Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə87/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   83   84   85   86   87   88   89   90   ...   130

RəSULULLAH Və SADəLİK


İnsanda təbii cəhətdən kamillikləri özünə aid etmək istəyir var. Çox vaxt isə insan tamam puç şeyləri kamillik kimi başa düşür. Özündə bir kamal görəndə heyvani təkəbbür meydan sulayır: Mənim malım, mənim vəzifəm, mənim evim, mənim maşınım, mənim elmim, mənim telefonum, mənim.....Çünki bu insan özünü bütün işlərin başında görür. Bu sayaq mənəm-mənəmlik ruhiyyəsi bütün insanların daxilində gizli şəkildə var.

Quran bu ruhiyyəni təhlil edir: Musa (ə)-ın dövründə öz böyük var-dövlətindən sevinən tanınmış varlı Qarun deyirdi ki, mən bu var-dövləti öz elmimlə qazanmışam. («Qəsəs» 78). Bel bir ruhiyyə Allaha iman gətirməmiş insanlara aiddir. Onlar Allahı kamilliklərin mənşəsi bilmirlər. Danışarkən daim «mən» və «biz» deyirlər. Allahı bütün nemətlərin sahibi bilən insan başqalarının yanında özünü sadə və təvazökar aparır. «Mən» sözünü dilinə gətirmir, öz üstünlüklərini gözə çəkmir, özünü başqalarından üstün tutmur.

Peyğəmbər (s) təvazö və sadəlik nümunəsidir. Çünki o ilahi kamilliklərin ifadəsidir və bütün insani dəfərlər onun şəxsiyyətində təcəssüm olunmuşdur. «Öz təvazö qanadını daim yaxınlarının ayağı altına at» («Şüəra» 215). O, özünü başqalarından yuxarı bilmirdi, hansı ki, ən üstün insan idi. Bütün təbəqədən olan Allah bəndələri ilə təvazö ilə keçinərdi. Allah qarşısında da sadəliyi Allahın razılığı üçün idi. «Allahın razılığı üçün qullar kimi təmtəraqsız oturar yemək yeyərdi». «Alçaqda əyləşər oradada yatardı» («Bəhar» 16-cı cild). «Onun üçün hazırlaşmış oturacaq yatağa eyb tutmazdı. döşəsəydilər, onun üzərində yatardı. Əgər bir şey döşənməsəydi torpaq üstünda yatardı» («Bəhar» 16-cı cild). «Təkyələnmiş halda yemək yeməzdi». «Libasını ayaqqabısını özü təmir edər, ev işlərinə köməklik göstərərdi». «Yəhərsiz ulağa minər, tərkinə adam mindirərdi» («Bəhar» 16-cı cild). Yoldan keçənlərə, hətta uşaqlara salam vermək adəti idi. Salam verməkdə kimsə onu qabaqlaya bilməzdi. «Quru yerdə qullarla yemək yemək, əli ilə qoyun sağmaq, bərk pambıq parçadan libas geymək, uşaqlara salam vermək onun qaydası idi». («Bəhar» 16-cı cild).

Bu nümunəvi xarakter fərdi və ictimai bəlaların əlacıdır. Məgər bizim əksərimizdə belə eyblər yoxdurmu?! Müəyyən ictimai mövqeyə malik olan bir çoxları uyğun işləri özləri üçün eyb bilmirmi?! Çoxumuz özümüzdən maddi baxımdan aşağıda dayananlarla ünsiyyətdən sıxılmırmı?! Bütün bunlar heyvani hisslərə əyilmək deyilmi?! Peyğəmbər (s) kimi yer üzünün kamil bir insanı müxtəlif səviyyəli insanlarla sadədir. Zahirdən xoş təsir bağışlamayan bu ünsiyyətlər səbəbindən xalq kütlələri onun ətrafına yığışır. Bu hər zaman, hamıya nümunə olası səciyyələrdir və hamını da özünə cəlb edir.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin