“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə85/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   81   82   83   84   85   86   87   88   ...   494

Bildirişlər


1. Əgər insan öz məqsədinə imanlı olsa, özünü və yaxınlarını bu yolda təhlükəyə salar.

2. Dua möminin kəsərli silahıdır.

3. İnsan üçün oğul və qız övladları da onun öz övladı kimidir. Bu səbəbdən imam Həsən (ə) və imam Hüseyn (ə) peyğəmbər övladı sayılırlar.

4. Müxtəlif dini səhnələrdə kişi ilə qadın çiyin-çiyinə dayanır.

5. Duada dua edənlərin sayı yox, onların halı mühümdür. Mübahilə edənlər cəmi beş nəfər idilər.

6. Əli ibn Əbu-Talib (ə) Allah rəsulunun canıdır.

7. Dua məclislərinə körpələri də özümüzlə aparaq.

8. Peyğəmbər Əhli-beytinin (ə) duaları qəbuldur.

9. Adi güclər işə salındıqdan sonra qeybdən yardım istənilir.

10. Məntiq və möcüzə qarşısında haqqı qəbul etməyənlərlə mübahilə edilməlidir.

11. Əgər möminlər möhkəm dayansalar, düşmən haqsız olduğu üçün geri oturasıdır.

12. Dəlilə dəlillə cavab verilməlidir. Amma höcətkeşlik aradan qaldırılmalıdır.


62. ﴿ إِنَّ هَـذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ وَمَا مِنْ إِلَـهٍ إِلاَّ اللّهُ وَإِنَّ اللّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴾

Həqiqətən, haqq hekayə budur. Allahdan savay məbud yoxdur və şübhəsiz ki, Allah qüvvət və hikmət sahibidir.”


63. ﴿ فَإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ ﴾

Əgər haqdan üz döndərdilər, həqiqətən, Allah fəsad əhlindən xəbərdardır.”




Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin