1.
1.2.
-
1.4.
1.5.
II.
2.1
-
-
-
-
-
-
-
-
-
2.2.
2.2.1
-
-
-
-
-
2.2.2
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
2.2.3
-
-
-
-
-
-
2.2.4
-
-
III.
IY.
|
İstiqəmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.1997- ci il tarixli 04 saylı qərarı ilə təsdiq edilmişdir.
Əyani təhsil formasında istiqamətin normativ təhsil müddəti 4,0 ildir.
Bakalavr ali təhsilin birinci pilləsidir.Məzuna verilən akademik dərəcə- «İqtisadiyyat və idarəetmə bakalavrı» (İstehsalat və xidmət sahələrinin iqtisadiyyətı və idarə edilməsi ixtisasında), «İdarəetmə bakalavrı» (digər ixtisaslarda), ixtisas dərəcəsi: «Menecer» («Menecment», «Biznesin təşkikli və idarə olunması» ixtisaslarında), «Menecer, marketinq» («Marketinq» ixtisasında), «İqtisadçı menecer» (digər ixtisaslarrda).
Bakalavr:
- fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də istiqamət (ixtisas) üzrə magistraturada təhsil almağa hazır olmalıdır.
Bakalavrın peşə fəaliyyətinin əsas sahələri:
- mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən xidmət sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s.
- Mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələri( ali məktəblərdə elmi, elmi-pedaqoci fəaliyyət sahələri istisna olmaqla).
İstiqamət (ixtisas) üzrə bakalavr pilləsini başa vurmuş məzunun hazırlıq və bilik səviyyəsinə qoyulan tələblər.
Bilik səviyyəsinə qoyulan ümumi tələblər:
Bakalavr:-
Humanitar ashənin əsas təlimlərindən xəbəri olmalı, sosial əhəmiyyətli problem və proseslərin elmi təhlilini əpəarmağa qadir olmalı, bu elmlərin metodlarını özünün peş əvə soial fəaliyyətinin müxtəlif sahələrində istifadə etməyi bacarmalıdır;
Azərbaycan tarixində müxtəlif dövrlərədə baş verən hadisələri, onların başvermə səbəblərini, ictimai və siyasi hadisələrin gedişini, tarixi şəxsləri və onların fəaliyyətini bilməli, keçmişə aid olan bütün hadisələrə öz münasibətini bildirməyi, tarixdə baş verən qlobal hədisələr və dəyişiklikləri təhlil etməyi bacarmalıdır;
Rus bölməsində dövlət (Azərbaycan) dilində sərbəst danışmaq bacarığına və yazı vərdişlərinə malik olmalıdır;
Xarici dillərdən birində ümumi xaraktkrli söhbətlərin qurulmasını bacarmalı, ixtisasa dair ədəbiyyatı lüğətsiz oxumağı, bədii, texniki ədəbiyyatldarı, ictimai – siyasi mətnləri lüğətin kbməyi ilə tərcümə etməyi, öyrəndiyi leksik və qrammatik materialları oxuyub başa düşməlidir;
Öz əməyini elmi əsaslarda təşkil etməyi, peşə fəaliyyəti dairəsində məlumatların toplanması, emalı və saxlanmasında kompüter metodlarından istifadə etməyi bacarmalıdır;
Elmin inkişafı və sosial şəraitin dəyişmə şəraitində toplanmış təcrübəni qiymətləndirməyə və öz imkanlarını araşdırmağa, müasir məlumat –təhsil texnologiyası əsasında yeni biliklərə yiyələnməyə qadir olmalıdır;
Öz peşəsinin mahiyyətini və sosial əhəmiyyətini, konkret əmək fəaliyyətinə malik olan fənlərin əsas problemlərini dərk etməli, onların tətbiq sahələrini bilməli və tam biliklər sistemində əlaqələndirməyi bacarmalıdır;
Peşə fəaliyyəti sahəsində müxtəlif hadisələri təsvir edən və proqnozlaşdıran modellər qurmağı, onların kəmiyyət və keyfiyyət təhlilini aparmağı bacarmalıdır;
Peşə funksiyaları ilə bağlı məsələlər müəyyənləşdirməyə və onları elmi metodlar əsasında həll etməyə qadir olmalıdır;
Sağlam həyat tərzinin elmi əsaslarını anlamalı, fiziki mükəmməllik vərdişlərinə malik olmalıdır.
Fənnlər üzrə bilik və bacarıqlara qoyulan tələblər:
Humanitar fənlər üzrə:
Bakalavr:
Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürlərə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olialı, tarixi keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi bacarmalıdır;
Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan) sərbəst bilməlt, onun leksikonundan peşə fəaliyyətində istifadə etməyi bacarmalıdır;
Xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməli, peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi bacarmalıdır;
Sosial mühit və vərəsəlik münasibətlərini bilməli, sosial təcrübələrin toplanması, saxlanılması və ötürülməsi haqqında təsəvvürlərə malikolmalı, milli və mədəni amillərin təhsil və tərbiyyədə rolu və əhəmiyyətini dərk etməlidir;
Seçdiyi sosial-iqtisadi fənləri mənimsəməlidir.
İstiqamətin (ixtisasın) ümumpeşə hazırlığı fənnləri üzrə:
Bakalavr:
riyazi qayda və qanunları təttbiq etməyi, məntiqi təfəkkürə malik olmağı, mövcud olan riyazi üsullardan istifadə etməyi və nəticələrin işlənməsi üçün riyazi metodları tətbiq etməyi, mexanika və təbiət elmlərindən sadə sistem və proseslərdə riyazi modellərdən istifadə etməyi, eksperimental nəticələrin işlənib həzırlənmasında əsas üsullardan istifadə etməyi bacarmalı;
fizki obyekt olan kainat və onun təkamülünü, fizikada nəzəri və eksperimental araşdırmaların metodları və onlardan istifadə etməyi, təbiətdə fasiləsizlik və diskretlik , qanunauyğunluq, obyektlərin quruluşunun ardıcıllığı, təbiət sistemlərini obyektiv xarakterizə edən ehtimal nəzəriyyələri, təbiət elmlərində fundamental sabitlər, simmetriyanın və enercinin saxlanması prinsipləri, təbii hal və onun zamandan asılı olaraq dəyişilməsi, təbiətdə obyektlərin fərdi və birgə hərəkətlərini bilməli;
əsas kimyəvi sistemlər və proseslər, maddələrin reaksiyaya girmə qabiliyyəti, qeyri-üzvi məddələrin növləri, atom – molekul nəzəriyyəsinin quruluşu, maddələrin təyini və kimyəvi müəyyənləşdirilməsi metodlarını bilməli;
iqtisadiyyatın sahə quruluşunu, sənaye sahədərinin xüsusiyyətlərini və inkişaf səviyyəsini, onların iqtisadi göstəricisini, milli iqtisadiyyatın inkişafında bu sahələrin rolu və əhəmiyyətini, respublikanın milli sərvəti, onlardan istifadə olunma səviyyəsini, məcmu milli məhsul və milli gəlirin hesablanması metodikasını, ölkənin maliyyə kredit və bank sisteminin mahiyyətini, respublikanın torpaq mülkiyyəti və onun reallaşdırılmasının iqtisadi formları; ölkənin iqtisadi inkişaf modellərinin mahiyytini, xarici iqtisadi əlaqələrin vəziyyətini və onun istiqamətlərini bilməli;
informatika texnologiyasının texniki və poqram vasitəldəri, alqoritmləşdirmənin və poqramlaşdırmanın əsasları, müasir proqramlaşdırma sistemlərindən birini bilməli və həmin sistemin köməyilə ixtisasa aid məsələləri kompüterdə həll etməyi bacarmalıdır;
hər hansı nümunənin fəzada qrafiki təsvirini verməyi, avadanlıqların layihə qrafik sənədlərini işləməyi və oxumağı, texniki sxemlərin və cizgilərin tərtibat qaydalarını, texniki qrafiklfri işləməyi və oxumağı, cizgiləri, spesifikasiyaları və izahat yazışını tərtib etmək üçün tətbiqi proqramlər paketindən istifadə qəydələrını bilməli;
metroloci ekspertiza, avadanlıq və məqsədli məhsulun sertifikasiyası, materialların və avadanlıqların sınaqdan və nəzarətdən keçirilməsi üçün tətbiq edilən cihazlar haqqında məlumata malik olmalı;
biosfera və onun təkamül istiqamətlərini, orqanizmin onu əhatə edən sistemlə qarşılıqlı təsiri, təbiətin mühafizəsinin, təbiətdən səmərəli istifadənin, ətraf mühitə dağıdıcı təsir etməyən texnologiyanın yaradılmasının ekoloci prinsipləri haqqında olan biliklərə nail olmalı;
statistik məlumatlər, müvafiq metodik üsullardan istifadə qaydaları, sahədə iqtisadi göstəricilərin qruplaşdırılması və təhlili, həmin cöstəricilərin qrafik təsvirini, variasiya əlamətlərinin hesablanmasını, indeks metodlarından istifadəni bilməli;
təbiətdən istifadə məsələlərinin mahiyyətini, məqsədini, vəzifələrini, təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsini, təbii şəraitini və təbii ehtiyatların qiymətləndirilməsini, ətraf mühitin çirklənməsindən dəyən iqtisadi zərərin hesablanmasını, təbiətin mühafizəsi üzrə tədbirlərə investisiya qoyuluşunun iqtisadi səmərəliliyini, təbiəti mühafizənin dövlət tənzimlənməsini, ekoloci vəziyyət, təbiətdən istifadə fəaliyyətində beynəlxalq əməkdaşlığı, dayanıqlı inkişaf konsepsiyasının formalaşmasını, ətraf mühitin mühafizəsinin maliyyələşdirilməsini bacarmalı;
xətti poqramlaşdırmada qoşma məsələlərini, sahələrarası balans modellərini, şəbəkə qrafiki və onun xaraktkristikalarını, istehsal funksiyaları və onların xassələrini, iqtisadiyyatda korrelyasiya metodlarını, vəsaitlərin paylanma modeli və dinamik proqramlaşdırmanı, istehsal sahələrinin yerləşdirilməsi və inkişaf məsələlərini bilməli;
cəmiyyətin iqtisadi inkişaf qanunauyğunluqlarını, iqtisadi qanun və kateqoriyalar, iqtisadi fikirlərin, cərəyanların və məktəblərin yaranmasını, iqtisadi artım problemlərini, istehsal amillərinin hərəkəti, beynəlxalq iqtisadi münasibətlərin inkişafını bilməli;
tələb-təklif bazarı, elastiklik və bazarın adaptasiya prosesini, istehlak davranışı və bazar tələbini, sahibkarlıq fəaliyyətinin təşkilini və istehlakçıların davranışını, istehsal və məsrəfləri, mükəmməl rəqabətli sahədə təklifləri, rəqabət və iqtisadi səmərəliliyi, qeyri-mükəmməl rəqabəti, iqtisadi fəaliyytin tənzimlənməsini, dövlət və inhisar problemlərini, istehsal və istehlak tələbini, əmək bazarında təklifləri, əməkhaqqı səviyyəsinin təyin edilməsini, maddi sərvətləri, iqtisadiyyatda qeyri-müəyyən amilləri, qeyri-bərabərlik, yoxsulluq və diskriminasiyanı, mikro iqtisadi göstəriciləri, pul və bank işini, büdcə, xəzinə siyasəti və məcmu tələbi, iqtisadi dövrü işsizlik və infilyasiyanı bilməli;
sahibkarlıq fəaliyytinin iqtisadi mahiyytini və əsas prinsiplərini, sahibkarlığın hüquqi əsaslarını təmin edən qanunları, sahibkarın hüquq və vəzifələrini, sahibkarlıq fəaliyyətinin əsas formalarını, reklam, sahibkarlıq subyektlərinin (müəssisələrinin) təşkili və qeydiyyata alınması qaydaları, sahibkarlıq fəaliyyətinin vergiyə cəlb olunması normalarını, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi mexanizmlərini, kiçik və orta sahibkarlığın dövlət himayəsi formalarını, sahibkarlığın regional inkişaf proqra mını, sahibkarlıq və təsərrüfat riskinin azaldılması yollarını, maliyyə itkilərinin hesablanması qaydalarını, dövlət əmlakını idarə edən orqanların səlahiyyətlərini və əsas funksiyalərını, səhmdar cəmiyyətlərin təşkil olunma yollarını, rəqiblərin istehsal xərclərinin müqaisəli təhlilini, göstəricilərə təsir edən amillərin təhlilini, sahibkarlıbın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətlərini və konseptual müddəalarını bilməli;
marketinqin mahiyyəti, məzmunu, dünya miqyasında marketinqin inkişaf mərhələləri, marketinqin əsas konsepsiyaları, formaları, prinsipləri, funksiyaları, marketinq tədqiqatları, marketinq informasiya sistemi, onun tərkib hissələrini, mikromühit və makromühit amilləri, bazarın seqmentləşddirilməsi, istehlakçı bazarlarının fəaliyyəti, bazarın məqsədli seqmentlərinin seçilməsini, məhsulların bölgü kanalları, onların idarə olunması, pərakəndə və topdansatış ticarətini, səmərəli marketinq əlaqələrini, stimullaşdırma kompleksinin quruluşuna təsir edən amillər, reklam, təbliğat, marketinq strateqiyası, planlaşdırma, nəzarət sistemi və beynəlxalq marketinq təcrübəsini bilməli;
mühasibat uçotunun xüsusiyyyətlərini, vəzifələrini, idarəetmə rolunu, təsərrüfat uçotunun formalarını, əsas vəsaitllərin, istehsal ehtiyatlarının, əmək haqqının ödənilməsinin istehsal məsrəflərinin, hazır məhsul və onların satışı, kassa və müxtəlif hesablaşma əməliyyatlarını, təsərrüfat əməliyyatllarının sənədləşdirilməsi və uçota əks edilməsi qaydalarını, vergiyə cəlb olunma əməliyyatlarını, Azərbaycan Respublikasının vergi sistemi, vergi növləri və dərəcələri, onların hesabllanma və ödənilmə qaydaları, təsərrüfat maliyyə fəaliyyətinin fuditin aparılması və daxili auditin təşkil prinsiplərini bilməli;
maliyyənin mahiyyəti və funksiyaları, dövlət büdcəsinin mahiyyəti, onun layihəsi və tərtibi, icrası mexanizmi, maliyyə planlaşdırılmasının prinsipləri və mərhələləri, maliyyə nəzarətinin növləri və keçirilməsi metodlarını, maliyyə nəzarətində Milli Bankın rolu, qeyri-dövlət maliyyə nəzarəti və onun xüsusiyyətlərini,, kreditin mahiyyəti, funksiyaları və prinsipləri, kredit sistemi, kreditin forma və növlərini, kommersiya banklarının təsis edilməsi, qeydiyyatı vvə ləğv eddilməsi qaydalarrı, bbanklara lisensiyaların verilməsi, kommerrsiya bankları üçün hesablar planını bilməli;
menecmentin fəaliyyət mexanizmini, menecmentin təkamülünü, menecmentin əsas və spesifik funksiyalarını, planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət və maketinq funksiyalarını, menecmentin maliyyə, kadr və istehsal fueksiyalarını, maliyyə fəaliyyətinin idarə edilməsi, kadrlların hazırlanması və idarə edilməsi, menecmentdə tətbiq edilən metodlar, menecmentdə liderlik və idarəetmə üslubları, menecment mədəniyyəti və etikası, menecerlərə xas olan xüsusiyyətlər, menecment qarşısında qoyulan tələblər, menecment və sahibkarlıq, menecment və biznes, müəssisələrin beynəlxalq iqtisadi əlaqələrinin qurulmasında menecmentin rolu və menecmentin hüquqi aspektlərini bilməlidir.
İxtisas fənnləri üzrə:
Bakalavr:
İstehsalın səmərəliliyi, istehsalın təşkili formaları, müssisənin əmlakı, əmək və əmək haqqının təşkili, istehal məsrəfləri, mənfəət, rentabellik göstəriciləri və təsərrüfatçılığın müxtəlif formaları və xüsusiyyətlərini, müəssisənin formaları və növlərini, müəssisənin maddi və maliyyə bazasını, müəssisənin bölmələrinin istehsal və inhibati təsərrüfat quruluşunu, istehsalın idarə edilməsinin təşkilini, istehsaın planlaşdırılmasını, məhsuldarlığın artımını, istehsal xərclərinin azaldılması amillərini, məhsul satışını, maliyyə fəaliyyətini, sahibkarlıq fəaliyyətini, maddi-texniki təminatın təşkilini, əmək münasibətləri sistemini, müəssisənin dövlət, hüüquqi və sosial-iqtisadi tənzimlənməsini bilməlidir;
Statistik məlumatlar, müvafiq metodik üsullardan istifadə qaydaları, sahədə iqtisadi göstəricildərin qruplaşdırılması və təhlili, həmin göstəricilərin qrafik təsvirini, variasiya əlamətlərinin hesablanmasınnı, indeks metodlarından istifadəni bilməlidir;
Müəssisənin ətraf mühitində qeyri-bərabərlik səviyyəsini qiymətləndirməyi və bundan asılı olaraq ranqlaşdırma üsulu ilə, zəif və güclü siqnalların kbməyi ilə staretici idarəetmə üsullarını, strateci planları (inkişaf, ləğv, diversifikasiya) və ondan cari (operativ) planlara keçməsi yollarını, strateci planlaşdırma və proqnozlaşdırma, firmadaxili planlaşdırmanı, strateci planlaşdırmanı və iqtisadiyyatın dövlət tənzimlənməsini, bazar strategiyasının yenidən işlənməsini, iqtisadi islahatların dərinləşməsilə makro strateci proqramları, firmadaxili strateci təsərrüfat bölmələrinin strateci istiqamətlərini, bazar strateqiyasının gəlirə təsiri yollarını bilməlidir;
Biznes-planın təşkilini, biznes və ümumiqtisadi münasibətləri, bizens sistemində idarəetmə və planlaşdırmanı, biznes-planın tərtib metodikasınnı, rəhbərlik və motivasiyanı, biznes və markeitnqi, kommersiya sövdələşmələrini, biznes sistemində rəqabəti tələb, təklif və tarazlıq zəruriyyətini, biznes infrastrukturunu, biznes psixologiyasını, biznesdə iqtisadi, sosial münasibətləri və maliyyə hesablamalarını bilməlidir;
Neft – qaz sahələrində obyektiv iqtisadi qanunauyğunluqların konkret fəaliyyətini, onların meydana çıxma formalarınnı, təsərrüfat rəhbərliyinin sistemlərini və üsullarını, xalq təsərrüfatı sistemində neft və qaz sənayesinin yeri və əhəmiyyəti, neft və qaz sahələrinin xarakterik əlamətlərini və xüsusiyyətlərini, mövcud istehsal ehtiyatlarının aşkara çıxarılması və işin səmərəliliyinin artırlması yollarını, istehsalın iqtisadi qanunlarının təzahür formalarını, yanacaq– energktika koompleksi sitemində inkişaf qanunauyğunluqlarını bilməlidir;
Sənaye sahələrinin istehsal texnlolgiyasını, istehsal prosesllərinin tərkib hissələrini, sənaye sahələrinin istehsal proseslərin, neftin və qazın çıxarılması üçün neft-mədən avadanlıqları və texonloci prosesləri, neftin emalı ilə məşqul olan neftayırma müəssisələrində tətbiq olunan texnoloci proseslər və avadanlınları, metalkəsən alətllər, dəzgahları və plastik kütlə məmulatllarının hazırlanmasında tətbiq olunan texnoloci prosesləri, maşınların yığılması, istehsal texnologiyası və avadanlıqları, hazır məhsullarnın keyfiyyətinə nəzarəti billməlidir;
İstiehsalın həcm göstəriciləri, əsasfondlardan istifadə göstəriciləri, əmək üzrə göstəriciləri, məhsulun maya dəyəri, marketinq xidməti, investisiya qoyuluşu mənbələri və gəlirin morcinal təhlili metodlarını bilməlidir.
Xüsusi fənnlər üzrə:
Bakalavr:
Sağdamlığın qorunmasında və möhkəmləndirilməsində, sağlam həyat tərzi formalaşmasında, mənəvi və iradi keyfiyyətlərin tərbbiyə olunmasında fiziki hazırlığın rolunu, vətənin mühafizəsində, fiziki imkanların əməyə və işə düzgün münasibətin tərbiyə edilməisndə idman və bədən tərbiyəsi amillərinin mahiyyətini dərk etməlidir;
Sülh və müharibə dövründə yaranan fövqəladə halların növlərini, mülki müdafiə orqanının təşkilinionun əasa qüvvələrini və vəzifələrini bilməli, xilasetmə vvə digər təxirəsalınmaz işlərin görülməsini, insanların və avadanlıqların radioaktivv və kimyəvi əzərərsizləşdirilməsini bacarmalıdır.
İİ 020000 Mühəndis iqtisadiyyatı və idarəetmə istiqaməti üzrə bakalavr hazırlığını təmin edən ali baza təhsil proqrammı
Fənnin kodu
|
Fənn bölümünün və fənlərin adı
|
Auditoriya saastlarının
miqddarı
3210
|
HF – B00
|
Humanitar fənlər
|
450
|
HF – B01
|
Azərbaycan tarixi
|
105
|
HF – B02
|
Azərbaycan dili (təlim rus dilində olanlar üçün)*
|
90
|
HF – B03
|
Xarici dil**
|
165
|
HF – B04
|
Seçmə fənlər
|
90
|
İÜHF – B00
|
İstiqamətin (ixtisasın) ümumpeşə hazırlığı fənləri
|
2085
|
İÜHF – B01
|
Riyaziyyat
|
240
|
|
Fizika•
Məhsuldar qüvvələrin yerləşdirilməsi••
|
75
|
İÜHF – B03
|
Kimya•
İqtisadi təhlil••
|
45
|
İÜHF – B04
|
Milli iqtisadiyyat
|
90
|
İÜHF – B05
|
İnformatika
|
105
|
İÜHF – B06
|
Mühəndis qrafiki
|
45
|
İÜHF – B07
|
Standartlaşdırma və keyfiyyətin idarə edilməsi
|
45
|
İÜHF – B08
|
Ekologiya
|
45
|
İÜHF – B09
|
Statistika
|
120
|
İÜHF – B10
|
Təbiətdən istifadənin iqtisadiyyatı
|
60
|
İÜHF – B11
|
Ekonometrika
|
75
|
İÜHF – B12
|
İqtisadi nəzəriyyə (mikro və makroiqtisadiyyat, iqtisadi təlimlər tarixi)
|
240
|
İÜHF – B13
|
Sahibkarlığın əsasları
|
90
|
İÜHF – B14
|
Marketinqin əsasları
|
90
|
İÜHF – B15
|
Mühasibat uçotu və audit
|
90
|
İÜHF – B16
|
Maliyyə, kredit və bank işi
|
90
|
İÜHF – B17
|
Menecmentin əsasları
|
90
|
İÜHF – B18
|
Dünya iqtisadiyyatı
|
60
|
İÜHF – B19
|
Xarici iqtisadi fəaliyyət
|
60
|
İÜHF – B20
|
Seçmə fənn
|
330
|
İF – B00
|
İxtisas fənləri
|
510
|
İF – B01
|
Seçmə fənn
|
90
|
XF – B00
|
Xüsusi fənlər
|
165
|
XF – B01
|
Bədən tərbiyəsi
|
120
|
XF – B02
|
Mülki müdafiə***
|
45
|
•- la göstərilən fənlər yanacaq – enerci və kimya kompleksi, maşınqayırma, metallurgiya, rabitə və nəqliyyat, tikinti sahələri üzrə bakalavr hazırlığı aparılan ali məktəblər üçün tutulur.
••-la göstərilən fənlər isə digər sahələr (aqrar, xidmət və s.) üzrə bakalavr hazırlığı aparılan ali məktəblər üçün nəzərdə tutulur.
İstiqamət (ixtisas) üzrə ali təhsil proqramı aşağıdakı normalara uyğun tərtib edilmişdir.
Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr – 198
Nəzəri təlim üçün ayrılan həftələr-115
Təcrübələr üçün ayrılan həftələr (ixtisasdan asılı olaraq) – 8**** -18
İmtahan sessiyası üçün ayrılan həftələr – 32
Tətillər üçün ayrılan həftələr – 36
Buraxılış işinin hazırlanması üçün – 5
Dövlət yekun attestasiyası üçün ayrılan həftələr -2
*Azərbaycan bölməsində təhsil alanlar öz arzuları ilə həmin saat həcmində ikinci xarici dil, yaxud Azərbaycan dili və nitq mədəniyyəti fənnlərini seçə bilərlər.
**I bölüm üzrə seçmə fənnlərə ali məktəb tərəfindən fəlsəfə,politologiya, sosiologiya, mədəniyyətşünaslıq, Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları və s., hümanitar, sosial-iqtisadi fənnlər daxil ola bilər.
Bütün bölmələrdə seçmə fənnlər bir neçə blokda(ən azı 2 blok) ibarət ola bilər. Ali məktəb tərəfindən hər bir bloka seçmə fənnlər üçün nəzərdə tutulmuş saat həcmini aşmamaq şərtilə tədris yükü müəyyənləşdirilir. Tələbə həmin blokların hər birindən yalnız bir fənn seçmək hüququna malikdir və onun seçdiyi bu fənn həmin bloka ayrılan saat həcmində tədris olunmalıdır. Məsələn: fərz edək ki, ali məktəb tərəfindən humanitar bölümə daxil olan seçmə fənnlər(cəmi 90 saat) üzrə iki blok müəyyənləşdirilmişdir. Birinci bloka seçmə fənnlərdən «fəlsəfə», «iqtisadiyyat», «politologiya», ikinci bloka «mədəniyyətşünaslıq», «Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları», «sosiologiya» fənnləri daxil edilmişdir. Birinci bloka daxil olan fənnlərin tədrisinə 60, ikinci bloka daxil olan fənnlərə isə 30 saat müəyyənləşdirilmişdir. Əgər tələbə 1-ci blokda fəlsəfəni, 2-ci blokda isə sosiologiyanı seçibsə onda ona həmin fənnlər müvafiq olaraq 60 və 30 saat həcmində tədris olunmalıdır.
*** Standartın strukturundakı tibbi biliklərin əsasları fənninə ayılan 150 saat ümumpeşə həzırlığı fənlərinə verilə bilər.
**** Təcrübənin müddəti 8 həftədən çox oluqda onun təşkili nəzəri təlim üçün ayrılan həftələrin hesabına keçirilə bilər.
İİ 020000 “Mühəndis iqtisadiyyatı və idarəetmə” istiqaməti üzrə ali baza təhsil hazırlığı proqramına daxil olmuş fənnlərin qısa məzmunu
HF-B00 Hümanitar fənnlər (450 saat)
HF-B01 Azərbaycan tarixi(105 saat)
Azərbaycan tarixinin predmeti, problemləri, onunu öyrənilməsinin məqsədi və mənbələri: Qədim Azərbaycanda sivilizasiya, Azərbaycanın etno-siyasi xəritəsi və qədim dövlətlər, Azərbaycanda feodal dövlətlər, Azərbaycanda feodal cəmiyyəti. Ərəb xilafətinin tərkibində olan müddət işğalçılara qarşı azadlıq mübarizəsi, Azərbaycan xalqının və dilinin təşəkkülü, IX-XII əsrlərdə Azərbaycanda feodal dövlətlər, XIII – XV əsrlərdə monqolların Azərbaycanı işğal etməsi və onlara qarşı mübarizə, Qaraqoyunlu v ağqoyunlu dövlətləri haqqında, Azərbaycanda Səfəvilər dövlətinin fəaliyyəti və onun tarixdə yeri, Azərbaycan xanlıqlar dövründə, Azərbaycan əsrin birinci yarısında Rusiya və İran arasında bölüşdürülməsi – xalqın iki yerə parçalanması, Azərbaycan dövlətçiliyinin məhv edilməsi, erməni və rus köçkünləri hesabına Azərbaycanın etnik mənzərəsinin süni şəkildə dəyişdirilməsi, Azərbaycanın XIX əsrin II yarısında aqrar və burcua islahatları, kapitalizmin inkişafı, Azərbaycanda XX əsrin əvvəllərində sosial-iqtisadi və siyasi vəziyyət, I Dünya müharibəsi dövründə ilk Azərbaycan Demokratik dövləti, Azərbaycan sovet recimi şəraitində, Azərbaycan II Dünya müharibəsi və ondan sonrakı dövrdə, Azərbaycanın Dövlət müstəqilliyinin bərpası və onun möhkəmləndirilməsi uğrunda mübarizə ümummilli lderimiz Heydər Əliyevin rolu, Azərbaycanın sosial-iqtisadi inkişafı, yeni neft strattegiyasının hazırlanması və onun həyata keçirilməsi.
HF-B02. Azərbaycan(rus) dili (90 saat)
Azərbaycan dilindən orta məktəbdə alınan vərdişləri möhkəmlətmək və inkişaf etdirmək, sərbəst danışıq vərdişinə yiyələnmək, azərbaycan dilində istənilən məqamlarda ünsiyyət saxlamağı bacarmaq; fikrini yazılı şəkildə ifadə etmək, yazıda orfoqrafiya normasına yiyələnmək; öz ixtisası ilə bağlı elmi ədəbiyyatlardan istifadə imkanı əldə etmək; müxtəlif üslublarda ədəbiyyat və materialı mənimsəmək, həmin üslubların yazılı və şifahi formalarında özünü ifadə etməyi bacarmaq.
Gündəlik ünsiyyətdə zəruri olan leksik-qramatik materialların öyrənilməsi, nitq fəaliyyətinin mövcud formalarının (dialoq-monoloq, yazılı-şifahi) lazımi səviyyədə mənimsənilməsi; fənn üzrə leksik və qrammatik minimumun öyrənilməsi; orcinal elmi-texniki əsərlərin oxunub dərk olunması, onların referatlaşdırılması; lazımi elmi-texniki ədəbiyyatın adekvat tərcümə olunması; nitq mədəniyyətinin lazımi səviyyədə inkişaf edilməsi və elmi, ədəbi və adi ünsiyyətdə fikirlərinin həcmli və sadə izah edilə bilməsi.
HF-B03. Xarici dil (165 saat)
Pedoqoci prosesdə təlim məqsədləri kompleks (inkişf etdirici, tərbiyəedici) həyata keçirilir. Bütün tələbələrə eyni təlim şəraiti yaradılmaqla pedoqoci proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir. Tələbə pedoqoci prosesin mərkəzində ddayanır. Bütün tədris və təlim işi tələbənin maraq və tələbatlarının öyrənilməsinə, onun istedad və qabiliyyətlərinin, imkanlarının inkişafına yönəldilir. Tələbələrin idrak fəallığı təhlil edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimllənir, yazılı və şifahi nitq vərdişləri əsasında dialoqa girməyi, müstəqil surətdə rəy və mülahizələr irəli sürməyi, müxtəlif məlumat və mənbələrindən istifadə etməyi, əməli-yaradıcı yazılar yazmağı sadə olmayan konstruksiyalardan şifahi və yazılı nitqdə istifadə edir. İlk dəfə təqdim edilmiş və tərkibində 10%-ə qədər naməlum sözlər olan mətni lüğət vasitəsilə oxuyur, əsas məzmununu izah edir. Gələcək fəaliyyətində öyrəndiyi bilikləri öz iş praktikalarında tətbiq etmək bəcərığı həmsöhbətləri ilə öz fikirlərini sərbəst bölüşdürmək və öz mühakimələrini yürüdə bilmək; oxu, yazı dinləyib anlama, danışma vərdiş və bacarıqlarının inkişaf etdirilməsi; gündəlik ünsiyyət üçün zəruri olan yeni fonetik, leksik və qrammatik (şifahi, yazılı, monoloci və dioloci) inkişaf etdirilməsi; fonetik, leksik və bədii ədəbiyyatın tərcüməsi, ixtisas üzrə ədəbiyyatın təhlili və tətbiqi.
Diplom işlərinin yazılmasında və müdafiəsində elmi-metodiki ədəbiyyatlardan istifadə vərdişlərinin aşılanması.
HF-B04. Seçmə fənnlər(90 saat)
İÜHF-B00 İstiqamətin (ixtisasın) ümumpeşə hazırlığı fənləri ( 2085 saat)
İÜHF-B01 Riyaziyyat (240 saat)
Xətti cəbrin və analitik həndəsənin elementləri. Riyazi analizə giriş. Birdəyişənli funksiyanın diferensial hesabı. Diferensial hesabın təətbbiqi. Ali cəbrin elementləri. Çoxdəyişənlli funksiyalar və onların diferensial hesabı. Qeyri-müəyyən inteqral. Müəyyən inteqral, onun həndəsə və mexanika məsələlərinə tətbiqləri. Qeyri-məxsusi inteqrallar. İkiqat və əyrixətli inteqrallar. Ədədi və funksional sıralar. Adi differensial tənliklər sistemi. Riyazi fizika tənlikləri. Ehtimal nəzərriyəsinin əsasları.
İÜHF-B02 Fizika• (75 saat)
Mexanikanın fiziki əsasları: klassik mexanikada vəziyyət anlayışı, hərəkət tnliklləri, saxlanma qanunları, relyativistmexanieanın əsasları, mexanikada nisbilik prinsipi, bərk cismin, mayelərin və qazların kinematikası və dinamikası; elektrik və maqnetizm: vakuum və maddələrdə elektrostatika və maqnetostatika. Maksvell tənlikləri, inteqral və diferensial formada, maddi tənliklər, kvazistasionar cərəyanlar, elektrodinamikada nisbilik prinsipi; rəqslər və dalğalar fizikası: harmonik və qeyri-harmonik osilyator, spektral ayrılmanın fiziki mənası dallğavari proseslərin kinematikası, dalğaların interferensiyası və difraksiyası, Furyekorpuskulyar dualizm, qeyri-müəyyənlik Prinsipi, kvant vəziyyəti, superövqe Prinsipi, hərəkətin kvant tənlikləri, fiziki kəmiyyətlərin operatorları, atom və malekulların elektrik spektri, kimyəvi əlaqənin təbiəti: Statistik fizika və termodinamika: termodinamikanın üç başlanğıc hallarının termodinamik funksiyaları, faza müvazinətləri və faza çevrilmələri, qeyri-müvazinətli termodinamika elementləri, klassik və kvant statistikası, kinetik hadisələr, yüklənmiş hissəciklər sistemi, kondensasiya halı.
Məhsuldar qüvvələrin yerləşdirilməsi••
Kursun məqsəd və vəzifələri, məhsuldar qüvvələrin yerləşdirilməsinin qanunauyğunluqları, prinsipləri və metodları, dünya üzrə və ayrı-ayrılıqda dövlətlər üzrə (seçmə yolla) təsərrüfatın formalaşması, əhalinin məskunlaşması və əmək ehtiyatlarından istifadə, rayonlararası və beynəlxalq ərazi əmək bölgüsü, ərazi istehsal komplekslərinin formalaşması və inkişafı, MDB vvə dünya dövlətlərinin iqtisadi-coğrafi səciyyəsi.
İÜHF - B03 Kimya• (45 saat)
Kimyəvi sistemlər: məhlullar, dispers sistemlər, elektrokimyəvi sistemlər, kvalizatorlar və kataliz sistemlər, polimerlər vvə olqomerlər;
Kimyəvi termodinamika və kinetika: imyəvi termodinamika və kinetika: kimyəvi proseslərin energetikası, kimyəvi və faza tarazlığı, reaksiya sürəti və onun tənzimlənməsi metodları, ddəyişən reaksiyalar, maddələrin reaksiya qabiliyyəti: kimya və elementlərin dövrü sistemi, maddələrin turşu-əsaslı və oksidləşdirici-bərpa xassələri, kimyəvi eyniləşdirmə: keyfiyyət və kəmiyyət analizi, analitik siqnal, kimyəvi, fiziki-kimyəvi və fiziki analiz.
İqtisadi təhlil••
İqtisadi təhlilin nəzzəriyyəsi; sənaye müəssisələrinin, birliklərinin fəaliyyət və təşkil səviyyəsi, məhsul buraxılışı üzrə göstəricilər; məhsul satışı planının və müqavilə öhdəliklərinin yerinə yetirilməsi; əsas fondların tərtibi; texniki vəziyyəti və onlarddan istifadə; əmək göstəriciləri; maddi – texniki təchizat və materiallardan istifadə; məhsulun maya dəyərinin təhlili; müəssisənin mənfəət və rentabelliyinin, maliyyə vəziyyətinin təhlilinin aparılması metodu və qaydaları; iqtisadiyyatın digər sahələrinin (kənd təsərrüfatı, ticarət, tikinti, nəqliyyat və təchizat, büdcə idarləri) müştərək və qeyri-dövlət müəssisələrinin təsərrüfat fəaliyyətinin təhlilinin xüsusiyyətləri; operativ iqtisadi təhlili; auditor xidmətinin təhlili.
İÜHF – B04 Milli iqtisadiyyat (90 saat)
Milli iqtisadiyyatın mahiyyəti, predmeti və məzmunu. İqtiadi sistemin maddi-texniki bəzəsı. Milli iqtisadiyyatın formalaşdırılması. İqtisadiyyatın bazar strukturunun yaradılması. Milli sərvət vvə onun quruluşu. Miəcmu Milli mməhsulun istehsalı və artırılması mənbələri. Ölkənini Milli gəliri və onun bölgüsü mexanizmi. Azərbaycanın bank sistemi. Pul tədavülünün təşkili. Valyuta bazarının təşkili və tənzimlənməsi.
Azərbaycanın yanacaq – energetika kompleksi sahələrinin iqtisadi vəziyyəti və inkişaf perspektivləri. Neft strategiyasının həyata keçirilməsində neft müqavilələrinin əhəmiyyəti. Neftin dünya bazarına çıxarılması problemləri. Neft emalı sənayesinin ümumi xarakteristikası. Ölkə iqtsadiyyatının inkişafında metallurgiya və maşınqayırma sənayesinin rolu və əhəmiyyəti. Respublikanın maşınqayırma kompleksinin sahə quruluşu və onun təkmilləşdirilməsi. Ölkədə kimya və neft-kimya sənayesinin əsas sahələri və mərkəzləri. Kimya sənayesi və ətraf mühitin qorunması məsələləri.
Azərbaycanın torpaq fondu. Torpaq islahatı, özəlləşdirmə. Torpaqdan istifadənin iqtisadi formaları. Respublikanın istehsal və sosial infrastrukturu. Ölkənin sənaye sahələrinin xarakteristikası və onların perspektivləri.
Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri. Xarici ölkələrin azərbaycana maraqlarının artması. Xarici nvestisiya əhəmiyyəti.
İÜHF-B05 İnformatika (105 saat)
İnformasiya anlayışı və iqtisadi informasiya. Alqoritm, onun təsviri və xassələri. Fərdi kompüterin əsas qurğuları və onların funksiyaları. Proqramm təminatı. Windows XP əməliyyat sistemi. Word mətn redaktoru. İqtisadi informasiyanın emalında Excel proqramlarının tətbiqi. Turbo Pascal alqoritmik dili. Sadə və mürəkkəb operatorlar. Birölçülü massivlər. Massivlərlə tipik əməllər. Fayl haqqında anlayış. Fayllar üzərində əməllər. Crt və Graph modulları. Bəzi sadə fiqurların qurulması.
İqtisadi informasiyanın axtarışı və nizamlama alqoritmləri. Verilənlər bazarı, bankları, onların quruluşu və yaradılma prinsipləri. Tətbiqi proqramm paketləri. İqtisadi məsələlərin həllində standart paketlərdən (Matlab, Matchad, Mathematica, Maple vvə s.) istifadə. Lokal və qlobal şəbəkələr. Müasir informasiya texnologiyaları. İnternet Beynəlxalq kompüter şəbəkəsi və onun imkanlarından istifadə qaydaları.
İÜHF-B06 Mühəndis qrafikası (45 saat)
Fəza təsəvvürünün inkişafı, maşın, cihaz, apparat və s. hissələrinin, yığım vahidləri və onların çertyoclarının tərtib olunması qaydalarının öyrənilməsi. Proyekləndirilmə metodları; nöqtə, ddüz xətt və müstəvinin çertyocda təsviri və onların qarşılıqlı vəziyyətlərinin öyrənilməsi; proyeksiyaların çevrilmə üsulları; məsrəflər, bucaqllar və yastı fiqurların ölçülərinin əsl boyunun təyini; çoxüzlülər, əyri səthlər, onların düz xətt və müstğəvi ilə kəsişməsi; rəsmxəttin əsas standartlları; həndəsi qurma və qoşulmalar; təsvirlər; ölçülər; aksonometrik proyeksiya; birləşmələr; hissələrəayırma; kinematik sxemlərddə tərtib olunan işarələlin öyrənilməsi; kompüter qrafikası əsaslərı.
İÜHF-B07 Standartlaşdırma və keyfiyyətin idarə edilməsi (45 saat)
«Standartlaşdırma və keyfiyyətin idarə edilməsi» fənninin (mühazirə, laboratoriya vvə məşğələ nəzərdə tutulmaqla) qısa məzmunu: standartlaşdırma, standart, məhsulun keyfiyyəti və onun texniki səviyyəsi, qarşılıqlı əvəzolunma; standartlaşdırmanın məqsədi, məsələləri və prinsipləri; standartlaşdırma üsulları; standartların kateqoriyaları və növləri; parametrik standartlaşdırma; əmtəələrin ştrixkodlarının mahiyyəti; sertifikatlaşdırma, sertifikatlaşdırma sistemi, sertifikatlaşdırma üzrə orqanlar, sınaq laboratoriyaları və onların akkreditasiya qaydaları; sertifikatlaşdırmanın növləri və üsulları; oxşar məhsulların sertifikatlaşdırma qaydaları; Milli sertifikatlaşdırma sistemi – AZS; inspeksiya nəzarəti; məhsulun keyfiyyət göstəricələri; fərdi və kompleks keyfiyyət səviyyələri; keyfiyyətə nəzarət; nəzarət üsulları; keyfiyyətin idarə edilməsi.
İÜHF-B08 Ekologiya (45 saat).
Ekologiya anlayışı. Ekoloci amillər. Ekologiyanın vəzifələri. Mühitin adaptasiya exanizmi. Ekologiya və elmi – texniki tərəqqi. Ekoloci sistemlər və onların təsnifatı. Trofik səviyyələr. Qida zənciri. Biosver və onun quruluşu, atmosfer, hidrosfer və noosfer haqqında məlumat. Biosferdə maddələr dövranı canlı maddə və ya biokütlənin kimyəvi funksiyaları. Ekosistemlərə antropogen təsir. Antropogen çirklənmənin buraxıla bilən həddi. İnsana maksimal buraxıla bilən ekoloci yük.
Ətraf mühitin mühafizəsi probllemləri. İnsan tərəfindən təbi i qanunauyğunluqların pozulması, atmosferin qorunması, atmosferin tərkibi. Atmosferin əsas çirklənmə mənbələri. Təbii və süni çirklənmə. Atmosferə atılan tullantıların azaldılması üçün görülən tədbirlər. Atmosfer havasının zərərli qazlardan və tozdan təmizlənməsi. Mexaniki təmizlənmə: çökdürücülər, tsiklonlar, yuyucular haqqında məlumat. Qazların sorbsion təmizlənməsi. Qazların katalitik təmizlənməsi. Sənaye tullantı sularının təsnifatı. Su hövzələrinin çirklənmə mənbələri. Sənaye tullantı sularının atılma şərtləri: şəhər kanalizasiyasına və açıq su hövzələrinə atılması. İstehsalat tullantı sularının təmizlənmə üsulları: mexaniki, kimyəvi təmizləmə-neytrallaşdırma və oksidləşdirmə üsulları, fiziki-kimyəvi emal prosesləri: koaqulyasiya, flotasiya, ion-mübadilə, elektrodializ, əksosmos, ekstraksiya.
Litosferin mühafizəsi problemləri. Litosferin mühafizəsi üçün görülən tədbirlər. Aztullantılı və tullantısız texnlogiyaların araşdırılması, onların tətbiqinin texniki iqtisadi cəhəti. Təkrar maddi ehitiyatların yaradılması haqqında məluamt. Ətrraf mühitin monitorinqi, bioekoloci monitorinq. Kosmos ekologiyası. Kosmosun zibildən qorunması.
İÜHF-B09 Statistika (120 saat).
Statistika fənninin və statistik tədqiqatın əsas metodlarının, statistik müşahidə, qruplaşma və yekunlaşdırma, ümumiləşdirici göstəricilərinin hazırlanması, onların müxtəlif qrafiki təsvir üsulları, seçmə müşahidəsi, variasiya sıraları, dinamika sıralarının təhlili, təhlilin indeks metodu, sənaye məhsulunun istehsalı və satışı, məhsulun və işlərin keyfiyyəti göstəricilərinin təhlili, sənayedə işçi qüvvəsi və iş vaxtından istifadənin əhəmiyyəti, əmək məhsuldarlığının səviyyə göstəriciləri, sənayedə əməyin ödənilməsi, əsas fondlar, avadanlıqlar, dövriyyə vəsaitləri, elmi-texniki tərəqqi, məhsulun maya dəyəri və müəssisələrin maliyyə nəticələrinin təhlili verilməklə yanaşı bu bölmələr üzrə tipik məsələlərin həlli, çalışma və məsələlər.
İÜHF-B10 Təbiətdən istifadənin iqtisadiyyatı (60 saat).
«Təbiətdən istifadənin iqtisadiyyatı» fənninin predmeti, metodu və vəzifələri. Ekoloci, iqtisadi və sosial tərkib hissələrindən ibarətmürəkkəb kompleksin idarə olunmasında kursun əlaqəsi və onun tənzimlənməsi. Təbii proseslərin pozulmasının canlı aləmin sağlamlığına mənfi təsiri. İqtisadi inkişaf və ekoloci amillər. Təbiətdən istifadənin iqtisadi səmərəliliyi. İqtisadi inkişafın ekologiyalaşmasının əsas istiqamətləri və dayanıqlı inkişafa keçid.
Ətraf mühitə çirklənmədən ddəyən sosial-iqtisadi zərərin müəyyən olunması. Ətraf mühitin mühafizəsinin iqtisadi qiymətləndirilməsi. Təbiətin mühafizəsinə çəkilən xərclərin səmərəliliyini təyin edən üusllarö su, torpaq və meşə ehtiyatları, onların mühafizəsi yolları. Bioloci ehtiyatlar və onların mühafizəsi. Ölkənin mineral sərvətlərinin istifadəsi və mühafizəsi. Ekoloci sahibkarlığın mahiyyəti. Ekoloci sığorta və onun zəruriliyi.
İÜHF-B11 Ekonometrika (75 saat).
Dinamik proqramlaşdırma və optimallıq prinsipi. Resursların paylanmasının birölçülü prosesi üçün Bellman tənliyi və onun ədədi sxemi.
Resursların paylanmasının çoxölçülü prosesi və onun riyazi modeli. Xərcləri nəzərə almaqla resursların paylanması. Ehtiyatların idarə olunması məsələlərinin təsnifatı. Tələb dəqiq və təsadüfi olduqda məhsul buraxılışının təşkilinin riyazi modelləri.
İstehsal sahələrinin inkişafı və yerləşdirilməsi planlarının hazırlanmasının əsas mərhələləri. İnkişaf və yerləşdirmənin birməhsullu sahə modeli. İstehsal funksiyaları və onun xüsusi halları. İstehsal funksiyalarının xassələri. Resursların əvəz edilməsi və izoknaftlar. Buraxılış funksiyalarının əsas növləri və onların təhlili.
İÜHF-B12 İqtisadi nəzəriyyə (mikro iqttisadiyyat, iqtisadi
təlimlər tarixi – 240 saat).
İqtisadi nəzəriyyənin predmeti, ümumiqtisadi qanunauyğunluqlarıntəhlili metodu və metodologiyası, mübadilənin əsasları, rəqabətli bazarın fəaliyyəti, dövlət bölməsinin əsasları, mülkiyyət anlayışı, makro və mikro iqtisadiyyata giriş, pul, pul tədavülü və pul siyasəti, Milli gəlir, məcmu xərclər, tələb, təklif, qiymət siyasəti, fiskal siyasət, təkrar istehsal və Milli hesablar sistemi, iqtisadi artım, işsizliyin və infilyasiyanın makroiqtisadi problemləri, dünya iqtisadiyyatı və iqtisadi artım, məcmu tələb, istehlakçıların mövqeyi, xərclər və məcmu təklif, rəqabət, rəqabətin formaları, bazar, bazarın növləri, gəlirlərin bölgüsü, təbii ehtiyatlar, müqaisəli iqtisadi sistemlər, milli iqtisadiyyat və milli bazar. Beynəlxalq ticarət; ticarət və tədiyyə balansları; beynəlxalq maliyyə və valyuta sistemi; sivilizasiyanın qlobal iqtisadi problemləri.
İqtisad konsepsiyalar: merkontalizm, fiziokartlar, klassik məktəb, utopik sosializm və kommunizm, müasir iqtisadi təlimlər.
«Mikro və makro iqtisadiyyat» fənnində bazar iqtisadiyatı şəraitində ayrıca iqtisadi subyektlərlə iqtisadi qərarların qəbul edilməsi prosesinin öyrənilməsinə, bazarlarda iqtisadi subyektlərin qarşılıqlı təsirinin təhlilinə və həmçinin bütövlükdə təsərrüfat üzrə iqtisadi artım, məşğulluq problemlərinə, iqtisadi siyasət haqqındakı problemlərə baxılır.
İÜHF-B13 Sahibkarlığın əsasları (90 saat).
Kursun predmeti, metodu və əsas vəzifəsi. Sahibkarlıq anlayışı. Sahibkarlıq fəaliyyətinin iqtis adi məzmunu və əsas prinsipləri. Azərbaycanda sahibkarlığın inkişafı üçün milli tarixi, iqtisadi və sosial zəminlər.
Mülkiyyət formasına görə sahibkarlıq fəaliyyətinin növləri. Fəaliyyət predmetinə görə sahibkarlıq fəaliyyətinin əsas formaları. Sahibkarlıq fəaliyyətinin informasiya təminatı. Sahibkarlıq fimalarında menecment sisteminin məzmunu və strukturu. Sahibkar və kollektivin qarşılıqlı münasibətləri. İşgüzar danışıqların aparılması üsulları.
Sahibkarlıqda qiymətqoymanın mahiyyəti və məqsədləri. Məhsulun keyfiyyəti – bazarın tənzimləyicisi kimi. Rəqabət və sahibkarlıq sirri. Azərbaycanda rəqabət mühitinin inkişafı məsələləri. Sahibkarlıq riski və onun mahiyyəti. Risk dərəcələrinin qiymətləndirilməsi. Riskin azaldılması yolları və onun sığortalanması. Sahibkarlığın inkişafında kiçik və orta müəssisələrin rolu. Səhmdar cəmiyyətlərinin yaradılması və idarə edilməsi. Səhmlər. Səhmlər paketinin idarə edilməsi. Qiymətli kağızlar bazarının işləmə mexanizmi və fond bircaları. Sahibkarllıq fəaliyyətində strateci və operativ təhlilin məqsəd və vəzifələri. Rəqiblərin istehsal xərclərinin müqaisəli təhlili. Satış bazarlarının təhlili. Xərclərin aşağı salınması və istehsalın optimallaşdırılması üzrə trateci tədbirlərin işlənməsi.
Azərbaycandda sahibkarlığıınn inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətləri. Sahibarlıq fəaliyyətinin maliyyələşdirilməsi. Xarici sahibkarlıq fəaliyyətinin formalaşdırılması. Sahibkarlıq fəaliyyətinin kadr təminatında dövlətin rolu.
İÜHF-B14 Marketinqin əsasları (90 saat).
Marketinqin nəzəri əsasları; marketinq konsepsiyaları və onlarınn təkamülü; marketinqin təşkili və idarə edilmə sistemi; Azərbaycanda marketinqdən istifadənin zəruriliyi və onun təşkili problemləri; marketinq tədqiqatları və marketinq informasiyalar; marketinq mühiti; marketinqin strateqiyası və taktikası; strateci planlaşdırma; marketinq proqramları və onların hazırlanması; marketinqə nəzarət və onun formaları; bazarın kompleks tədqiqi və proqnozlaşdırılması, istehlakçı davranışı və onun modelləşdirilməsi, bazarın seqmentləşdirilməsi və məqsədlli bazarların seçilməsi; əmtəə və əmtəə siyasəti;mal çeşidinin planlaşdırılması; yeni malların hazırlanması və bazara çıxarılması; əmtəələrinhəyat silsiləsi problemi; marketinq və qiymət siyasəti; mal bölüşdürücü kanalları və ticarət siyasəti, pərakəndə və topdan ticarət; satışın həvəsləndirilməsi sistemi; marketinq sistemində reklam; beynəlxalq marketinq marketinq və cəmiyyət.
İÜHF-B15 Mühasibat uçotu və audit (90 saat).
İdarəetmə sistemində mühasibat uçotu; mühasibat uçotunun təşkili əsasları; kapitalın uçotu, müəssisənin əsas vəsaitləri və qeyri-maddi aktivlərin qiymətləndirilməsi və uçotu; maliyyə qoyuluşlarının və borcların uçotu; istehsal ehtiyatlarının uçotu; əmək və onun ödənilməsinin uçotu; istehsal məsrəflərinin uçotu; hazır məhsulun və onun satışının uçotu; pul vəsaitlərinin hesablaşma və kredit əməliyyatlarının uçotu; icarə əməliyyatlarının uçotu; maliyyə nəticələrinin uçotu; fondlar və ehtiyatların uçotu; müəssisənin uçot siyasəti; qeyri-dövlət müəssisələrində uçotun təşkili; xarici-iqtisadi fəaliyyətin uçotu. Vergi sisteminin ümumi xarakteristikası; vergi anlayışı, vergi sisteminin təşkili prinsipləri, vergilərin təsnifatı və funksiyaları. Vergi xidmətinin təşkili; dövlət vergiləri, onların növləri, hesablanması. Gömrük rüsumları, onların iqtisadi mahiyyəti və tutulması qaydaları. Yerli özünüidarəetmədə vergilərin rolu. Xarici-iqtisadi fəaliyyət dairəsində vergilər, inkişaf etmiş ölkələrdə vergitutma, onunu xüsusiyyətləri. Vergilərin beynəlxalq iqtisadi mü nasibətlərin dövlət tənzimlənməsində rolu. Audit, auditin mahiyyəti, təşkili və formaları.
İÜHF-B16 Maliyyə, kredit və bank işi (90 saat).
Maliyyənin mahiyyəti və rolu; bazar iqtisadiyyatında keçid dövründə maliyyədən istifadə olunması; dövlətin maliyyə siyasəti və maliyyənin idarə edilməsi; dövlət büdcəsi, sığorta, müəssisələrin pul yığımlarının yaranması və istifadəsi; investisiyanın maliyyələşdirilməsi; müəssisələrin dövriyyə vəsaitləri və onların maliyyələşdirilməsi; müəssisənin idarə olunması sistemində maliyyə; maliyyə-kredit bazarı. Pulun, kreditin və bankların mahiyyəti və rolu; bank işi; pul dövriyyəsi və proqnozlaşdırma; müəssisələr arasında nağdsız və nağd pul hesablaşmaları; müəssisənin idarə edilməsində qısa müddətli kreditlərin rolu; fond bircası; beynəlxalq maliyyə və valyuta – kredit münasibətləri; xarici ölkələrin maliyyə, pul-kredit sistemləri.
İÜHF-B17 Menecmentin əsasları (90).
Menecmentin mahiyyəti. Menecmentin predmeti və vəzifələri.
İdarəetmə məktəbləri və yanaşmaları. İdarəetmə səviyyələri və pillələrin təşkili. Üfüqi və şaquli əmək bölgüsü. Menecmentin əsas prinsipləri. Menecmentdə daxili və xarici təsir amilləri. İnformasiya və kommunikasiya, onların təşkili. Qərar qəbl edilməsi prosesi və üsulları.
Menecmentin əsas və spesifik funksiyaları. Planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət və marketinqş funksiyalarının məsuliyyətləri. Köməkçi funksiyalar: uçot maliyyə, kadr, texniki və texnoloci və s. funksiyaların spesifik xüsusiyyətləri.
Menecmentin metodları. İqtisadi metodlar və onların əsas elementləri. İnzibati metodlar və onların sərəncamverici, normalaşdırıcı və tənzimləyici xüsusiyyətləri. Sosial-psixoloci metodlar və onların başlıca ünsürləri.
Liderlik və rəhbərlik üslubları. Heyyətin idarə olunması. Rəhbər kadrların hazırlanması üsulları.
İstehsalın təşkili və idarə olunması. Müəssisələrin təşkili və yerləşdirilməsi. Əmtəələrin layihələşdirilməsi, onların keyfiyyətinin idarə edilməsi.
Menecmentdə münaqişə və stresin idarə olunması. Münaqişələrin tipləri və növləri. Stress və onun aradan qaldırılması yolları. Menecment mədəniyyəti, onun formaları və əsas amilləri. Menecment etikası və etika kodeksinin əas tələbləri. Strateci menecment, onun mahiyyəti və vəzifələri. Strateci idaretmədə funksional yanaşmalar.
İÜHF-B18 Dünya iqtisadiyyatı (60 saat).
Müasir dünya təsərrüfatının inkişafı, əsas cəhətləri, genezisi və müasir inkişaf dövrünün xüsusiyyətləri; inhisarın və rəqabətin qlobal xarakter alması; ölkələrarası qarşılıqlı asılılığın güclənməsi və onu şərtləndirən amillər; dünya ölkələrinin tipologiyası; iqtisadi inkişafın kəmiyyət və keyfiyyət göstəriciləri; təkamül və struktur islahatları; iqtisadi inkişafın qeyri-bərabərliyi, onun əsas növləri, səbəbləri və amilləri; dünya iqtisadiyyatının təkrar i stehsal və sosial-iqtisadi strukturu; qlobal iqtisadi inkişaf dinamikasının mühüm amilləri; iqtisadi dinamikanın subyektləri və hərəkətverici qüvvələri; beynəlxalq inhisarların qlobal iqtisadi inkişafa təsiri; dünya iqtisadiyyatının qlobal inkişaf poblemlərinin mahiyyəti; təkamülü və inkişaf xüsusiyyətləri; ddünya iqtisadiyyatının qlobal inkişaf problemlərinin mahiyyəti, xarakteri və həll edilməsi yolları; dünya iqtisadiyyatının inkişaf moddelləri; ümumtarazlıq, sahələrarası və hibrid modelləri; qlobal modelləşdirmənin mahiyyəti və xüsusiyyətləri; dünya iqtisadi inkişafının siyasi və sosial aspektləri; Azərbaycanın dünya iqtisadiyyatında yeri və rolu.
İÜHF-B19 Xarici iqtisadi fəaliyyət (60 saat).
Xarici iqtisadi amillərin rolu; dünya bazarı, dünya bazarında işçi qüvvəsi; dünya bazarında qiymət qoyma; dünya kapital bazarı və beynəlxalq kredit; dünya bazarında mallar və xidmətlər.
Xarici ticarət əməliyyatları: kontraktlar arbitac, bircalar, hzərraclar; beynəlxalq hesablaşmalar və valyuta; risklərin sığortası; beynəlxalq ticarətdə kreditləşdirmə; xarici iqtisadi əlaqələrin idarə edilməsinin müasir mexanizmləri; idaretmədə islahatlar, dövlət tənzimləmə tədbirləri, müştərək müəssisələr, valyuta – maliyyə mexanizminin təkmilləşdirilməsi.
İÜHF-B20 Seçmə fənnlər(300 saat)
İF-B00 İxtisas fənnləri(450 saat)
(İxtisas və seçmə fənləri və onların məzmunu ali məktəbdə tərəfindən müəyyənləşdirilir.)
İF-B01 Seçmə fənn (90 saat)
XF – B00 Xüsusi fənnlər (125 saat).
XF – B01 Bədən tərbiyyəsi (120 saat)
Tələbələrin ictimai və peşə hazırlığına fiziki cəhətdən hazırlıq; fiziki hazırlığın sosial və bioloci əsasları; sağlamlıq sistemləri və idman nəzəriyyəsi, metodikası, təcrübəsi. Tələbələrin peşəkar və tətbiqi fiziki hazırlığı, fiziki hazırlığın artırılması üsulları.
XF – B02 Mülki müdafiə (45 saat)
Təhlükə və fövqəladə hallar. Sülh və müharibə dövründə yaranan fövqəladə halların növləri, mülki müdafiə orqanının təşkili, onun qüvvəsi və vəzifələri. Kütləvi qırğın silahlarının fərdi və kollektiv mühafizə tədbirləri. Sənaye obyektlərində iş sabitliyinin əsasları. Fövqəladə hallarda sənaye obyektlərində davamlı işləmələrin təmini üsulları (təşkilatı və texnikası).
Xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi. Adamların və avadanlıqların radioaktiv və kimyəvi çirklənməsinin zərərsizləəşdirilməsi üsulları. Mülki müdafiədə istifadə edilən cəhətlər.
|
|