◘Yəhudi alimlərindən on iki nəfəri qərara gəldilər ki, müsəlmanlarda şəkk-şübhə yaratmaq üçün səhərlər həzrət Peyğəmbərin (s) yanına gəlib iman gətirdiklərini bildirsinlər, axşamlar isə İslama arxa çevirib desinlər: «Biz Məhəmməd (s) və onun ayinini gördük. Amma onun dedikləri Tövratda və İncildə bəyan olunanlara uyğun deyil.» Onlar bu mahiranə planla öz həmdinlərinə qəbul etdirmək istəyirdilər ki, İslam yaxşı məktəb olsaydı, elm və kitab əhli ondan əl çəkməzdi. Onlar bu yolla həm müsəlmanlarda şəkk-şübhə yaratmağa, həm də digər yəhudiləri müsəlman olmaq qərarından çəkindirməyə çalışırdılar. Allah bu ayəni nazil etməklə onların planlarını alt-üst etdi.
Bir rəvayətdə İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “İslam peyğəmbəri qiblənin Beytül-Müqəddəsdən Kəbəyə dəyişdiyini bildirən fərmanı günorta namazında bəyan etdi. Yəhudilər dedilər: “Günün əvvəlində deyilənlərə iman gətirin, amma günün axırındakılara (qiblənin dəyişməsinə) yox! «Onlar bu yolla müsəlmanları Kəbədən dönüb Beytül-Müqəddəsə doğru namaz qılmağa sövq etdirmək istəyirdilər.2»