Ату-нун тибби профилактика вя



Yüklə 498 Kb.
səhifə1/13
tarix02.02.2022
ölçüsü498 Kb.
#114035
  1   2   3   4   5   6   7   8   9   ...   13



Azərbaycan Tibb Universitetinin

İctimai Səhiyyə fakültəsinin dekanı

t.ü.e.d., dosent A.Ə.Ağayev cənablarına

Hörmətli Anar müəllim!
Epidemiologiya kafedrası Sizə 2017/ 2018-cı tədris ilinin hesabatını təqdim edir (24 səhifə).

Kafedra müdiri ə.e.x., professor İ.Ə.Ağayev

Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının

2017/2018-ci tədris ili üçün

H E S A B A T I
I. GİRİŞ

Azərbaycan Tibb Universitetinin təhsilin keyfiyyəti sahəsində siyasəti cəmiyyətin və dövlətin bu günkü tələblərinə uyğun yaradıcı düşüncəyə malik, tibbin ayrı-ayrı sahələri üzrə inkişafını planlaşdıra, onu reallaşdıra və inlişaf etdirə bilən, gələcəkdə yüksək ixtisaslı mütəxəsis kimi fəaliyyət göstərə biləcək həkim və əczaçı kadrlarının səmərli hazırlanma sisteminin yaradılması və təşkilindən ibarətdir. Təhsilin keyfiyyəti sahəsində siyasət, onun strategiyası və prosedurları rəsmi statusa malikdir və hamı üçün açıqdır, tələbələr və digər maraqlı tərəflərin bu siyasətdə iştirakı ilə təmin olunur.

Epidemiologiya kafedrasında da tədris prosesinin təşkili və keyfiyyətinin yüksəldilməsi həmişə ön planda olmuş və bu zaman «Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları», «Azərbaycan Tibb Universitetində kredit sistemi ilə tədrisin təşkili barədə» Əsasnamə, «Əhalinin sağlamlığının qorunması haqqında» Respublika qanunu, “Ali məktəblər haqqında Əsasnamə”nin müddəaları və s. əsas götürülmüşdür. Tədris prosesində bir sıra təlimati-normativ sənədlər, əmrlər, qərarlar, o cümlədən, ali məktəblərin professor-müəllim heyəti tərəfindən yerinə yetirilən tədris işi, tədris-metodik, elmi-tədqiqat və digər işlərin əsas növlərinin həjminin hesablanması üçün təqribi vaxt normalarının təsdiqi haqqında 1986-cı il 804 №-li əmr, Azərbaycan Tibb Universiteti üzrə müvafiq əmr, bir sıra digər əmr və sərəncamlar, həmçinin Universitet Elmi şurasının qərarları nəzərə alınmışdır.


Yüklə 498 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin