14) Böyüklərlə müqayisədə yenidoğulmuşlarda qırtlaq necədir?
A) Qırtlağın yuxarı hissəsi dar, aşağı hissəsi genişdir
B) Qırtlaq nisbətən qısadır, 3 fəqərə aşağıda yerləşir
C) Qırtlaq nisbətən qısadır, qıf formasındadır, 3 fəqərə yuxarıda yerləşir
D) Qırtlaq nisbətən uzundur, qıf formasındadır, 3 fəqərə yuxarıda yerləşir
E) Qırtlağın bütün hissələr eyni genişlikdədir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
15) Krikotireoid membranı harada yerləşir?
A) Qalxanabənzər və üzüyəbənzər qığırdaqların arasında yerləşir
B) Traxeyanın 2-ci və 3-cü halqaları arasında yerləşir
C) Qırtlaq qapağı ilə səs bağların arasında yerləşir
D) Traxeyanın 1-ci və 2-ci halqaları arasında yerləşir
E) Traxeyanın və üzüyəbənzər qığırdağın arasında yerləşir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
16) Anesteziologiya və reanimatologiyada dərman maddələrinin yeridilməsi üçün ən optimal və universal üsul?
A) Venadaxili
B) İnhalyasion yolla
C) Dərialtı
D) Aplikasion yolla
E) Əzələdaxili
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
17) Anesteziologiya və reanimatologiyada dərmanların venadaxili yeridilməsi üçün daha çox hansı venadan istifadə olunur?
A) Xarici vidaci vena
B) Yuxarı ətrafların səthi venaları
C) Aşağı ətrafların səthi venaları
D) Bud venası
E) Daxili vidaci vena
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
18) Bud venasının punksiyası və kateterizasiyası ilə əlaqədar baş verən ağırlaşmalara nə daxil deyildir?
A) Ağ ciyər arteriyasının tromboemboliyası
B) Tromboflebit
C) Qalça venasının trombozu
D) Bud venasının trombozu
E) Plevra günbəzinin zədələnməsi
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
Dostları ilə paylaş: |