Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali Mehdi (ə) barəsində xəbər



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə196/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   192   193   194   195   196   197   198   199   ...   227
AliMuhemmedin sirleri

254
Suleym ibn Qeys Hilali
Mehdi (ə) barəsində xəbər
Sonra əlilə Hüseynə vuraraq belə dedi: “Ey Salman! Yer üzü zülm və haq-
sızlıqla dolduğu kimi haqq və ədalətlə dolduracaq olan ümmətimin Mehdisi bu 
oğlumun övladlarındandır. İmam oğlu İmam, alim oğlu alim, vəsi oğlu vəsidir! 
Atası Özündən əvvəl imam, vəsi və alimdir”.
Salman dedi: “Ey Allahın Peyğəmbəri! Mehdi əfzəldir, yoxsa atası?” Bu-
yurdu: “Atası ondan daha fəzilətlidir. Əvvəlkilərin mükafatları daha çoxdur. 
Çünki Allah onların vasitəsilə sonradan gələnləri hidayət edir”.
Hansı dəvət edən doğru yola dəvət etsə mükafatını alacaq və onların 
mükafatlarından heç bir şey azalmadan onlara tabe olanların mükafatlarının 
bir mislinə də malik olarlar. Kim zəlalətə dəvət etsə öz günahları və dəvət 
etdiklərinin günahlarından heç bir şey azalmadan özünə tabe olanların günah-
larının bir misli də ona əlavə olunar. Tabe olanların günahlarından isə heç nə 
azalmaz.
Ey Salman! Musa Rəbbindən ailəsindən biri nəfəri özünə vəzir etməsini 
istədi və Allah da qardaşı Harunu ona vəziri etdi. Mən də Rəbbimdən ailəmdən 
birini mənə vəzir etməsini dilədim. Allah da qardaşımla məni gücləndirdi və 
onu işimə ortaq etdi. Allah onun istəklərini qəbul etdiyi kimi mənim istəklərimi 
qəbul etdi.
Əlinin (ə) ayaq izlərinin torpağından təbərrük
Ey Salman! Əgər xristianların İsa ibn Məryəm haqqında həddi aşdıqları 
kimi ümmətimin də qardaşım Əli barəsində həddi aşmayacağını bilsəydim, 
elə bir söz söyləyərdim ki, torpaqda onun ayaq izləri ilə gedib həmin torpağı 
öpərdilər”.


Ali-Muhəmmədin sirləri
255
HƏDİS 63
Əmirəl-möminindən (ə) başqa heç kəsin demədiyi söz
Süleym deyir ki, İmam Əlinin (ə) Kufə minbərindən belə dediyini eşitdim: 
“Toxumu yarana və nəfəsi yaradana mən Allahın bəndəsi və Peyğəmbərinin 
qardaşıyam. Rəhmət Peyğəmbərinin varisi, ümmətin ən xeyirli xanımının əri 
və vəsilərin ən xeyirlisiyəm”.
Xəvariclərdən olan bir nəfər yerindən qalxıb dedi: “Mən də Allah bəndəsi 
və Peyğəmbərin qardaşıyam!” Bu sözündən sonra elə yerindəcə canını tapşırıb 
keçindi. 



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin