NOVRUZ XONÇASI VƏ
XONÇAYLA BAĞLI ADƏTLƏR
Bayram xonçası arxaik ritualdan gələn ritual yeməyinin və ya geyiminin sonrakı dövrlərin xalq mərasimlərinə transformasiya olunmuş formasıdır.Xonçanın ritual semantikası arxaikləşsə də mərasim mənası bu və ya başqa şəkildə öz mühafizəkarlığını qoruyur.Bu ilk növbədə özünü mərasim xonçalarının zəruri bir hadisə kimi mövcudluğunda göstərir. İndi xonçanın sakral dəstəyi düşünülməsə də, dekorativ funksiyanın alt qatında qeyri-adilik müşahidə olunur.Xonça sanki xöşbəxtlik yolunda mənəvi bir element kimi anlaşılır. Bir sıra mərasim nəğmələrində də xonça iştirak edir:
Xonçalı novruz gəlir,
Qonçalı novruz gəlir.
Sürmə çəkin qaşına
noğul səpin başına
Tonqalları oddlayın,
Tüfəngləri addayın,
Xonçalı Novruz gəlir,
Qonçalı Novruz gəlir(39,43).
Bayram süfrəsini xonçasız təsəvvür etmək qeyri mümkündür. Xonçanı müxtəliv şirniyyatlar: şəkərbura, paxlava,qoğal ən əsası rəngli yuurtalar və səməni bəzəyir. Xonçaları aşağdakı kimi qruplaşdırmaq olar:
“Bayram payı” xonçası – Kasıb, ehtiyacı olana əl tutmaq istəyən imkanlı qohum və ya qonşu bayramı bəhanə edib yaxsıca bir xonça tutur. Bu xonça müxtəliv şirniyyatlardan ibarət olur və bayram payı xonçası adını alır.
“Qara xonça” –Nakam ölən cavanlar üçün tutulur və bayram şirniyyaları ilə bəzənir. Üstünə qara örtük örtülür. Qara xonçanın şirniyyatını qəbir üstə paylayırlar. Bundan başqa axır çərşənbə və novruz axşamı evində hüzrü olan, bayram keçirə bilməyən adamların qapısını döyüb onlara bayram xonçası aparırılar. Xonçada səməni bəzən də quru sünbül olar bu nəğmə oxunardı:
Mən sehirli sünbüləm,
Mən xeyirli sünbüləm.
Tarlalar oylağımdır,
Yamaclar oylağımdır.
İnsanlara gərəyəm,
Bərəkətəm, çörəyəm.
Ağ günlər yayanam mən
İnsana hayanam mən
Mən dünyanı gəzərəm,
Mən dünyanı bəzərəm.
Novruz bayramı xonçasında bəzi bolgələrimizdə xonçanın oratsına balıq qoyulur vı balığın ağzında üzük və ya başqa bir qiymətli zinət əşyası görünür.
Xonçaya qoydum balığı,
Ta bəzəyim ortalığı,
Gərdişə sal qalmalığı.
Çünki yetişib firuz,
Xoş keçəcəkdir novruz (39,58).
Xonça hazırlamaq böyük zövq və bacarıq tələb edir. Xonçanı bükmək üçün müxtəlif vasitələrdən istifadə olunur. Xonçaya müxtəlif bayram şirniyyatları qoyulur. Xonçanı bükmək üçün istifadə edilən qırmızı lent ona xüsusi yaraşıq verir. Xonçanı hazırladıqdan sonra evin ağbirçəyi ona xeyir-dua verməli, gedəcəyi yerə uğur aparmasını arzulamalıdır. Oğlan evinə də “bayramlıq xonçası” qaytarılmalıdır.Bütün bunlar isə adamlar,qohumlar arasında mehribanlıq, xoş ünsiyyət doğurur.
Dostları ilə paylaş: |