədə xeyir-dua vermək, yağış yağması üçün yalvarmaq, qurağlığa və ildırım vurmasına qarşı xaç çevirmək və s.) daha əhəmiyyətlidir(17,367).

Xristian müqəddəsləri içərisində müqəddəs Vasiliy heyvanların hamisi (slavyanlarda qədim “boq skota” Veles), Yuriy və Yeqoriy (yunanca adı Qeorqidir və hərfi tərcüməsi “əkinçi” deməkdir) heyvan və məhsul hamisi kimi tanınır. Əkinə zərər vura bilən qəzəb (qnev) tanrısı da vardır. Məsələn, İlya peyqəmbər ildırım və şimşək hökmdarıdır (zərb məsəldə:”İlya qrozı derjit, İlya xlebom nadelyaet”). Bu mənada İlya qədim slavyan “Perun”unu əvəz edir(17,368). Türklərdə də qədimdən qəzəb tanrısının mövcudluğu özünü bəzi deyimlərdə göstərir. Məsələn: “Əlinin qəzəb oğlu Həzrət Abbas haqqı” və ya “ Qəzəbli ağam Həzrət Abbas qənim olsun” və s. Şimşək çaxması da türklərdə Tanrının qəzəbi kimi təsəvvür olunmuşdur.Əlbəttə, buraya qəzəb tanrısı haqqında təsəvvürlərin müəyyən ünsürləri daxildir.

Heyvan və məhsul hamisi kimi xristian mənbələrində adı keçən və adının hərfi mənasında da əkinçiliyi simvolizə edən Qeorqinin Azərbaycan variantı Cərcizdir. Cərciz peyqəmbərin məzarı da Azərbaycandadır.

Qədim yunan əkinçilik kultları bir sıra mifoloji obrazlarda ifadə olunur. Burada əkinçilk və məhsuldarlıq hamiləri kişi və qadın mifoloji obrazlarında müşahidə olunur (Qe, Demetra, Kora, Baubo, Triptole, Kekrops, Erextey və b.) (17,369).

Bəzi slavyan xalqalrında əkinçilik və məhsuldarlıq kultu ilə bağlı mərasimlər dövrümüzə qədər gəlib çatmışdır. Məsələn, serblərdə yaz və yay aqrar mərasimləri Lazarits və Kralits, quraqlığa qarşı magik mərasim Dodola, şum çıxarma mərasimi və s. keçerilir(17,370).

Bolqarlarda qədim aqrar kultla bağlı yeni il ərəfəsində Suravki mərasimi və pəhriz oyunları “Kuker”lər keçirilir. Bu mərasimlərlə bağlı inanclar serblərdə və bolqarlarda xristianlıq tərəfindən sıxışdırılıb sıradan çıxarılmışdır(17,370-371). Slavyan xalqarında mövsümlə bağlı keçirilən və indi də davam edən əsas mərasim “Yanka Kupala”dır. Bu mərasim iyun ayında ən uzun gündüzlə başlanaraq keçirilir. Göründüyü kimi, bu mərasimin də həm astroloji, həm də mövsimi əsasları vardır.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin