Ağayev Samir


Xarici İşlər Nazirlyi Konfransı (XİNK)



Yüklə 1,7 Mb.
səhifə9/15
tarix01.02.2020
ölçüsü1,7 Mb.
#101987
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Xarici İşlər Nazirlyi Konfransı (XİNK)

1969-cu il ilin 25 avqustunda məlum hadisədən sonra Mərakeşin paytaxtı Rabat şəhərində baş tutun ilk görüşlə başlamışdır. Eyni adlı tədbirin 2 il 6 ay müddətdən sonra İslam Ölkələrində həmrəliyin və əməkdaşlığın gücləndirilməsi məqsədilə siyasi, iqtisadi, mədəni, elmi və sosial sahələrdə bu ölkələr arasında inkişafın əsas məqsədi daşıdığı Xarici İşlər Nazirlərinin III iclasında təşkilatın xartiyası qəbul edildi. Bu xartiya altında təşkilatın məqsədləri:

  1. İslam Ölkələri arasında həmrəliyin gücləndirilməsi

  2. İslamda müqəddəs sayılan məkanların qorunmasının koordinasiyası

  3. Kolonializmin bütün növlərini və millət ayrımcılığının azaldılması və s. kimi mövzuları tərkibində əks etdirirdi.

İslam Zirvə Konfranı qəbul edilən qərarların yerinə yetirilməsinə kömək etmək üçün hər il toplanır. İslam Zirvə Konfranı toplantısında müzakirə olunan məsələlər çərçivəsində alınan qərarlar üzrə qəbul edilən hesabatları müzakirə etmək üçün ildə bir dəfə bir araya gəlirlər.


    1. Daimi Katiblik

1970-ci ilin mart ayında Ciddə şəhərində İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin ilk toplantısı keçirilmiş və təşkilatın bütün fəaliyyətlərini koordinasiya edən Daimi Baş Katiblik qurulmuşdur. Təşkilatın rəhbər orqanıdır. İki orqanın qərarlarının yerinə yetirilməsi ilə məşğul olur və Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşir.
İslam Konfransı Təşkilatında aşağıdakı qurum, komitə və orqanlar fəaliyyət göstərir.





Adları



Maliyyə Nəzarəti Orqanı



Məlumat və Mədəni Əlaqələr Komitəsi (COMIAC)



İqtisadiyyat və Ticarət Birliyi Komitəsi (COMCEC)



Elm və Texnoloji Əməkdaşlıq Komitəsi (COMSTECH)



İqtisadi, Mədəni və Sosial Məsələr üzrə İslam Komitəsi



Daimi Maliyyə Komitəsi



Qüds komitəsi



İslami İnkişaf Bankı (İİB),Ciddə, Səudiyyə Ərəbistanı.



Özəlləşmiş İnstitutlar



İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO), Rabat, Fas.



İslami Dövlətlər Yayın Təşkilatı (ISBO) və Beynəlxalq İslam Xəbər Agentliyi (IINA), Ciddə, Sədudiyyə Ərabistanı.



İslam Ticarət və Sənaye Palatası (ICCI), Kəraçi, Pakistan.



İslam Paytaxtları və Şəhərləri Təşkilatı (OICC), Ciddə



İslam Həmrəliyi Oyunları İdman Fedarasiyası, Ər-Riyad.



Beynəlxalq İslâm Âləmi Komitəsi (ICIC), Bingazi, Liviya.



Beynəlxalq Ərəb-İslam Məktəblər Dünya Fedarasiyası, Ciddə.



İslami Bankları Beynəlxalq Birliyi (IAIB), Ciddə.



Dialoq və Əməkdaşlıq İslam Konfransı Gənclik Forumu,(ICYF-DC) İstanbul, Türkiyə.



Beynəlxalq Aypara İslam Komitəsi-Təbii fəlakətlər və insan əli ilə zərərə uğramış şəxslərə tibbi yardımın təmin edilməsi məqsədilə qurulmuşdur.



İslam Ticarət və Sənaye “Evi” (Kəraçi-Pakistan)



İslam Gəmiçilər Birliyi (Ciddə-Səudiyyə Ərəbistanı)



Beynəlxalq İslam Banklar Birliyi (Qahirə-Misir)



İslam Həmrəylik Oyunları İdman Federasiyası (Ər-Riyad -Səudiyyə Ərəbistanı)



İslam Paytaxtları Təşkilatı (Məkkə-Səudiyyə Ərəbistanı)



Beynəlxalq ərəb-İslam Məktəbləri Federasiyası (Ər-Riyad-Səudiyyə Ərəbistanı)



Beynəlxalq Qızıl Aypara Komitəsi (Binqaz-Liviya)



İslam Ölkələri Müşavirlər Federasiyası (İstanbul-Türkiyə)


29.

İslam Fiqh Akademiyası.

Yanvar 1981-ci ildə Məkkədə keçirilən üçüncü Dövlət Başçıları və Kralları Toplantısında qurulması haqqında qərar qəbul edilmişdir. Mərkəzi Səudiyyə Ərəbistanın Ciddə şəhəridir. Məqsədləri bunlardır:



  • İslam dinini beynəlxalq səviyyədə olduğu qədər sosial və fərdi səviyyədə də nəzəri və praktik tərəfdən tam hala gətirməkdir. Həmçinin İslam şəriətinin ölkələrdə tətbiq edilməsi üçün tədbirlərin görülməsidir.

  • İslam inancını, müsəlman cəmiyyətində daha sıx hala gətirmək


30.

İslam Həmrəliyi Fondu (İHF).1974-cü il fevral ayında Pakistanda (Lahor şəhəri) təşkil edilən ikinci Dövlət Başçıları və Kralları Toplantısında İKT-nın alt qurumu olaraq qurulması qərarlaşdırılmışdır. İİB-dan sonra ikinci maliyyə təşkilatıdır. Mərkəzi, Səudiyyə Ərəbistanın şəhəri olan Ciddədədir. Quruluş məqsədləri bunlardır:

    • Dünyadaki bütün müsəlmanların entelektual və əhval-ruhiyyə səviyyələrini artırmaq.

    • Bir İslam ölkəsində meydana gəlməsi xəstəlik və ya zəlzələ kimi vəziyyətlərdə maddi yardım göstərmək.

    • Müsəlmanların az olduğu yerlərdə rifah vəziyyətinin yaxşılaşdırılması məqsədilə maddi yardımlarla kömək etmək , sosial, mədəni və dini yaşam standartlarını artırmaq.


31.

İslam Ölkələrim Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təhsil Mərkəzi (SESRTCIC): 1977-ci ildə Trablusda keçirilən səkkizinci Xarici İşlər Nazirləri Başçısının Toplantısında qurulması qərarlaşdırılmışdır. Bu mərkəz Ankarada yerləşir. Bu mərkəzin məqsədi:

  • Üzv ölkələr arasındakı Sosial-İqtisadi işbirliyini və inkişafı dəstəkləmək.

  • Üzv ölkələrin Sosial-iqtisadi inkişaflarını və mövcud durumlarını statistik yollarla araşdırmaq və bunları məlumat qaynağı olaraq İKT-nın konfransı zamanı yardımçı olacaq şəkildə düzənləmək.

  • Statistik araşdırma edəbiləcək texniki kadrların yetişdirilməsini təmin etmək.





32.

İslam Tarixi, Sənəti və Mədəniyyətinin Araşdırılması Mərkəzi (IRCICA). 1976-ci ildə İstanbulda keçirilən yeddinci Xarici İşlər Nazirləri Başçılarının Toplantısında qurulması qərarlaşdırılmışdır. Mərkəzi İstanbuldadır. Bu mərkəzin məqsədi:

  • Üzv ölkələrə mənsub alimləri, tarixçiləri, sənətçiləri və ziyalıları bir araya gətirib İslamın və mədəniyyətin inkişfı üçün fəaliyyətlərini həyata keçilməsinə kömək etməkdir.

  • İslam dünyası haqqında olan və qarşıda olabiləcək bəyənilməyən hökmlərin ortadan qaldırılmasını təmin etmək.

  • Bütün dünyada İslam mədəniyyətinin yayılması üçün nəşrlərin və kitabların hazırlanması.

  • Üzv ölkələrdə İslamın müxtəlif mövzularını əhatə edəbiləcək simpoyzumları, müzakirələri və konfransları təşkil etmək.

  • Müasir rabitə kanallarından istifadə edərək, dünyadakı bir çox mədəni və tarixi fəaliyyəti təbliğ edən qurumlarla olan əlaqələri artırmaq və işbirliyini artırmaq.

  • İslam mədəni və mədəniyyətinə xidmət edəbiləcək müxtəlif mövzuda kitabxanalar qurmaq və bunları genişləndirmək.

  • İslam mədəniyyəti mövzusunda təhsil proqramlarını hazırlamaq


33.

İslam Texnologiya Universiteti, Dakar, Banqladeş.

İslam Texnologiya Universiteti (ITU): 1978-ci il aprelində Seneqalın paytaxtı Dakar şəhərində keçirilən doqquzuncu Xarici İşlər Nazirləri Başçılarının Toplantısında qurulması haqqında qəar qəbul edilmişdir. Mərkəz olaraq qəbul Dakar şəhəri seçilmişdir. 2001-ci il iyununda Malidəki iyirmi səkkizinci Xarici İşlər Nazirləri Başçılarının Toplantısında universitetin mərkəzi Banqaladeşin şəhəri olan Dakka olması qərar qəbul edilmişdir. Universitetin məqsədi bunlardır:



  • Texnologiya sahəsində güclü kadrların hazırlanmasını təmin etmək və İslam ölkələri arasında ticarət və texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirilməsini təmin etmək.

  • Beynəlxalq və regional institutlarla əməşdaşlıq edərək daha sərfəli və geniş spektrlı layihələri inkişaf etdirmək.

  • Üzv ölkələrə texnologiya sahəsində məsləhət xidməti (konsaltinq) vermək.


34.

İslam Ticarəti İnkişafı Mərkəzi.

Yanvar 1981-ci ildə Səudiyyə Ərəbistanın Məkkə şəhərində keçirilən üçüncü Dövlət Başçıları və Kralları Toplantısında qurulması haqqında qərar qəbul edilmişdir. Mərkəzi, Fas Krallığının Kasablanka şəhəridir. Məqsədi bunlardır:



  • Araşdırmalarının və fəaliyyətlərinin yerinə yetirilməsini təmin etmək.

  • Üzv ökələr arasında ticarət haqqında lazımı məlumatlarının yayılmasını təmin etmək.

  • Üzv ölkələr arasındakəı ticarət “aktiv”lərinin fəaliyətini düzgün təmin etmək.

  • Üzv ölkələr, iş adamları arasında aktiv əlaqələr qurmaq və birlikdə investisiya qoymalarına təşviq etmək.

  • Üzv ölkələrə və iştirakçılara istiqamətlənən simpozium və təhsil seminarları hazırlamaq.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin