Mövzu: azərbaycan sahibkarliğin iNKİŞafinin xüsusiYYƏTLƏRİ



Yüklə 283,73 Kb.
səhifə1/7
tarix31.12.2021
ölçüsü283,73 Kb.
#112492
  1   2   3   4   5   6   7
Sənəd (3)


MÖVZU:AZƏRBAYCAN SAHİBKARLIĞIN İNKİŞAFININ XÜSUSİYYƏTLƏRİ

Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçmişdir. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratmışdır.

Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ XIX əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar (milyonçular) yetişmişdir. Həmin milyonçuların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyətli rolu olmuşdur. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirmiş, əhalinin böyük hissəsini işlə təmin etmişlər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin, Mantaşovun və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır. XX əsrin əvvəllərində xarici kapitalın ölkəyə axını sahibkarlıq fəaliyyətinin daha da inkişafına səbəb oldu. Neft sənayesi ilə məşğul olan 167 müəssisənin 29%-i milli kapitala, 71%-i isə xarici kapitala məxsus idi. Bakı fəhlələrinin 44%-dən çoxu azərbaycanlılardan, qalan hissəsi gəlmələrdən ibarət olub. 1901-ci ildə dünya neft hasilatının yarıdan çoxu Azərbaycan neft sənayesinə məxsus olub. Ölkəmizdə istehsal edilən sənaye məhsullarının 70-80%-i neftin payına düşürdü. Sənaye istehsalı tamamilə Bakıda yerləşmişdi. Təsadüfü deyildir ki, Bakı şəhərində 1912-ci ildə 462, 1915-ci ildə 549 sənaye müəssisəsi fəaliyyət göstərirdi. 1910-cu ildə təkcə neftçıxarma ilə 177 böyük firma məşğul idi.

Xarici iş adamlarının Azərbaycana marağı getdikcə artır, xarici sərmayənin ölkəyə axını davam edirdi. İngiltərədən Henri Deterdinqin rəhbərliyi ilə “Royal Döyçe Şell”, Amerikadan Jon Rokfellerin “Standart oyl”, Fransadan Rotşildin “Xəzər-Qara dəniz” və “Mazut”, İsveçrədən “Nobel qardaşları”nın sindikatları Bakıda yeni neft mədənlərində işə başlamışdılar. Xarici sərmayəçilərin Azərbaycan iqtisadiyyatına yönəltdiyi 213 milyon manat kapitalın 8%-i Almaniyaya, 30,5%-i Fransaya, 53,3%-i İngiltərəyə məxsus idi. Ayrı-ayrı ölkələrdən gəlmiş milyonçular fərqli sahələrə sərmayə qoymaqla müxtəlif sahələrin inkişafına zəmin yaradırdılar. Alman sərmayəçiləri dəmir yolu çəkilişinə, kredit işinə, qiymətli kağızlar (istiqrazlar, səhmlər və s.) alış-verişinə can atırdılarsa, fransız və ingilis sahibkarları mis və neft sənayesinə üstünlük verirdilər. Bakı Azərbaycanın iri sənaye və ticarət mərkəzinə çevrilmişdi. Şəhər və ətraf kəndlərin 400 mindən çox əhalisinə 5000-dən artıq ticarət müəssisəsi xidmət göstərirdi. Bakı təkcə Azərbaycan şəhərləri ilə deyil, Zaqafqaziyanın və Rusiyanın, digər xarici ölkələrin ticarət mərkəzləri ilə geniş idxal-ixrac əlaqələrinə malik idi.

XIX əsrin sonu, XX əsrin əvvəllərində sahibkarlığın inkişafına görə Bakı artıq böyük nüfuza malik iri sənaye mərkəzinə çevrilmişdi. Bu dövrdə kapitalın və istehsalın mərkəzləşməsi və təmərküzləşməsi prosesi xeyli sürətlənmişdi. Sənayenin sürətli inkişafı Azərbaycanda bank fəaliyyətinin də inkişafına şərait yaratdı. Artıq 1913-cü ildə Bakıda 15 iri bank fəaliyyət göstərirdi. Bunlar idxal-ixrac əməliyyatlarında, kreditləşmədə mühüm rol oynayırdılar.

O dövrdə Azərbaycanda aqrar sahənin inkişafı da sürətlənmiş, iri fermer təsərrüfatları yaranmışdı.

Azərbaycanın kənd təsərrüfatı sektorunda o vaxt inkişaf edən əsas sahə pambıqçılıq olub. 1914-cü ilin statistikasına görə, Azərbaycanda yığılan pambıq Zaqafqaziyada istehsal edilən pambığın 70%-ni təşkil edib. Kənd təsərrüfatındakı inkişaf təbii olaraq sənayenin ayrı-ayrı sahələrinin inkişafına təkan verirdi. H.Z.Tağıyevin “Qafqaz” Səhmdar Cəmiyyətinə məxsus, tikintisi 1 milyon qızıl pula başa gəlmiş tikiş fabriki də iri sənaye müəssisəsi kimi pambıqçılıqla sıx bağlı idi. Təkcə Avropa ölkələrindən fabriki təchiz etməkdən ötrü 2500 ədəd maşın gətirilmişdi. Bu fabrik o dövrdə Rusiya, Orta Asiya və İran müsəlmanları arasında böyük nüfuz qazanmışdı. Fabrikin pambığa olan ehtiyacı ildən-ilə artırdı. Təkcə 1901-1910-cu illərdə burada emal olunan pambıq 5,3 dəfədən çox artmışdı. Hazır məhsul əsasən, Orta Asiya və İran bazarlarında realizə edilirdi. Qeyd edildiyi kimi, Bakı bir sıra şəhərlərlə böyük ticarət əlaqələri yaratmışdı. Təkcə Rusiyanın müxtəlif yerlərinə pambıq, şərab, qoz ağacı, ipək, yun, qoz-fındıq, xam və ya aşınmış dəri, xəz, balıq məhsulları (o cümlədən kürü), çini və şüşə qablar və s. Aparılırdı. Azərbaycanın sahibkarlıq tarixində ipəkçiliyin inkişafı da mühüm yer tutur. XIX əsrin sonlarında bu sahənin tərəqqisi yolunda böyük addımlar atılıb. O dövrdə Zaqatala, Füzuli, Naxçıvan, Ordubad, Şuşa, Şəki şəhərlərində, qəza mərkəzlərində və onlara yaxın yerlərdə 400-dən çox iri və xırda ipəksalma (baramanın açılması), ipəkburma (baramanın eşilməsi) müəssisəsi fəaliyyət göstərirdi. Azərbaycanda ipəkçiliyin geniş vüsət alması, ipək istehsalının artması inkişaf etmiş baramaçılığa əsaslanırdı. Eyni zamanda, tut plantasiyalarının çoxluğu da bu inkişafı sürətləndirən mühüm amil idi. Azərbaycan ipəyi dünyada məşhurlaşmışdı. Dünya bazarlarında bu məhsul adı ilə tanınırdı. Elə buna görə idi ki, o dövrdə Zaqafqaziyada mövcud olan 120 ipək emalı fabrikinin 114-ü, hasil olunan baramanın 50%-dən çoxu, istehsal edilən ipəyin 2/3 hissəsindən çoxu Azərbaycanın payına düşürdü.

Aqrar sahədə üzüm istehsalı da mühüm yer tuturdu. Məhz yeyinti sənayesinin əsas sahələrindən olan şərabçılıq, spirt və konyak istehsalı geniş vüsət almışdı. Azərbaycan o dövrdə üzüm və şərab istehsalına görə də ön sıralarda idi. 1901-ci ildə Zaqafqaziyadakı üzüm bağlarının 30%-i, 1913-cü ildə 33,2%-i Azərbaycana məxsus olub. Müvafiq illərdə istehsal olunan üzüm məhsulunun 44,8%-i və 27,5%-i ölkəmizin payına düşürdü. XX əsrin əvvəllərində Azərbaycanda 1300-dən artıq irili-xırdalı ilkin şərab emalı, araq, konyak zavodları fəaliyyət göstərirdi.

Azərbaycan həm də biyan kökü emalının ¾ hissəsi xüsusi qablarda xarici ölkələrə (Amerika, İngiltərə və s.) ixrac edilirdi. Biyan kökü əczaçılıqda, rəngləmədə, şirniyyat sənayesində istifadə olunurdu.

Sahibkarlığın o dövr üçün geniş inkişaf etmiş sahələrindən biri də balıqçılıq idi ki, əsasən peşələrə görə bölünmüşdü: torçular, ovçular, avarçılar, təmirçilər, daşıyıcılar, duzlayıcılar və s. Bu əmək bölgüsünün öz sahibləri və öz icraçıları vardı. Bütün vətəgələr mükəmməl texnika ilə təchiz edilmişdi və onlar bütövlükdə iri şirkətlərin, səhmdar cəmiyyətlərin nəzarəti altında birləşdirilmişdi. Təsadüfi deyildir ki, Azərbaycanın daha iri sahibkarlıq fəaliyyətinə aid sindikat tipli 4 balıqçılıq firması dünya bazarına ixrac edilən və valyuta ilə satılan ağ balıq kürüsünün 45%-ni verirdi. Dövlət xəzinəsinə ildə orta hesabla 2 milyon manatdan çox vəsait təkcə balıqçılıq sənayesindən daxil olurdu. Balıqçılıq sənayesinə aid məşhur şirkətlər Tağıyevə, Piralovlara, Zeynalovlara, Mailovlara və başqalarına məxsus idi. Bir sözlə, Azərbaycanın balıq sənayesi mənfəət baxımından neft və şərab istehsalından sonra 3-cü yeri tuturdu.

Azərbaycan digər faydalı qazıntılardan olan mis istehsalına görə də şöhrət qazanmışdı. XIX əsrin sonlarına yaxın Rusiyada istehsal olunan misin 34,6%-i Azərbaycana məxsus olub. Gədəbəyin mis yataqları ilə zəngin olan Qalakənd kəndi “Azərbaycanın Uralı” adlandırılırdı.


Yüklə 283,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin