Ağayev Samir


Urf. Şəriətə zidd olmayan məsələlərdə yerli adət və ənənələri nəzərə alaraq hökmün verilməsidir. 42 Zəkat



Yüklə 1,34 Mb.
səhifə157/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   154   155   156   157   158   159   160   161   162
41 Urf. Şəriətə zidd olmayan məsələlərdə yerli adət və ənənələri nəzərə alaraq hökmün verilməsidir.

42 Zəkat. Dinin 5 əsas təməlindən biridir. Müsəlmanların ildə bir dəfə yığılmış sərvətinin bir hissəsinin alınması və dövlət xəzinədarlığı vasitəsilə ehtiyacı olanlara verilməsidir. Zəkat müsəlmanların dini öhdəliyi olsa da, həm də cəmiyyətdə sərvətin yenidən bölgüsü funksiyası kimi çıxış edir. Zəkat müxtəlif məhsullardan (qızıl, gümüş, dəvə, inək, qoyun, buğda, kişmiş, arpa, xurma) müxtəlif dərəcələrlə və qaydalarla ödənilir.

43 Hibah. İslam Banklarının qəbul etdikləri cari hesablara qazanılmış mənfəətdən verilən hədiyyədir. Lakin, bu zaman əvvəlcədən hər hansı bir ödənişə təminat verilmir.

44 Tavarruq. Texniki olaraq hər hansı bir məhsulu hissəli ödənişlə almaq və onu dərhal nəğd vəsait qarşılığında, aldığı qiymətdən daha ucuz qiymətə üçüncü bir tərəfə satmaqdan ibarətdir. Körfəz ölkələrində geniş istifadə olunur.

45 IFSB. Islamic Financial Services Board (IFSB) 2002 – ci ildə Malaziyanın Kuala Lumpur şəhərində təsis edilib və 2003 – cü ildən etibarən rəsmi fəaliyyətə başlayıb. IFSB İslam Maliyyəsi sahəsinin stabilliyini və inkişafını təmin etmək məqsədilə standartlar müəyyənləşdirən beynəlxalq təşkilatdır.

46 LMC. Liquidity Management Centre (LMC) İslam Maliyyə İnstitutlarının artıq nəğd vəsaitlərini qısa və orta müddətli maliyyə alətləri vasitəsilə şəriətə müvafiq qaydada investisiya etmək məqsədilə təsis edilmiş xüsusi qurumdur.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin