Ali-Muhammedin sirleri indd


HƏDİS 10 1 Hədislər arasındakı fərqin səbəbləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə67/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   63   64   65   66   67   68   69   70   ...   410
AliMuhemmedin sirleri

51
HƏDİS 10
1 Hədislər arasındakı fərqin səbəbləri 
Aban Süleymdən nəql edir ki, o, Əmirəl-mömininə (ə) dedi: “Ey Möminlərin 
əmiri! Mən Salman, Miqdad və Əbu Zərdən Quranın təfsiri və Peyğəmbərin 
(s) hədislərilə bağlı  nə  eşitdimsə, sonra onlardan eşitdiklərimi sən də  təsdiq 
etdin. Ancaq camaatın əlində Quran təfsirilə və Peyğəmbərdən (s) nəql edilən 
hədislərlə bağlı sizin sözlərinə zidd olan mövzular var. Siz onların batil oldu-
ğunu iddia edirsiniz. Məgər camaat bilərəkdən Peyğəmbərin (s) adından yalan 
uydurur və öz rəylərilə Quran təfsir edirlər?”
Süleym deyir: “Əli (ə) üzünü mənə tutub dedi: “Ey Süleym! Sual verdin, 
indi cavabını anlamağa çalış! Camaatın əlində olanlarda haqq-batil, doğru-ya-
lan, nasix-mənsux, xüsusi-ümumi, möhkəm-mütəşabeh, əzbərlədikləri və xəyal 
etdikləri var. Peyğəmbər (s) həyatda ikən onun adından yalan uydurdular. Bu 
səbəbdən Peyğəmbər (s) qalxıb onların arasında xütbə söylədi və buyurdu: 
“Ey camaat! Mənim adımdan uydurulan yalanlar çoxaldı. Hər kim bilərəkdən 
mənim adımdan yalan uydursa cəhənnəmdəki yerini hazır bilsin”. Bundan son-
ra da vəfatı əsnasında onun adından yalan uydurdular. Allahın mərhəməti və 
salavatı rəhmət peyğəmbərinin və ailəsinin üzərinə olsun! 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin