Fəsadın qaynağı olan bir hökumətlə mübarizədə buyurdu ki, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək və babamın yolu ilə getmək istəyirəm. Yaxud yoldakı başqa bir xütbədə buyurdu: “Ey insanlar! Həqiqətən Allahın Rəsulu belə buyurub: “Kim Allahın haramını halal edən, Allahın əhdini pozan... zalım bir hökmdarla üzləşsə, lakin işi və sözü ilə ona etiraz etməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin”. Yəni zülm şahına qarşı, fəsad törədən qüvvəyə qarşı, insanları maddi və mənəvi cəhətdən məhvə sürükləyən hakimiyyətə qarşı dəyişiklik yaratmaq! Hüseyn ibn Əlinin (ə) hərəkətinin səbəbi budur. Düzdür, bunu yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirməyin nümunəsi də bilmişlər. Yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək vəzifəsində bu məqamlara da diqqət yetirmək lazımdır. O daha əhəmiyyətli vəzifə üçün hərəkət edir və mühüm olsa belə, digər vəzifələri daha əhəmiyyətli olan bu vəzifəyə qurban verir, bu gün vacib işin nə olduğunu ayırd edir.