Ali-Muhammedin sirleri indd


Müxtəlif əsrlərdə kitabın məşhur olması



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə6/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   2   3   4   5   6   7   8   9   ...   410
AliMuhemmedin sirleri

Müxtəlif əsrlərdə kitabın məşhur olması
Hicrətin birinci əsrindən bu günədək kitabın şöhrəti davam edir. Çox vaxt 
bu kitab qısaca olaraq “Kitabu Süleym” (“Süleymin kitabı”) kimi tanınıb. 
Bu kitabın adını ilk dəfə  İmam Sadiq (ə) çəkib. Sonradan İmamdan (ə) 
eşidilən bu ad Numani, Şeyx Müfi d,  Nəcaşi,  Şeyx Tusi və  İbn  Şəhr Aşub 


Ali-Muhəmmədin sirləri
7
kimi qədim alimlərin də sözlərində istifadə edilmişdir. Eləcə də Əllamə Hil-
li, Şəhidus-Sani, Mir Damad, Qazi Tustəri, Şeyx Hürr Amili, Əllamə Məclisi, 
Şeyx Bəhrani və Əllamə Tehrani kimi sonrakı əsr alimlərinin də kitablarında 
zikr edildi. 
Kitabın xüsusiyyətlərindən biri də budur ki, istər şiə, istər sünni alimlərinin 
nəzərində bu kitabın varlığı  məşhur olub. Həmçinin  şiənin nəzərində onun 
mötəbər olduğu da hər kəs tərəfi ndən qəbul edilib. On dörd əsrdir ki, bu kitaba 
istinad edilərək hədislər kitablarda nəql edilməsi də kitabın məşhurluğuna baş-
qa bir dəlildir. 
Burada kitab haqqında deyilmiş bəzi fi kirləri sizə təqdim edirik. İlk olaraq 
qeyri-şiə alimlərinin fi kirlərindən başlayaq:
1. İbn Nədim (h.385ci ildə vəfat edib): “Bu məşhur kitab “Kitabu Süleym 
ibn Qeys”dir.
1
2. İbn Əbu Hədid (h.656): “Süleymin məzhəbi mərufdur. Onun kitabı öz 
aralarında “Kitabu Suleym” kimi tanınır”.
2
3. Qazi Bədrəddin Səbki (h.769) deyir: “Şiənin ilk qələmə alınmış kitabı 
“Kitabu Suleym ibn Qeys əl-Hilali”dir.
3
4. Məhəmməd ibn Abdullah əd-Dəməşqi (h.796): “Şiələrin ortaya çıxan ilk 
kitabı “Kitabu Suleym ibn Qeys əl-Hilali”dir. Bu məşhur kitabdır”.
4
Şiələrdən:
Numani,  İbn  Ğəzair,  Şeyx Hürr Amili, Seyid Haşim Bəhrani,  Əllamə 
Məclisi, Muhəddis Nuri, Muhəddis Qumi, Əllamə Tehrani, Seyid Əmin Amuli, 
Əllamə Əmini və Əllamə Mərəşi Nəcəfi nin sözlərinə əsasən bu kitab şiələr ara-
sında məşhur, qədim əsrlərdən əlimizə çatmış və mühəddislərin ondan hədislər 
nəql etdiyi bir kitabdır.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin