Məqalənin aktuallığı Ali pedaqoji təhsil müəssisələrində qədim dünya tarixi kursunun tədrisində tədqiqatın aparılması metodlarından istifadə probleminin öyrənilməsi nəticəsində müəyyən etdik ki, bu vaxta qədər bu mövzu tədqiqat obyekti kimi seçilmədiyi üçün bu sahədə müəyyən səviyyədə bir boşluq var. Həmin boşluğun doldurulmasına da kifayət qədər böyük ehtiyac var.
Məqalənin elmi yeniliyi Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, məqalədə irəli sürülən müddəa və yeniliklər tarixin tədrisi metodikası elmini yetərincə zənginləşdirir.
Məqalənin praktik əhəmiyyəti Məqalənin praktik əhəmiyyəti ondan ibarətdir ki, məqalənin məzmunundan ali məktəblərin müəllimləri öz pedaqoji fəaliyyətlərində istifadə edə biləcəklər. Tarixin tədrisi prosesində qədim dünya tarixi kursunun tədrisində tədqiqatın aparılması metodlarından istifadə təlimin keyfiyyətini yüksəldərək tələbə şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.
Nəticə Ali təhsilin nəzəriyyəçiləri və magistrantları, ayrı-ayrı universitet fənlərinin metodistləri gələcək mütəxəssislərin hazırlanmasının müasir reallıqlara adekvat və qabaqcıl təhsil konsepsiyasına uyğun forma, vasitə və metodlar axtarırlar ki, bu da yaxın gələcəkdə problemimiz baxımdan mühüm əhəmiyyət kəsb edir. Tarix dərslərinin yeni formalarda keçirilməsi o halda mümkündür ki, müəllim diskussiyaların təşkili və aparılması üsullarını peşəkarcasına bilsin, distant,virtual tədris mühitinə yaxşı bələd olsun, tələbələrin yüksək motivasiyası və fəallığı olsun. Müəllimlər öz metodlarında çevik olmalı və tələbələrinə uyğunlaşmaq üçün tez-tez tədris üslublarını tənzimləməyi bacarmalıdırlar.
ƏDƏBİYYATLAR Əmirov M.M. Ümumtəhsil məktəblərində tarixin fəal/interaktiv təlimi metodikası (Ali məktəblərin tarix fakültəsi tələbələri üçün dərs vəsaiti). Bakı, 2014
Tarixin tədrisi metodlarının nəzəri əsasları. Orta məktəbdə tarixin tədrisi metodikası - Mühazirələr
Вяземский Е.Е. Историческая наука и историческое образование: некоторые проблемы теории и методологии // Преподавание истории и обществоведения в школе. - 2001.