Anesteziologiya-reanimatologiya


) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı nəfəsvermənin sonunda müsbət təzyiq (NSMT) rejimi üçün xarakterik olmayan effekti hansıdır?



Yüklə 1,18 Mb.
səhifə131/401
tarix05.01.2022
ölçüsü1,18 Mb.
#111110
1   ...   127   128   129   130   131   132   133   134   ...   401
380) Ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı nəfəsvermənin sonunda müsbət təzyiq (NSMT) rejimi üçün xarakterik olmayan effekti hansıdır?
A) Ağ ciyərlərin elastiklikliyin yaxşılaşması

B) Venoz qan qayıtmasının artması

C) Oksigenasiyanın yaxşılaşması

D) Ağ ciyərlərin funksional həcminin artması

E) Ağ ciyərlərin daxili şuntlanmasının azalması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
381) Ağ ciyərlərin süni ventilyasiya (ASV) aparılan хəstələrdə pnеvmоtоraksın xarakterik simptоmu hansıdır?
A) Qəflətən hərarətin yüksəlməsi

B) Bradikardiya

C) Qəfləti artеrial hipоtеnziya

D) Qəfləti artеrial hipеrtеnziya

E) Atriovenrikulyar blokada
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
382) İnspirator həcmi prinsipi ilə işləyən ağ ciyərlərin süni ventilyasiya (ASV) aparatlarında mümkün qazitirmənin müəyyən edilməsi üçün nə edilməlidir?
A) Nəfəsvermənin həcmi nəzərə alınmalıdır

B) Nəfəsalmanın maksimal təzyiqi nəzərə alınmalıdır

C) Nəfəsvermənin sonunda müsbət təzyiqə nəzarət edilməlidir

D) Nəfəsalma/nəfəsvermə fazaların davamına nəzarət edilməlidir

E) Plato təzyiqi nəzərə alınmalıdır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
383) Aşağıda qeyd olunan ağ ciyərləri süni ventilyasiya (ASV) rejimlərin çatışmayan cəhətlərdən hansı həcmə nəzarət olunan ventilyasiya (HNV) rejiminə aiddir?
A) Tənəffüs sikllərinin tezliyinə nəzarət olunmaması

B) Yüksək pik alveolyar təzyiqin ehtimalı

C) Auto-nəfəsvermənin sonunda müsbət təzyiqin (auto-NSMT-in) yaranması

D) Tənəffüs həcminə nəzarət olunmaması

E) İnspirator fazanın idarə olunmaması
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
384) Müasir ağciyərlərin sünı ventilyasıya (ASV) aparatlarında nəfəsalma/nəfəsvermə triqqer mexanizminin işində hansı göstəricidən istifadə olunmur?
A) Tənəffüs həcmindən (TH-dan)

B) İnspirator təzyiqdən

C) Nəfəsalma qazlar qarışığında oksigenin konsentrasiyasından

D) Tənəffüs sikli fazalarının davametmə müddətdən

E) Xəstənin spontan nəfəsalma cəhdindən
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
385) Müsbət təzyiqlə yüksək tezlikli ventilyasiya (YTYTV) rejimində tənəffüs sikllərinin tezliyi hansı səviyyədə olur?
A) 14-18/dəq

B) 36-40/dəq

C) 100-600/dəq

D) 60-100/dəq

E) 3000-4000/dəq
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.
386) Müsbət təzyiqlə yüksək tezlikli ventilyasiya (MTYTV) rejimində hansı tənəffüs həcmindən (TH-dan) istifadə olunur?
A) Ölü sahənin həcmindən bir qədər az olan

B) Ölü sahənin həcmindən müqayisə olunmayan dərəcədə az olan

C) Fizioloji tənəffüs həcmindən çox olan

D) Fizioloji tənəffüs həcimə bərabər olan

E) Ölü sahənin həcmindən bir qədər çox olan
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство /под ред. Ю.С.Полушина. СПб.: “ЭЛБИ-СПб”, 2004, 720 с.


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   401




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin