Bildirişlər
1. Təqva infaqdan ayrı deyil.
2. İnfaq etmək üçün sərvət yox, səxavət lazımdır.
3. Məhrumları nə rifah, nə də yoxsulluq zamanı unudaq. Əlimiz aşağı olduqda infaq etməmək üçün “özümüz çətinlikdəyik” deməyək.
4. Nəfs istəkləri müttəqilərə yox, müttəqilər nəfs istəklərinə hakimdir.
5. Təqva qəlb genişliyi olan yerdədir.
6. Müttəqi guşənişin (“münzəvi”) deyil. Bu zümrə xalqla öz sərvəti və yaxşı əxlaqı ilə keçinir.
7. Xatakarı bağışlayarkən onun imanı şərt olmur.
8. Allahın sevgisini qazanmaq istəyən kəs malından keçməli, qəzəbini udmalıdır.
9. Məhrumlara infaq və xalqın xatalarının bağışlanması ehsan və saleh əməl nümunələrindəndir.
135. ﴿وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ﴾
“(Təqvalılar) o kəslərdir ki, pis iş gördükdə və ya özlərinə zülm etdikdə Allahı xatırlayıb, günahlarına görə tövbə edərlər. Allahdan başqa günahları bağışlayan kimdir? (Müttəqilər) günahın pisliyini bildiklərindən gördükləri işi təkrarlamazlar.
Dostları ilə paylaş: |