Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə27/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   23   24   25   26   27   28   29   30   ...   162
Faiz və İqtisadiyyat


Təqdimat
İslam Maliyyə İnstitutlarının və İslam Maliyyə Sistemi anlayışının təşəkkül tapması ilə iqtisadiyyatda faiz dərəcələrinin rolu və zərərləri haqqında müzakirələr də artmışdır. Kapitalizmin və cari qlobal iqtisadi sistemin müdafiəçiləri faiz dərəcələrinin iqtisadiyyatdakı rolunu əsaslandırmağa cəhd edərək müasir zamanda iqtisadiyyatın faizsiz təsəvvür edilməsinin mümkün olmadığını iddia edirlər. İslam alimləri isə əksinə, faizin sosial – iqtisadi zərərlərini araşdıraraq faizsiz bir iqtisadi sistemi təbliğ edirlər. Paraqrafın mövzusuna da məhz bu fərqlilik konteksində yanaşılıb, lakin 1 – ci qrupun nəzəriyyələrinə dair kifayət qədər ədəbiyyatın olduğunu da nəzərə alaraq və kitabın ümumi mövzusu ilə əlaqəli olaraq 2 – ci qrupun mövqeyi daha geniş izah edilir. Bundan da daha geniş təhlil isə kitabın 5 – ci bölməsində, qlobal maliyyə böhranı və İslam Maliyyə Sistemi mövzusunda aparılacaq.

Paraqrafda ilk öncə cari iqtisadi sistemlərdə faiz dərəcələrinin rolu və iqtisadiyyatın bu əsasda tənzimlənməsi məsələləri haqqında qısaca məlumat veriləcək. Növbəti hissədə məşhur iqtisadçı Keynesin faiz və iqtisadiyyat haqqında düşüncələri nəzərdən keçiriləcək. Sonra faizin iddia edilən zərərləri haqqında bəhs ediləcək. Xristianlığın faizə münasibəti növbəti hissənin mövzusudur. Sonda isə faizin fiqhi izahı veriləcək.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin