M. Ə. Sabir 1911-ci il iyulun 12-də qaraciyər xəstəliyindən vəfat edir. Şair Şamaxıdakı “ Şahi-Xəndan ” xiyabanında dəfn edilir.
Onun şeirləri kitab şəklində yalnız onun vəfatından sonra, başda Abbas Səhhət olmaqla qələm yoldaşları , C. Məmmədquluzadə, Ə. Haqverdiyev, F. Köçərli və başqa müasirləri köməyi ilə işıq üzü görmüşdür. Sabirin əsərləri 1912-ci ilin axırlarında
“ Hophopnamə “ adı altında çapdan çıxmışdır. Kitaba ad seçərkən A. Səhhət şairin
“ Molla Nəsrəddində “ işlətdiyi ilk gizli (Hophop) imzasını əsas götürmüşdür. Bu
“ Hophopnamə nin “ ilk nəşri idi.
Şairin adı Azərbaycan xalqı tərəfindən əbədiləşdirilmişdir . Sabir yaradıcılığına həsr olunmuş bir sıra bədii əsərlərdə onun obrazı yaradılmışdır. H. Nəzərlinin “ Sabir ” pyesi, Mir Cəlalın “ Yolumuz hayanadır? “, N. Xəzrinin “ Dağlar dağımdır mənim “
poeması buna gözəl bir nümunədir. Sabirabad şəhərinə, respublikada bir sıra maarif və mədəniyyət ocağına, Bakının mərkəzi küçələrindən birinə onun adı verilmişdir.
Dostları ilə paylaş: |