443) Endotraxeal (yaxud endobronxial) borudan istifadə edərək sorucu vasitəsilə traxeya və bronxlardakı qanın xaric edilməsi üçün nə edilməlidir?
A) Əvvəl boruya 5 ml distillə olunmuş su yeridilməlidir
B) Əvvəl boruya 5 ml antibiotik məhlulu yeridilməlidir
C) Əvvəl boruya 5 ml 0,9%-li natrium xlorid yeridilməlidir
D) Əvvəl boruya 5 ml 1%-li lidokain məhlulu yeridilməlidir
E) Əvvəl boruya 5 ml 4%-li natrium hidrokarbonat yeridilməlidir
Ədəbiyyat: Интенсивная терапия. Реанимация. Первая помощь: Учебное пособие /Под ред. В.Д.Малышева. М.:Медицина, 2000, 464 с.
444) Açıq pnevmotoraks zamanı baş verən ventilyasion-perfusion pozulmaların nəticəsində təmiz oksigenin verilməsi ilə korreksiya olunmayan PaO2-nin kritik enməsi üçün həqiqi şuntun fraksiyası neçə faizdən çox olmalıdır?
A) 10
B) 20
C) 15
D) 30
E) 25
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
445) Klapanlı pnevmotoraksla müşahidə olunan ağ ciyərlərin zədələnməsi olan xəstələrdə ağ ciyərlərin süni ventilyasiyası (ASV) zamanı gərgin pnevtoraksın profilaktikası üşün nə edilməlidir?
A) Nəfəsvermənin sonunda müsbət təzyiq rejimində ASV aparılmalıdır
B) ASV zamanı 100% oksigenlə ventilyasiya aparılmalıdır
C) İkimənfəzli boru vasitəsilə sağ və sol ağ ciyələrin müstəqil ventilyasiyası aparılmalıdır
D) ASV zamanı sorucu vasitəsilə vaxtaşırı bronxların sanasiyası aparılmalıdır
E) ASV-dan əvvəl plevral boşluğun drenajı yaradımalıdır
Ədəbiyyat: Анестезиология и реаниматология: Руководство / Под.ред. Ю.С.Полушина. СПб.: ЭЛБИ-СПб, 2004, 720 с.
Dostları ilə paylaş: |