Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən



Yüklə 29,98 Kb.
tarix08.03.2020
ölçüsü29,98 Kb.
#102268

Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi nəzdində fəaliyyət göstərən

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsi





Unutmadığımız qəhrəman obrazların müəllifi Əlfi Qasımov

Medodik arayış

Zərdab- 2017

Əlfi Qasımov – 90

1927 – 1985

Bu il yazıçı Əlfi Qasımovun anadan olmasının 90 illiyi tamam olur. Əlfi Qasımov 5 yanvar 1927- ci ildə Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur. Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsil almışdır. Ağcabədi rayonunda Xocavənd və Boyat kənd məktəblərində müəllim işləmişdir (1943-1944). Sonra Ağdamda ikiilik Müəllimlər İnstitutunda təhsilini davam etdirmiş (1944-1946), 1946-cı ildə ADU-nun jurnalistika fakültəsinə daxil olmuş, 1951-ci ildə universiteti bitirdikdən sonra "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmişdir (1951-1958). "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib (1958- 1966), Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində Nəşriyyatlar İdarəsinin rəisi, baş redaktor vəzifələrində (1966-1983) çalışmışdır. 1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləmişdir. Əlfi Qasımov ədəbi yaradıcılığa şeirlə başlamışdır. “Xalq arzusu” adlı ilk şeri 1945-ci ildə Ağdamda çıxan "Lenin yolu" qəzetində dərc olunmuşdur. Universitetdə oxuduğu illərdə şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilmişdir.

Yazıçının ”Əriməzin ətəklərində” adlı ilk oçerklər kitabı 1954-cu ildə çap olunmuşdur. Sonralar “Şagird briqadaları” (1960), “Odlu ürəklər” (1962), “Dostluq və qardaşlıq dünyası” (1963), “Dnepr qəhrəmanı” (1964),” Ulduz karvanı” (1967), “Saçlar ağarsa da...” (1970) adlı kitabları nəşr olunmuşdur.

Əlfi qasımov həmçinin “ Adilənin taleyi “(1960 ) romanının, “ Məni qınamayın “ (1968 ) adlı povest və hekayələrin,“Qızburunda tək məzar” adlı sənədli povestin(1970), “Vətən çağıranda” (1975), “Könül sevən...” (1977), “Qağayı fəryadı” (1979), “İnsan qaranquş deyil” (1981), “ Toy gecəsi”(1985), “Bəhyəddin Mirzəyev” (1985) və s.kitabların müəllifidir .

Yazıçının əsərləri rus, qırğız, türkmən və tacik dillərinə tərcümə edilmişdir.

Əlfi Qasımov 1985-ci ilin 12 martında qəflətən vəfat etmişdir.

Müasir Azərbaycan nəsrində öz yazı manerası, öz üslubu olan Əlfi Qasımov doğma Azərbaycanda deyil, eyni zamanda kənar respublikalarda da yaxşı tanınır və sevilir. Əlfi Qasımovu oxuculara sevdirən, hər şeydən əvvəl, mövzularının yeniliyi, rəngarəngliyi, problemlərin çoxluğu və aktuallığı, böyük sənətə xalq ruhundan, milli ənənələrdən müasir tələb və ehtiyaclardan gəlməsi və novator sənətkar olması idi. O, əsərlərini zəngin həyati müşahidələri əsasında yazan realist yazıçılarımızdan olmuşdur. Ədibin yaradıcılığı həm mövzu əhatəliyi, həm də janr üslubu baxımından çoxcəhətlidir.

.

Əvvəldə qeyd etdiyimiz kimi bu il oxucuların sevimlisi Əlfi qasımovun 90 illik yubileyi qeyd ediləcək.Yubiley ilində kitabxanalar fəal iştirak etməli, yazıcının həyat və yaradıcılığı geniş oxucu kütlələri arasında təbliğ olunmalıdır.

Görkəmli yazıçı Əlfi Qasımovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq kitabxanalarda bir sıra tədbirlər; kitab müzakirəsi, oxucu konfransı, ədəbi-bədii gecə, kitab sərgisi, dəyirmi masa, məlumat həftəsi , sual –cavab gecəsi ,xatirə gecəsi, inşa müsabiqəsi və sair tətbirlər keçirilə bilər.

Tədbirləri aşağıdakı başlıqlar altında “ Əlfi Qasımov -90”,” Unutmadığımız qəhrəman obrazların müəllifi”,”Yeniləşən ədəbiyyatımızın yeni insanı “, “ Ə. Qasımov yaradıcılığına vətən sevgisi”, “ Azərbaycan ədəbiyyatında Ə. Qasımov yaradıcılığı “,” Ə. Qasımovu xatırlayərkən “, “ Ə .Qasımv yaradıcılığında ən çöx sevdiyim ədəbi qəhrəman “, “ Unudulmaz yazıçı Ə. Qasımov” və sair başlıqlar altında keçirmək olar.

Qeyd etmək lazımdır ki, kitabxanalarda ədəbiyyatın təbliğinin forma və metodları müxtəlifdir. Ümumiyyətlə , çalışmaq lazımdır ki , tədbirlər forma və məzmunca maraqlı , təsirli olsun , görkəmli yazıçımız Əlfi Qasımovun həyat və yaradıcılığı , onun Azərbaycan ədəbiyyatında mövqeyi haqqında oxucularda tam təsəvvür yaratsın. Hər bir kitabxanaçı keçirilən yubiley tədbirlərinə yaradıcı münasibət bəsləməli , onun yüksək ideya və bədii səviyyədə keçirilməsinə çalışmalıdır.

Ədəbiyyat:

Qasımov ,Əlfi .Vətən çağıranda. Sənədli hekayələr.- Bakı: Azərnəşr, 1975.-225 s.

Qasımov ,Əlfi .Könül sevən... Roman-povest. -Bakı: Gənclik, 1977.- 389 s.

Qasımov ,Əlfi. Qağayı fəryadı. Povest və hekayələr. - Bakı: “Yazıçı” , 1979.- 279s.

Qasımov ,Əlfi. İnsan qaranquş deyil. Povestlər və hekayələr. -Bakı: Gənclik, 1981. -962 s.

Qasımov ,Əlfi. Toy gecəsi. Romanlar.- Bakı :Yazıçı, 1985. 382 s.

Qasımov ,Əlfi .Bəhyəddin Mirzəyev .- Bakı: Azərnəşr, 1985. -30 s

Əhmədov Teymur -“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik məlumat kitabı, Bakı, 2011.

Internetdə

https://az.wikipedia.org /wiki /Əlfi Qasımov

Tərtib etdi : Metodika və biblioqrafiya şöbəsinin müdiri - G. Qasımova

Redaktor: Şöbənin böyük metodisti – M. Əhmədova
Yüklə 29,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin