837) Parenteral qidalanmanın ağırlaşmaları?
A) Miokard infarktı
B) Venadaxili kateterin uzun müddət qalması,hava emboliyası,venaların trombozu,plevra və ağciyərin yaralanması
C) Anemiya
D) Böyrəklərin sidik ifrazı funksiyasının azalması
E) Koronar və beyin qan dövranının pozğunluqları
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: Геотар-мед., 2002. – 552 с.
838) Disseminə olunmuş damardaxili laxtalanma sindromunun patogenezində əsas rol oynayır?
A) Laxtalanmaya əks sistemin aktivləşməsi
B) Simpato – adrenal sistemin aktivləşməsi nəticəsində homeostazda baş vermiş pozğunluqlar
C) Qara ciyər çatışmazlığı nəticəsində qanin laxtalanma sistemində baş vermiş pozğunluqlar
D) Qan dövranına çoxlu miqdarda toxuma tromboplastinin daxil olması nəticəsində qanın laxtalanma prosesinin uzunmüddətli və intensiv aktivləşməsi, laxtalanmaya əks sistemin (antitrombin III və s.) üzülməsi
E) Qanda antitrombin III-ün miqdarının normadan çox olması
Ədəbiyyat: В.Г. Лычев ; Диагностика и лечение диссеминированного внутрисосудистого свертывания крови, изд. НГМА, 1998.
839) Disseminə olunmuş damardaxili laxtalanma sindromunun müalicəsində təzə dondurulmuş plazmanın tətbiqi əsasən bu məqsəd daşıyır?
A) Anemiyanın qarşısını almaq
B) Antitrombin İİİ defisitinin tənzimlənməsi
C) Qan təzyiqini tənzimləmək
D) Su –duz mübadiləsi pozğunluqlarının korreksiyası
E) İnfeksiyanın inkışaf etməsinin qarşısını almaq
Ədəbiyyat: В.Г. Лычев ; Диагностика и лечение диссеминированного внутрисосудистого свертывания крови, изд. НГМА, 1998.
Dostları ilə paylaş: |