“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə271/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   267   268   269   270   271   272   273   274   ...   494

Nöqtələr


◘Rəvayətlərdə şərabxor və günahkar insanlar səfeh adlandırılmışdır.2 Ümumi mallar belə insanlara tapşırılmamalıdır. Mal-mülk cəmiyyətin gücüdür. İstənilən bir məqam və maddi məsuliyyəti səfeh insanlara tapşırmaq cəmiyyətə xəyanətdir.

◘İmam Sadiq (ə) bir şəxsə buyurdu: “Malını qoru, çünki mal sənin dinini möhkəmləndirər.” Sonra həzrət həmin ayəni tilavət etdi.1

◘İmam Baqir (ə) səfehlər təbiri haqqında buyurmuşdur: “Məqsəd etibarsız adamlardır.”2

Bildirişlər


1. Səfeh insanın öz malını sərf etmək hüququ yoxdur.

2. Cəmiyyətin həyatı üçün nəzərdə tutulmuş mal səfehin ixtiyarına verilə bilməz.

3. Səfehin hətta öz malına hakim olması cəmiyyətə iqtisadi zərbədir. Fərdlərin mal-mülkü üzərində də cəmiyyətin haqqı var.

4. Münasibətlərdə cəmiyyətin iqtisadi mənafelərini və fərdlərin əqli inkişafını nəzərə almaq lazımdır. Ötəri hisslərə və mərhəmətə istinad etmək olmaz.

5. Var-dövlət, mal-mülk ictimai nizamın dayağıdır.

6. Sərmayə hərəkətsiz qalmamalıdır. Yetimlərin və səfehlərin də malı dövr etməlidir. Onların sərmayəsi qorunmalı, qazancları isə onların təminatına sərf edilməlidir.

7. Məhrumların ruhi meyilləri və şəxsiyyətlərinə diqqət yetirilməlidir.

8. İnsanı öz malı üzərində ixtiyardan məhrum etdikdə etiraz yaranır. Ağılsızların bu sayaq etirazlarını xoş danışıqla aradan qaldırın.



6. ﴿وَابْتَلُواْ الْيَتَامَى حَتَّىَ إِذَا بَلَغُواْ النِّكَاحَ فَإِنْ آنَسْتُم مِّنْهُمْ رُشْدًا فَادْفَعُواْ إِلَيْهِمْ أَمْوَالَهُمْ وَلاَ تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُواْ وَمَن كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ وَمَن كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُواْ عَلَيْهِمْ وَكَفَى بِاللّهِ حَسِيبًا﴾

Yetkinliyə çatanadək yetimləri sınayın. Onlarda yetkinlik göründükdə mallarını özlərinə qaytarın. Onların malını yetkinləşmələrindən qorxaraq israf etməyin, tələsik sərf etməyin. Ehtiyacsız olan iffətini gözləsin (himayəyə görə haqq almasın), ehtiyaclı isə orta həddə yeyə bilər. Mallarını onlara qaytardıqda şahid tutun. (Bu şəhadət yetimlərin haqqını qorumaq üçündür. Yoxsa) Allah hesab çəkmək üçün yetər.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin